06 in 19:39yigma

Rəşad Sadıqov nəticədən və oyundan razıdı

Rəşad Sadıqov nəticədən və oyundan razıdı
“Renat Dadaşov hələ hazır deyil”
U-21-in baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuatın suallarını cavablayıb. Gənc mütəxəssis ilk növbədə görüşün gedişi ilə bağlı ümumi fikirlərini bildirib: “Maraqlı və yaradıcı oyun alındı. Hər iki komanda topa nəzarət etmək istəyirdi. Qələbəni son dəqiqələrdə əldən versək də, nəticədən razı qaldım. Səfərdə oynayırdıq və nəticə də pis deyil. Heyətimizdə yaşı az olan futbolçu çoxdu. U-20 komandasından 7 nəfəri bu gün start heyətində meydana buraxdıq. Renat Dadaşov hələ hazır deyil. Son vaxtlar yalnız fərdi məşqlər edib. İstəyirdim ki, bizimlə birgə olsun, komandanı hiss etsin. Ona görə də meydana buraxdım. Qazaxıstanla bizim hədəflərimiz fərqlidi. Sizin yığma qrupda ikinci yer uğrunda yarışırsa, biz komandanı yeniləməyə çalışırıq. Bu gün uşaqlardan razı qaldım, meydanda çox çalışdılar. Verilən tapşırıqları yerinə yetirmək istəyirdilər”.
Rəşad Sadıqov 80-ci dəqiqədə rəqibin lehinə verilən penalti qərarına münasibət bildirməyib: “Penalti anı və digər epizodlarla bağlı geniş şərh vermək istəmirəm. Komandam görmək istədiklərimi meydanda reallaşdırdı. Mənim üçün nəticə ikinci plandadı”.
36 yaşlı çalışdırıcı yerli mətbuatın sualına cavab olaraq, Qazaxıstan futbolu barədə müsbət fikirlər səsləndirib: “Qazaxıstanın yaxşı kollektivi var. Qazaxıstan futbolu inkişafdadı. “Astana”nın uğurları bunu sübut edir. Məncə, doğru yoldasız”.
U-21-in baş məşqçisi “Astana”nın “sükanı arxasına” keçən “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçuk barədə də danışıb. O, ukraynalı mütəxəssisin ünvanına tərif yağdırıb: “Maraqlı insan, yaxşı məşqçidi. Onunla mübarizə aparmaq maraqlı idi. Qriqorçuka “Astana”da uğurlar arzulayıram”.
Qazaxıstanın baş məşqçisi Talqat Baysufinov da yığmamız haqda xoş sözlər deyib: “Fikrimcə, heç-heçə ədalətli nəticədi. İkinci hissədə qol vurmaq üçün mübarizə apardıq. Bu, bizim uşaqların zəhmətinin bəhrəsidi. Qol vəziyyətləri yaradırıq, lakin onları reallaşdırmaq üçün daha yaxşısını arzulamalıyıq. Təlimin sürətini artırmalıyam. Uşaqlara nə tapşırmışdıqsa, onu da yerinə yetirdilər. Tam hazır olmaq çətin idi. Çünki yoldaşlıq görüşünə hazırlıq üçün vaxtımız az idi. Amma rəsmi matçlara hazırlaşmaq üçün kifayət qədər zamanımız olacaq. Həm müdafiədə, həm də hücumda topu rəqibə verməməyə çalışdıq. Top rəqibdə olanda meydanın mərkəzində pressinq etməliyik. Azərbaycan yığmasının heyətində Avropa klublarında çıxış edən futbolçuların olması onlar üçün müsbət haldı. Unutmayın ki, Qafqaz futbol məktəbi güclüdü, nizam-intizamla birlikdə oyun da yaxşılaşır”.
Yığmamızın üzvlərindən Ehtiram Şahverdiyevlə Qismət Alıyev, qarşı tərəfdən isə Qazaxıstanın qapıçısı Tumurbek Zakirov də oyunla bağlı fikirlərini bildiriblər.
Ehtiram Şahverdiyev: “Yaxşı oyun oldu. Rəqib güclü idi. Həm texniki cəhətdən yaxşı oynayırdılar, həm də pressinq tətbiq edirdilər. Biz də çalışırdıq ki, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirək, düzgün oynayaq. Düzdü, yoldaşlıq oyununda nəticədən daha çox oyun vacib idi. Amma qələbə qazanmaq istəyirdik. Bununla belə, heç-heçə də pis nəticə deyil. Komanda olaraq, yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Ancaq gələcəkdə səhvlərimizi düzəldib daha da yaxşı oynayacağımıza inanıram”.
Qismət Alıyev: “Təlim-məşq toplanışı yeni başlamışdı. Yaxşı hazırlaşmışdıq və məşqçinin dediklərini etməyə çalışırdıq. Pis oynamadığmızı düşünürəm. Qələbə də qazana bilərdik, sona yaxın qol buraxdıq. Amma hər iki komanda üçün yaxşı oyun oldu. Qarşıda hələ bir oyunumuz da var. Macarıstan ilə qarşılaşmaya daha da səylə hazırlaşaraq yaxşı nəticə qazanmaq istəyirik”.
Tumurbek Zakirov: “Oyundan əvvəl cəmi 3 gün məşq etmək imkanımız oldu. Komandanın yeni tələblərə uyğunlaşma prosesi davam edir. Ancaq rəsmi qarşılaşmalara qədər səhvlərimizi düzəltmək üçün vaxtımız olacaq. Birinci hissədə komandada bir qədər arxayınlıq var idi və nəticədə rəqib bizi cəzalandırdı. Özümə gəlincə, oyun intizamım qaydasında deyildi. Buraxılan topa görə heç kimi günahlandıra bilmərəm. Tam mənim səhvim idi. Bu cür oyuna hazırlıqlı idik. Məhz belə qarşılaşma üçün köklənmişdik. Lakin bəzi anlarda şansımız olmadı, bəzən isə gücümüz çatmadı”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar