08 in 00:07yigma

Mütəxəssislər “həyəcan təbili çaldı”

Mütəxəssislər “həyəcan təbili çaldı”
Mircavadov: “Müdafiə bərbad, mərkəzdə top saxlaya bilmirik, irəlidə isə nə etmək istədiyimiz bəlli deyil”
Rzayev: “Qazaxıstan bizə futbol dərsi keçdi”

Qazaxıstan – Azərbaycan qarşılaşması ilə bağlı mütəxəssislərin də rəyini öyrənməyi lazım bildik. Bu məqsədlə öncə Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovla danışdıq: “Nə deyim? Hər şey göz qabağında idi. Qazaxıstan məni sözün həqiqi mənasında təəccübləndirdi. Birincisi, qazax futbolçuların topla rəftarı. İkincisi isə meydanın hər hissəsində pressinq etmələri. Bu da göstərir ki, ölkədə futbolun inkişafı yönündə əməlli-başlı iş gedir. Yığmamıza gəlincə, Astanadakı matç bir daha göstərdi ki, hər mövqedə problemlərimiz var. Xüsusilə müdafiə xəttində. Əslində yoxlama görüşləri komandanın çatışmazlıqlarını üzə çıxarmaq üçündü. Ancaq Qazaxıstanla görüşdə millidə o qədər problem üzə çıxdı ki... Qarşıda bizi Millətlər Liqasının oyunları gözləyir. Turnirə hazırlaşmaq baxımından qarşıda yalnız bir görüş – iyunun 9-da Latviya ilə oyun var. Məncə, Qurban Qurbanov Qırğızıstan və Qazaxıstan ilə matçlara sentyabrda güvənəcəyi heyətlə çıxmalı idi. Latviya ilə qarşıdakı oyunda da həmçinin. Ən azı fikirləşdiyi stat “11-liy”inin 95 faizi bu 3 görüşdə meydanda olmalı idi. Təəssüf ki, eksperimentlər hələ də davam edir. Müdafiə bərbad, mərkəzdə top saxlaya bilmirik, irəlidə isə nə etmək istədiyimiz bəlli deyil. Qurban savadlı məşqçidi, bunu işi ilə də sübut edib. Lakin hələ ki yığma istənilən səviyyədə oyun nümayiş etdirmir. Ümid edək ki, Kosovo ilə matça qədər hər şey yoluna qoyulacaq. Yoldaşlıq görüşlərində nəticə o qədər də önəm kəsb etmir. Əsas komandanın sərgilədiyi oyun və baş məşqçinin düşündüklərini yetirmələrinin meydanda nümayiş etdirməsidi. Qazaxıstanla qarşılaşmada nə istənilən səviyyədə oyun gördük, nə də nəticə ürəkaçan oldu. Qazaxların vurduğu ikinci qolda mərkəz müdafiəçilərinin nə etmək istdəyi, ümumiyyətlə, həmin an kimin stopper olduğu mənim üçün qaranlıq qaldı. Sizə açıq deyirəm, Millətlər Liqası böyük turnirlərə qatılmaq baxımından bizim üçün böyük şansdı. Bu fürsətdən yararlanmasaq, yaxın illərdə Azərbaycan millisinin böyük turnirlərə qatılmaq şansı, demək olar ki, yoxdu. Hər şeyə real yanaşmaq lazımdı”.
Veteran futbolçu Vidadi Rzayev isə bunları söylədi: “Açığı, Qazaxıstanla görüşdə millidən daha yaxşı futbol gözləyirdim. İnanırdım ki, Qurban Qurbanovun komandası səfərdə ən azı heç-heçə edə biləcək. Təəssüf ki, həmişə yuxarıdan aşağı baxdığımız Qazaxıstan bizə futbol dərsi keçdi. Kimin nə düşündüyünü deyə bilmərəm. Ancaq dünən (srağagün) gördüyüm o oldu ki, meydan sahibləri bütün meyarlarda bizi üstələdi. Yığma üzvləri sanki nədənsə çəkinir, rəqibin üstünə getməkdən qorxurdular. Komanda 2 top geridə olduğu halda Kamran Ağayevin topu oyuna gec daxil etməsi məni lap əsəbləşdirirdi. Bəzən yoldaşlıq oyunlarında belə məğlubiyyətlər olur. Futbolda olan hallardı. İndi ümid edək ki, bu bəxtsizlik idi və növbəti görüşlərdə milli bizləri sevindirəcək. Baş məşqçinin seçiminə gəlincə, Qurban Qurbanovu qınamaq olmaz. Astanada meydana çıxanların hər biri premyer-liqada aparıcı klublarda söz sahibi olan futbolçular idi. Riçard Almeydanın yoxluğu da sözünü dedi. Ancaq bir məsələni də qeyd etmək istərdim. Heç bir komanda bir və ya iki futbolçudan asılı olmamalıdı, xüsusilə söhbət millidən gedirsə. Tutaq ki, braziliyalı payızda, Millətlər Liqası start götürən ərəfədə optimal formada olmadı. Və yaxud Allah eləməsin, zədəli oldu. Belə çıxır ki, təslim olub “ağ bayraq” qaldıracağıq? Nə qədər ki vaxt var, bu problemi aradan qaldırmaq lazımdı. Əks halda yığma qarşıya qoyulan məqsədə çata bilməyəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar