06 in 19:12yigma

Budaq Nəsirov söyüşə görə U-21-dən kənarlaşdırılıb?

Budaq Nəsirov söyüşə görə U-21-dən kənarlaşdırılıb?
Vaqif Heydərli: “Futbolçunun karyerasını vətəndə davam etdirəcəyi də istisna olunmur”
Dünən Qazaxıstandan olan həmyaşıdları ilə görüşdən əvvəl U-21-in şərəfini qoruyan iki futbolçu – Rövlan Muradov və Budaq Nəsibov düşərgədən ayrılıb. Rəsmi məlumata görə, hər iki futbolçu zədəli olduğuna görə Rəşad Sadıqov onların xidmətindən yararlanmayıb. Muradovun zədəli olması bir neçə gün öncədən, daha dəqiq desək, U-20-nin Makedoniya ilə oyunları ərəfəsində məlum idi. “Qəbələ”nin yetirməsi legioner həyatı yaşadığı Çexiyadan yığmanın düşərgəsinə zədəli dönmüşdü. Bununla bağlı Sadıqov da mətbuata açıqlamasında məlumat vermişdi. Ancaq Budağın zədəli olması barədə heç bir xəbər yox idi. “Sportinq”in ikinci komandasının şərəfini qoruyan dayaq yarımmüdafiəçisinin harda və hansı şəraitdə zədələndiyi çox maraqlı idi.
Məsələ ilə maraqlanıb yaşananlara aydınlıq gətirmək istədik. Və məlum oldu ki, Nəsirovun U-21-in düşərgəsindən kənarda qalmasının kökündə heç də zədə amili durmur. Nəsirov dilinin bəlasına düşüb. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, Qazaxıstanla oyun ərəfəsində keçirilən məşqlərin birində “Sportinq”in futbolçusu komanda yoldaşlarından birinin ünvanına qeyri-etik sözlər işlədib. Bunu eşidən U-21-in baş məşqçisi onu yanına çağıraraq, məşqi və ümumiyyətlə, düşərgəni tərk etməyi tapşırıb. Onu da bildirib ki, onun rəhbərlik etdiyi komandada statusundan asılı olmayaraq, heç bir oyunçu intizamsızlığa yol verə, komanda yoldaşını təhqir edə bilməz.
Yaşananlara aydınlıq gətirmək üçün Nəsirovun agenti Vaqif Heydərli ilə əlaqə saxladıq. Vaqif bəy söylənilənləri təkzib etdi: “Budağın U-21-dən ayrı düşməsinin səbəbi zədə ilə bağlıdı. Mayın 28-də o və U-21-in heyətində olan bəzi futbolçular əsas yığmanın hazırlığına qoşulmuşdular. Bildiyiniz kimi, həmin gün ölkə kubokunun finalı olduğundan milliyə dəvət olunan “Qəbələ”nin və “Keşlə”nin bəzi oyunçuları toplanışa qatıla bilməmişdilər. Əsas yığmanın ikitərəfli oyununda Nəsirov zədlənib və bu üzdən Rəşad Sadıqov onu Qazaxıstana yollanacaq heyətdən kənarlaşdırıb. Budağın zədəsinin nə dərəcədə ciddi olduğunu indi söyləyə bilmərəm. Bildiyim qədər “dartıb”. Yəqin ki, yaxın günlərdə onun durumuna aydınlıq gələcək. Nəsirovun intizamsızlığa görə kənarda qalması boş söhbətdi”.
Bu yerdə Heydərliyə “od olmayan yerdən tüstü çıxmaz” məsələni xatırlatdıq. Ancaq futbolçunun agenti müştərisinin intizamsızlığa yol vermədiyini növbəti dəfə vurğuladı. Fürsətdən istifadə edib Vaqif bəylə söhbətdə Nəsirovun gələcək karyerasına da toxunduq. Xatırladaq ki, Lissabon təmsilçisi ilə 5 illik müqavilə bağlayan və anlaşmada transfer qiyməti kimi 60 milyon avro göstərilən yarımmüdafiəçi son mövsümdə meydanda az-az görünməklə yadda qaldı. Heydərli Budağın gələcəyi ilə bağlı bunları söylədi: “Hələ ki ortada konkret heç nə yoxdu. Bəli, mən sizə son açıqlamamda mövsümün sonunu gözləməyi, klub rəhbərliyi ilə görüşdən sonra Nəsirovun karyerasını harda davam etdirəcəyinə aydınlıq gələciyini bildirmişdim. Artıq mövsüm başa çatıb, yəqin ki, tezliklə bu suala aydınlıq gələcək. Müştərim karyerasını Avropa ölkələrinin birində davam etdirmək niyyətindədi. Hollandiya və Portuqaliyadan olan bəzi klublar onun xidmətində maraqlıdı. Lakin onlarla hələ danışıqlar masası arxasına oturmamışıq. Bizə ilk növbədə “Sportinq”in mövqeyi maraqlıdı. Yerli klublar? Açığı, premyer-liqa təmsilçiləri arasında da Budaqla maraqlanan, onu heyətində görmək istəyənlər var. Nəsirovun karyerasını vətəndə davam etdirəcəyi də istisna olunmur”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar