01 in 00:20yigma

Qurban Qurbanovlu yığmadan ilk darmadağın

Qurban Qurbanovlu yığmadan  ilk darmadağın
Yoldaşlıq oyunu
238 Azərbaycan – Qırğızıstan 3:0 (1:0)

23. Səlahət Ağayev
4. Pavel Paşayev
(30. Rahil Məmmədov, 87)
5. Maksim Medvedev (k)
15. Ruslan Abışov
26. Ürfan Abbasov
2. Qara Qarayev
(17. Rəhman Hacıyev, 78)
9. Namiq Ələsgərov
(22. Mahir Mədətov, 67)
8. Emin Mahmudov
(18. Coşqun Diniyev, 67)
25. Cavid İmamverdiyev
(13. Dimitri Nazarov, 58)
7. Araz Abdullayev
11. Ramil Şeydayev
(19. Amil Yunanov, 58)
Ehtiyat oyunçular
12. Anar Nəzirov
6. Bədavi Hüseynov
10. Ruslan Qurbanov
28. Ufuk Budak
Baş məşqçi: Qurban Qurbanov

16. Valeri Kaşuba
(1. Kalısbek Akimaliyev, 85)
5. Kursanbek Şeratov (k)
(6. Şerzot Şakirov, 60)
3. Tamirlan Kozubayev
20. Baxtiyar Duyşobekov
12. Avazbek Otkeyev
(22. Mustafa Yusupov, 78)
8. Aziz Sıdıkov
11. Bekjan Saqınbayev
(9. Alimardon Şukurov, 69)
21. Farxat Musabekov
(15. Murolimjon Axmedov, 60)
23. İslam Şamşiyev
18. Kayrat Jırqalbekulu
10. Mirlan Murzayev
(19. Roman Levçenko, 69)
Ehtiyat oyunçular
13. Kutman Kadırbekov
2. Amanbek Manıbekov
7. Odiljon Abduraxmanov
14. Pavel Sidorenko
17. Atai Dzhumashev
Baş məşqçi: Aleksandr Krestinin
Qollar: M.Medvedev, 17 (1:0). M.Mədətov, 75 (2:0). Ü.Abbasov, 84 (3:0).
Vərəqə: Q.Qarayev, 47 – sarı.
Hakimlər: ƏLİ PALABIYIK, Sərkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alpər Ulusoy (hamısı Türkiyə).
29 may. Bakı. Olimpiya stadionu. 4300 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Çərşənbə axşamı Qurban Qurbanovlu yığma Bakı Olimpiya stadionunda beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınadı. Qırğızıstanla matç millinin 2018-ci ildə, eləcə də Qurban Qurbanovun rəhbərliyi altında 3-cü oyunu idi. Bundan əvvəlki qarşılaşmalar da yoxlama xarakteri daşıyırdı ki, Qurbanovlu komandamız qələbəyə həsrət idi. Yanvarda Antalyada Moldova ilə qolsuz heç-heçəyə razılaşan yığma martda Belarusa 0:1 uduzdu, Mekedoniya ilə matçda isə tərəflər hərəyə bir dəfə fərqləndi. Sözsüz, milli 2018-də ilk qələbəsini qazanmağa köklənmişdi.
Digər tərəfdən, qırğızlarla indiyə qədər 3 dəfə qarşılaşmış və hamısında çətinlik çəkmişdik. Baxmayaraq ki, bu oyunlardan 2-də yığma qalib gəlmiş, 1 matç qolsuz “sülh”lə yekunlaşmışdı. Ancaq heç-heçə öz yerində, qələbələr də minimal fərqli (3:2, 1:0) olmuşdu.
Bir yandan da heyətdəki məcburi dəyişikliklər Qurban Qurbanovun əlini zəiflətmişdi. Zədəli Riçard Almeyda düşərgədən ayrılmışdı. Bundan başqa, bir gün əvvəl ölkə kubokunun finalında mübarizə aparan futbolçular - “Keşlə”dən Kamran Ağayevlə Slavik Alxasov, “Qəbələ”dən isə Cavid Hüseynov, İlqar Qurbanov və Təmkin Xəlilzadə heyətdə yox idi. Bölgə təmsilçisinin üzvlərindən cəza üzündən finalı buraxan Ruslan Qurbanov və Ürfan Abbasov yığmanın düşərgəsində idi ki, birinci sona qədər ehtiyatda qaldığı halda, start heyətində yer alan və darmadağında əsas pay sahiblərindən olan sonuncu üçün oyun uğurlu alındı...
Qarşılaşmanın axarını üç hissəyə bölmək olar. Qurban Qurbanovun komandası ilk 20 dəqiqəni üstün keçirdi. İstər topa sahibolmada, istərsə hesabda üstünlüyü ələ almışdıq. Birinci hissənin ilk yarısı ərzində asiyalılar meydanın mərkəzini belə keçməkdə çətinlik çəkirdi. Artıq 3-cü dəqiqədə hesabı açmaq olardı. Emin uzaqdan zərbə ilə Kaşubanın sayıqlığını yoxladı ki, rəqib qolkiper topu dəf edə bildi. Özünü topa daha tez çatdıran qırğız müdafiəçi isə təhlükəni birdəfəlik sovuşdurdu. Hesab 17-ci dəqiqədə açıldı. Şeydayev əlverişli imkandan yararlana bilməsə də, komandaya korner qazandırdı. Namiqin cərimə meydançasına havalandırdığı topu isə Maksim başla qapıdan keçirdi.
Qoldan sonra sanki yığma üzvlərində arxayınlıq yarandı. Qırğızlar isə əksinə, fəallaşdılar və bir neçə epizodda bəxtimizin gətirdiyini etiraf etməliyik.
Ümumiyyətlə, 20-60-cı dəqiqələr aralığında millinin ifasında sönük, cansıxıcı oyuna şahidlik etdik. Qurbanovun yetirmələri nə topa nəzarəti 3-4 ötürmədən artıq özündə saxlaya, nə də kəsərli hücum qura bilirdi. Bu arada cəmi bir dəfə Cavid İmamverdiyevin ifasında təhlükə yarada bildik. “Sumqayıt”ın üzvü təkbətək çıxdığı epizoddan yararlana bilmədi, daha doğrusu, Kaşuba onun yaxın küncə ünvanladığı topu zərərsizləşdirə bildi.
Qurbanov dərhal əvəzetmələrə əl atdı. Cavidin yerinə Nazarov meydana çıxdı, Şeydayev isə Amillə əvəzləndi. Tədricən özünə gələn yığma Mahirlə Coşqunun mübarizəyə qoşulmasından sonra oyununu tapdı. İkinci qol isə birinciyə çox oxşadı. Yenə standart vəziyyətdən, yenə künc zərbəsindən sonra fərqləndik. Bu dəfə Arazın qapı qarşısına göndərdiyi topu əla mövqe seçən Mədətov başla tora qovuşdurdu. Beləliklə, yığmada 5-ci oyununa çıxan hücumçu qol hesabını açdı.
Bu qol Qırğızıstanın mübarizə əzmini tam qırdı. Dərhal darmadağını gerçəkləşdirmək olardı. 77-ci dəqiqədə qısa zaman kəsiyində iki real qol fürsəti qaçırılmasaydı. Əvvəlcə Mədətov, az sonra Yunanov təkbətəkdən yararlana bilmədi. Rəhman Hacıyevin 78-ci dəqiqədə meydana çıxması ilə yığmanın oyununa daha da hərəkətlilik gəldi. Üçüncü qolu da məhz “Neftçi”nin futbolçusu təşkil etdi. Meydanın mərkəzində topu ələ keçirən Hacıyev Nazarovla “divar paslaşması”ndan sonra sürətlə irəli şığıdı və Mahiri tapdı. O isə öz növbəsində topu arxasından cinah keçidi edən Ürfanın hərəkəti istiqamətinə göndərdi. Belədə cərimə meydançasında qapıçı ilə üz-üzə qalan müdafiəçi qarşısıalınmaz zərbə ilə toru silkələdi. Ürfan da millidə “siftə”sini gerçəkləşdirdi və beləliklə, qol sevinci yaşayan 59-cu futbolçu oldu. Maraqlıdı ki, Abbasov da Mədətov kimi yığma formasında 5-ci matçında bunu bacardı.
Qeyd edək ki, yığmamız növbəti yoldaşlıq görüşünü iyunun 5-də səfərdə Qazaxıstana qarşı keçirəcək.
MİRAĞA

Yeri gəlmişkən...
Qırğızıstanı 3 cavabsız qolla üstələyən yığma tarixində 8-ci böyükhesablı qələbəyə imza atdı. 1992-ci ildə ilk rəsmi matçını keçirən millimiz bunu 238-ci oyunda gerçəkləşdirib. Bunadək cəmi 7 dəfə 3 və ya daha çox top fərqilə qalib gəlmişdik. Sonuncu belə qələbə ötən il sentyabrın 4-nə təsadüf etmişdi. Həmin gün DÇ-2018-in evdəki seçmə oyununda San Marinonu 5:1 hesabı ilə yenən yığma 5 matçlıq qələbəsizliyə növbəti darmadağınla son qoydu. Böyükhesablı qələbələrdən ikisi 4, altısı 3 top fərqilə qeydə alınıb. Altıncı dəfə 3:0 hesabı ilə qalib gələn komandamız bu nəticələrin hamısına yoldaşlıq matçlarında imza atıb.
Beləliklə, milli Qurban Qurbanovun baş məşqçiliyi dövründəki ilk qələbəsini böyük hesabla qazandı. Berti Foqts daha çox – 3 belə uğura sevinib. Robert Prosineçkinin də 1 darmadağına sevindiyini nəzərə alsaq, böyükhesablı qələbələrdən 4-ü əcnəbilərin hesabındadı. Qurbanov isə belə qalibiyyət əldə edən 4-cü yerli mütəxəssisdi. Kazbek Tuayev, Vaqif Sadıqov və Əhməd Ələsgərovun rəhbərliyi altında da fərqli qələbə əldə edilib.
Millimizin böyükhesablı qələbələri
27 fevral 1996. Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Farer adaları 3:0
22 mart 1997. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkmənistan 3:0
5 iyun 1999. Bakı. AÇ-2000-in seçmə oyunu. Azərbaycan – Lixtenşteyn 4:0
27 fevral 2012. Dubay. Yoldaşlıq görüşü. Azərbaycan – Hindistan 3:0
15 avqust 2012. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Bəhreyn 3:0
14 avqust 2013. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Malta 3:0
4 sentyabr 2017. Bakı. DÇ-2018-in seçmə oyunu. Azərbaycan – San Marino 5:1
29 may 2018. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Qırğızıstan 3:0

Maraqlıdı...
* Bu oyunda da “qara bazar” öz işində idi. Düzdü, kütləvi şəkildə deyildi. Ancaq metronun “Koroğlu” stansiyasından Olimpiya stadionuna doğru irəlilədikcə bilet satanların təklifi ilə qarşılaşmaq mümkün idi. Bununla belə, onlara hansısa alıcının yaxınlaşdığını müşahidə etmədik.
* Azarkeş sayının yüksək olmayacağı əvvəlcədən gözlənilirdi. Matçın yoxlama xarakter daşıması, rəqibin adlı-sanlı komanda olmaması bunu düşünməyə əsas verirdi. Təəssüf ki, proqnozlarımızda yanılmadıq.
* Qırğızıstan BOS-da dəstəksiz qalmamışdı. Asiyalı fanatların sayı çox olmasa da, bayraqlarla “silahlanıb”, komandalarını irəli səsləyirdilər. Oyundan sonra isə qırğız futbolçular azarkeşlərinin qərarlaşdığı tribunanın qarşısına gedib, onlara dəstəyə görə təşəkkür etdilər.
* Ölkənin ən nəhəng arenasında Millətlər Liqasının reklamı gedirdi. Mərtəbələrin sərhəddində olan lövhələrdə həm turnirin adı, həm də yığmanın keçirəcəyi oyunların vaxtı, rəqiblərlə bağlı informasiya matçboyu nümayiş etdirildi.
* Yerli fanatlar “Qarabağ bizimdi, bizim olacaq” şüarını səsləndirdi.
* Kayrat Jırqalbekulu əvəzlənərkən maraqlı durum yaşandı. Adı çəkilən futbolçu artıq meydanı tərk edəndə baş məşqçi onu geri qaytardı. Səbəb isə millimizin həmin an korner yerinə yetirməsi idi. Qırğızlar təhlükəni sovuşdurdu və bundan sonra rəqibin heyətində gözlənilən dəyişiklik baş tutdu.
* Bir gün öncə kubokun finalında iştirak edən “Qəbələ” və “Keşlə”nin üzvlərinin Qırğızıstanla matçda iştirak etməyəcəyi bəlli idi. Oyun bitdikdən dərhal sonra “qırmızı-qaralar”dan Cavid Hüseynovla İlqar Qurbanov, paytaxt təmsilçisindən isə Kamran Ağayevlə Slavik Alxasov tribunadan enib paltardəyişmə otağına yollandı.
* Qırğızlardan fərqli, yığmamızın üzvləri paltardəyişmə otağını daha gec tərk etdilər. Buna səbəb AFFA rəhbərliyinin komanda ilə görüşməsi idi. Assosiasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov paltardəyişmə otağına yollanıb, futbolçuları qələbə münasibəti ilə təbrik etdilər.
* Yığmanın avtobusunun yeni dizaynı diqqəti çəkir. Artıq nəqliyyat vasitəsinin üzərində “Azərcell” yazılmayıb. Bu da şirkətlə müqavilənin bir müddət öncə başa çatması ilə bağlıdı. Əvəzində avtobusun üzərinə futbolçuların şəkli həkk olunub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar