06 in 19:29yigma

U-21 Qazaxıstanla “sülh bağladı”

U-21 Qazaxıstanla “sülh bağladı”
Xəbər verdiyimiz kimi, dünən 21 yaşadək futbolçulardan ibarət yığmamız Qazaxıstanda bu ölkədən olan həmyaşıdları ilə yoldaşlıq görüşündə qüvvəsini sınadı. “Astana Arena”da baş tutan qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 13.00-da səsləndirildi. Bəribaşdan qeyd edək ki, Azərbaycanda oyunu “CBC Sport”, Qazaxıstanda isə “Qazsport” telekanalı canlı yayınladı.
Onu da qeyd edək ki, Qazaxıstanın əsas yığmasının baş məşqçisi Stanimir Stoilovun, həmçinin Qurban Qurbanovun başçılıq etdiyi millimizin əksər üzvlərinin üzvlərinin izlədiyi qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edirdi. Baş hakim Dmitri Muntyana Andrey Bodyan, Viktor Mardari və Aleksandr Tyan yardım edirdi.
Səfər ərəfəsində U-21-in heyətində iki dəyişiklik edilsə də, zədə səbəbindən yığmadan uzaqlaşdırıldığı bildirilən Rövlan Muradovla Budaq Nəsirovun yoxluğu ciddi itki deyildi. Hər halda, Rəşad Sadıqovun seçim imkanı geniş idi. Bunun nəticəsi kimi də Almaniyada top qovan Renat Dadaşov və Murad Mahmudovu da izləmək imkanımız oldu. Bununla belə, Sadıqov start heyətində U-20-nin bir neçə üzvünə də yer vermişdi. Ümimiyyətlə, baş məşqçilər aşağıdakı futbolçuların xidmətindən yararlandı:
Qazaxıstan: 1. Tumurbek Zakirov, 13. Kuanış Kalmuratov, 20. Saqadat Tursınbay (6. Bekzat Şadmanov, 46), 4. Karam Sultanov, 5. Aybol Abiken, 23. Jahonqir Xocamov (15. Ruslan Aimbayev, 60), 14. Yuri Pertsux, 18. Samat Şamşi (19. Oleq Çeprasov, 46), 21. İvan Antipov (11. Ediqe Oralbay, 77), Rinat Cumatov, 9. Didar Jalmukan (k) (16. Sultan Abilqazi, 46).
Azərbaycan: 12. Kamran İbrahimov, 6. Qismət Alıyev, 4. Bəhlul Mustafazadə (k), 3. Anton Krivotsyuk, 2. Sərtan Taşkın (20. Ömər Buludov, 61), 23. Ziya Əzizov (8. İlkin Muradov, 61), 17. Ozancan Kökcü (10. Renat Dadaşov, 67), 13. Hacıağa Hacıyev (28. Şakir Seyidov, 90+2), 16. İsmayıl İbrahimli, 11. Fərid Nəbiyev (9. Fəhmin Muradbəyli, 57), 7. Ehtiram Şahverdiyev (18. Murad Mahmudov, 77).
U-21 oyuna yaxşı başladı və ilk dəqiqələrdən topa nəzarət etməyə üstünlük verirdi. Qazaxların “5-li müdafiə” üslubunda çıxış etməsi işimizə yarayırdı. Düzdü, meydan sahibləri irəlidə daim pressinq etməyə çalışırdı, ancaq müdafiədə soyuqqanlı oynayan yığmamız kombinasiyalı oyunla rəqibi topsuz qaçmağa məcbur edirdi. 21-ci dəqiqədə standart vəziyyətdən sonra hesabı açmağa yaxın olduq. Fəridin qapı qarşısına ötürməsindən sonra top rəqibə dəyib Sərtan istiqamətinə gəldi. Di gəl ki, “Keşlə”nin futbolçusu bu hədiyyəni gözləmədiyindən bir neçə santimetrliyindən keçən topa toxuna bilmədi. 28-ci dəqiqədə U-21 əla hücum təşkil etdi. Ehtiramın ötürməsinə bilərəkdən toxunmayan Fərid MOİK-li İsmayılın zərbə vurmasına şərait yaratdı. Ancaq əlverişli mövqedə olmasına baxmayaraq, onun zərbəsi istənilən kimi alınmadı. Orta asiyalılar bir dəqiqə sonra yığmamızın qapısı qarşısında təhlükə yaratdılar. Künc zərbəsindən birbaşa qapıya göndərilən topu Kamran son anda tirin üstündən aşıra bildi. Bununla belə, Rəşad Sadıqovun komandası 33-cü dəqiqədə meydan sahiblərini məyus etməyi bacardı. Sərtan Taşkının uzaqdan o qədər də qüvvətli alınmayan zərbəsindən sonra qapıçı səhvə yol verdi. Topa gec reaksiya verən Tumurbek ona toxunsa da, qola əngəl ola bilmədi. Qoldan sonra da təşəbbüsü əldən verməyən yığmamız yalnız fasilə ərəfəsində həyəcanlandı. Roman Qriqorçukun çalışdıracağı “Astana”nın oyunçusu Yuri Pertsuxun uzaq “doqquzluğ”a fırlatdığı top cüzi fərqlə hədəfdən yayındı.
İkinci hissəyə Qazaxıstan fəal başladı ki, bu da təsadüfi deyildi. Talqat Baysufinov birdən-birə 3 əvəzetmə gerçəkləşdirdi və belədə yetirmələri təzyiqi artırdı. Təxminən 60-cı dəqiqəyə kimi qapımız qarşısında azı 3-4 real qol imkanı yaradıldı. Rəşad Sadıqov ikinci hissənin ortalarında əvəzetmələr gerçəkləşdirməklə təzyiqi bir qədər azaltmağa, oyunu bərabərləşdirməyə müvəffəq oldu. Hətta bu dəqiqələrdə ikinci qolu da vura bilərdik. 73-cü dəqiqədə məhz sonradan meydana çıxan Fəhminlə Renatın ifasında təşkil olunan hücumu məntiqi sonluğa çatdırmaq lazım idi. Məhz Muradbəylinin ötürməsi ilə rəqibin cərimə meydançasına daxil olan Dadaşov oyunu üzərinə götürsə də, həlledici zərbəsi qeyri-dəqiq alındı. Əslində o, daha əlverişli mövqedə olan Fəhminə ötürmə verməliydi.
Yığmamız 80-ci dəqiqədə üstünlüyünü əldən verdi. Ömər Buludovun qaydanı pozmasından sonra moldovalı referi cərimə zərbəsi təyin etdi. Qazax oyunçunun qapı qarşısına asması birbaşa Kamranın qucağına düşdü. Bu həmlənin nəticəsiz qaldığını düşündüyümüz vaxt oyunboyu meydan sahiblərinə rəğbətini hiss etdirən referi penalti nöqtəsini göstərdi. O, topsuz mübarizədə İlkin Muradovun Sultan Abilqazini yıxdığına işarə edib “nöqtə”ni göstərdi. Aybol Abiken bu fürsəti qaçırmadı – 1:1. İnsafən qeyd edək ki, rəqib son dəqiqələrdə daha iki dəfə fərqlənməyə yaxın oldu. Xüsusilə U-21 matça əlavə olunmuş 2-ci dəqiqədə Rinat Cumatovun təhlükəli zərbəsini mükəmməl seyvlə dəf edən Kamran İbrahimova minnətdar olmalıdı.
Qeyd edək ki, mayın 30-da təlim-məşq toplanışına başlayan U-21 iyunun 9-dək bir arada olacaq ki, növbəti sınaq matçı ayın 8-də Bakıda Macarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə baş tutacaq. Yeri gəlmişkən, macarlarla qarşılaşma "Dalğa Arena"da keçiriləcək və saat 19.00-da başlayacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar