01 in 00:19yigma

Krestinin yığmamızı təriflədi

Krestinin yığmamızı təriflədi
Qurban Qurbanov: “Çatışmayan cəhətlərimiz çoxdu və bunu aradan qaldırmağa çalışırıq”
Oyunsonrası mətbuat konfransı xeyli vaxtımızı aldı. Əslində baş məşqçilər uzun-uzadı danışmadı. Sadəcə, jurnalistlər önünə çox gec çıxdılar. Əvvəlcə qonaqların çalışdırıcısı Aleksandr Krestinin konfrans otağına gəlib, bunları söylədi:
- İlk növbədə AFFA-ya bizə yaratdıqları yaxşı şəraitə görə minnətdarlığımı bildirirəm. Çox gözəl stadionunuz var. Məncə, pis futbol olmadı. Əlbəttə, istədiyimiz nəticə olmadı. Ancaq bunun obyektiv səbəbləri var. Səfərdə güclü rəqiblə keçirdiyimiz oyunlarda problemlərimiz var. Təzyiq altında oynaya bilmirik, təcrübə çatmır. Buna görə səfərdə güclü rəqiblərlə oynamaq istəyirik. Bu oyun bizə çoxlu informasiya verdi.
- Oyundan əvvəl hansı nəticəyə ümid edirdiz?
- Təbii ki, müsbət nəticəyə, qələbəyə ümid edirdim. Azərbaycan yığması təcrübəli komandadı. Oyuna pis başladıq. Lazımsız qollar buraxdıq. Adətən, az qol buraxırıq. “Standart”dan isə, ümumiyyətlə, çox az qol buraxdığımız halda, bu dəfə belə vəziyyətdən sonra qapımızda 2 top gördük. Kobud səhvlər etdik. Halbuki yaxşı hazırlaşmışdıq.
- Sizcə, Azərbaycan yığması Millətlər Liqasında nəyə ümid edə bilər?
- Bu suala tam cavab verə bilmərəm. Çünki yığmanızı yaxşı tanıyıram, ancaq rəqiblərinizi yox. Milliniz yaxşı futbol oynayır, yaxşı səviyyədədi. Məncə, Azərbaycan yığmasının yaxşı gələcəyi var. Millətlər Liqasında uğurlu çıxış etmək şansına maliksiz.
Daha sonra jurnalistlər qarşısına çıxan Qurban Qurbanov yığmayla ilk qələbəsini belə şərh etdi:
- İlk qələbəmizi qazandıq. Hər qol, hər qələbə çox vacibdi. Deyə bilmərik ki, optimal formadayıq. Nəticəni kənara qoyuram, məşqdə çox istifadə etdiyimiz hücumları gördüm. Baxmayaraq ki, ilk hissədə bu çox da alınmadı. Keyfiyyət çatışmırdı. Futbolçuların məşqdə etdiklərini bu gün oyunda təkrarlamağa çalışmaq düşüncələrindən çox razı qaldım. Bizim üçün hər oyun vacibdi, o cümlədən qələbə. Futbolçularımızı təbrik edirəm.
- İki fərqli hissə oldu. İkinci yarıda komandanın daha çox hücuma atılması fasilədə verdiyiniz tapşırığın nəticəsiydi?
- Futbolda belə psixologiya var: qol vuran komanda ehtiyatlı oynayır, hesabda geri olan hücuma atılır. Futbolçularımız qələbəni çox istəyirdilər. Çünki rəhbərliyim altında ilk qələbəni qazanmağı arzulayırdılar. İlk hissədə həyəcan hiss olunurdu. Ancaq ikinci yarı tam fərqli oldu. Bəzi əvəzləmələr alındı. Meydana sonradan çıxanlar özlərini yaxşı tərəfdən göstərdilər. Bu oyunda düşündüyümüz hər epizodla qarşılaşdıq. Komandamız ikinci yarıda hücuma daha çox atılmağa başladı. İlk hissədə rəqib də qapalı oynadığından istədiyimiz hücumları qura bilmirdik.
- Növbəti iki oyunda da hücum üslubuna üstünlük verəcəksiz?
- Heyətdə bəzi dəyişikliklər gözlənilir. Çalışıram ki, yoxlama oyunlarında hər futbolçunun potensialına yaxından bələd olum. Bu komandanı daha çox nəticə vermək üçün hazırlayırıq. Həm müdafiədə etibarlılıq, həm də hücumda sərrastlıq lazımdı. Bəzən rəqiblərimizin gücü də oynamağa imkan vermir. Nə qədər hücumda oynamaq istəsən də, rəqibin gücü səni müdafiə olunmağa məcbur edir. Futbolçuların düzgün müdafiə olunması həddən artıq önəmlidi. Qalib gəlmək istəyiriksə, daha çox hücumda olmalı və qol vurmağa çalışmalıyıq. Ancaq bu zaman müdafiəni də qorumağı bacarmalıyıq.
- Komanda neçə faiz istədiyiniz futbolu sərgiləyir?
- Demək olmaz ki, tam hazırıq. Hələ çox işləməliyik. İlk hissədə bir neçə düşünülmüş hücum olsa da, qolla yekunlaşdıra bilmədik. Məni sevindirən odu ki, standart vəziyyətdən sonra 2 qol vurduq. Bu, Millətlər Liqası ərəfəsində vacib məqamdı. Həmin turnirdə belə vəziyyətlərdən qol vurmaq və qol buraxmamaq çox lazımdı. Bu qollar futbolçularda özünəinam yaradır. Hələ ki çatışmayan cəhətlərimiz çoxdu və bunu aradan qaldırmağa çalışırıq.
- Robert Prosineçkinin dövründə Dmitri Nazarov yarımmüdafiənin sol cinahında oynayırdı, indi isə mərkəzdə. Riçard Almeyda heyətdə olsa, hər ikisi mərkəzdə oynayacaq?
- Bu futbolçuların mövqeyi fərqlidi. Səhv etmirəmsə, Prosineçkinin vaxtında da Nazarov mərkəzdə oynayırdı. İndi onu orta sahədə oynatmağı düşünürəm.
- Taran tipli hücumçuyla bağlı alternativ variantlar haqda düşünürsüz? Məsələn, Rüfət Dadaşov...
- Bir yox, bir neçə variant haqda düşünürük. Nə dərəcədə alınacaq, bunu zaman göstərəcək. Sürətli, ustalıq səviyyəsi yüksək olan bir neçə futbolçunu sərəncamımda görmək istəyərdim.
- Pavel Paşayev xəsarət aldı və az sonra əvəzləndi. Vəziyyəti necədi?
- Onun zədəsinə ciddi demək də olmaz, deməmək də. Riçard Almeydanın zədəsi kimidi, topuq nahiyəsindən xəsarət alıb. Sabah müayinədən keçəndən sonra vəziyyətini dəqiq biləcəyik.
- Cavid İmamverdiyevlə Rahil Məmmədovun “Qarabağ”a keçəcəyi deyilir. Bu haqda nə deyə bilərsiz?
- Belə söz-söhbət harada gəzir? (gülür) Gəlin, bu gün millidən danışaq. Onlar transfer siyahımızda var. Yalnız onlar deyil. Sadəcə, bəzən olur ki, futbolçunu transfer etmək mümkün deyil, lakin onu transfer siyahımıza salırıq.
SƏRXAN

Reaksiyalar
Qara Qarayev: “Açığı, bu dəqiqə əsas fikrimiz böyükhesablı qələbə qazanmaq yox, 3 xal əldə etməkdi. 3:0 hesablı qələbə göstərdi ki, yığmada hər şey yaxşılığa doğru gedir. Millətlər Liqası ərəfəsində sonuncu yoldaşlıq görüşləridi. Çalışıb ortaya nəsə çıxarmalı, komanda şəklində toparlanmalı, necə futbol oynayacağımızı göstərməliyik. Qazaxıstan və Latviya ilə oyunlarda da yaxşı nəticə qazanıb Millətlər Liqasından öncə ab-havanı yüksəldəcəyik. Razıyam, çatışmazlıqlar var. Bu gün qola qədər aşkar üstün idik. Lakin hesab açılandan sonra müəyyən boşluqlara yol verdik. Bu da rəqibin oyununa görə idi. Qola qədər əsasən müdafiədən çıxış edirdilərsə, hesabda geri düşəndən sonra irəlidə pressinq etməyə başladılar ki, bu da bizi çaşdırdı. Bir çox futbolçularla indi-indi millidə oynamağa başlayırıq. Bu da xətlərarası əlaqələrdə özünü göstərir. Bəzən bir-birimizi başa düşmürük. Nöqsanlarla yanaşı, yaxşı cəhətlərimiz də var idi... Açığı, Qırğızıstan millisini tanımırdım. Yalnız videogörüntülər əsasında nəyə qadir olduqlarını görmüşdük. Deyərdim ki, videogörüntülərdə daha xoş təsir bağışlamışdılar. Rəqib futbolçular ağır idi. Daha çox təkbətək mübarizələrə üstünlük verirdilər. Vacib olan nəticə idi, onu da qazandıq. Çünki Millətlər Liqasında bizə baxımlı futboldan çox nəticə lazım olacaq. Sırf nəticəyə oynamağı bacarmalıyıq. O ki qaldı Riçard Almeydanın yoxluğuna, əlbəttə, yeri görünürdü. Nə qədər də olmasa. 6 ildi birlikdə oynayırıq, bir-birimizi yaxşı başa düşürük. Onunla oynamaq mənə daha rahatdı. Bunu deməklə Emin Mahmudovun zəif olmasına, yaxud anlaşa bilməməyimizə işarə vurmuram. Sadəcə, Eminlə ikinci dəfədi yanaşı oynayıram”.
Ürfan Abbasov: “Rəqibi yetərincə təhlil edib, oyuna istəklə hazırlaşmışdıq. Bunun məntiqi nəticəsi kimi 3 qol vurmağı bacardıq. Düzü, qələbə qazanacağımızı gözləsəm də, qol vuracağımı təxmin etmirdim. Fürsət yarandı, mən də əldən vermədim. Yeri gəlmişkən, Mahirin ötürməsi də yaxşı alındı. Həmin an məqsədim yalnız qol vurmaq idi. Topu qəbul edən kimi ötürmə vermək yox, dərhal qapıya zərbə endirmək haqda düşündüm. Rəqib qırğızlar olmasaydı, zərbə vurardım? Başqa rəqib olsaydı, yəqin ki, bu cür fürsət yaranmazdı (gülür). Qurban Qurbanov şans verir, mən də bacardığımı etməyə çalışıram. Bundan sonra da güvənsə, yenə əlimdən gələnin ən yaxşısını edərəm. Əsas heyətdə oynadığıma görə sevinirəm. Bilirəm, oyunun müəyyən hissəsində rəqibə əl-qol açmağa imkan verdik. Bunun səbəbi pressinqə hazır olmamağımız idi. İnanmırdıq ki, meydanın bizə aid hissəsində daha çox pressinq edərlər. Belə olanda isə müəyyən çaşqınlıq yaranırdı. Yeri gəlmişkən, əvəzetmələrin də müəyyən köməyi oldu... Roman Qriqorçukun gedib, başqa məşqçinin gələcəyinə görə narahat deyiləm. Niyə narahat olmalıyam? Kim güclüdüsə, kim hazırdısa, o da oynayacaq”.
Mahir Mədətov: “Yığmadakı dəyişiklikləri özünüz də görürsüz. Futbolçuların bir çoxu yeni gələnlərdi. Ona görə də oyunlar asan keçmir. Bir-birimizə uyğunlaşmaq üçün müəyyən vaxta ehtiyacımız var. Oyuna üstün başladıq, lakin rəqib “sıxan” kimi hiss olunurdu ki, müəyyən çaşqınlıq yaranır. Bu gün bizə daha çox qələbə lazım idi. Qarşıda bizi daha iki görüş gözləyir. Bu oyunu unudub həmin matçlara hazırlaşmaq lazımdı. Millidə əsas heyətdə yer almağın, yaxud ehtiyatda qalmağın önəmi yoxdu. Hamımız ölkəmizin adı üçün çalışırıq. Ona görə də əvəzetmədən meydana daxil olmağımın heç bir önəmi yoxdu. Düşünmürəm ki, rəqib çox zəif idi. Hazırda zəif rəqib yoxdu. İstənilən komanda istənilən rəqibə qarşı oynaya bilir. Məşqlərdə baş məşqçinin taktiki tapşırıqları var idi ki, onları həyata keçirməyə çalışırdıq. Yorğunluqdan söhbət gedə bilməz. Tribunalarda azarkeşlərin sayının çox olmasını istərdik. Gəlsinlər, dəstəkləsinlər. Ümid edək ki, həm matç yoldaşlıq görüşü xarakteri daşıyırdı, həm də Ramazan bayramıdı deyə bu gün sayları elə də çox deyildi. Məncə, Millətlər Liqasında ab-hava fərqli olacaq”.
Ruslan Abışov: “Yığmada yeni baş məşqçi və futbolçuların olmasına baxmayaraq, millinin oyundan-oyuna “artırdığı” hiss olunur. Qurban Qurbanovun tələbləri çoxdu, biz də çalışırıq onları yerinə yetirək. Qırğızıstan yığmasını deyilən qədər zəif adlandırmazdım. Epizodlarla baxanda görürsən ki, futbol anlayışları var, nəsə göstərməyə çalışırdılar. Böyükhesablı qələbələr bizə lazımdı. İstər-istəməz əhval-ruhiyyə yüksəlir. Bu cür rəqiblərlə oyuna daha yaxşı köklənməlisən ki, arxayınlıq olmasın. Amma gördüyünüz kimi, hesab açılandan sonra müəyyən qədər rahatlaşdıq. Rəqib də bundan maksimum yararlanmağa çalışırdı. Ürfanın vurduğu qol məşqlərdə çalışdığımız taktiki tapşırıqların nəticəsi idi. Buna baxmayaraq, səhvlərimizdən nəticə çıxarmalıyıq. Qarşıdakı iki oyundan sonra Millətlər Liqasına köklənəcəyik. Ona görə də Latviya və Qazaxıstandan yaxşı nəticə ilə qayıtmalıyıq... Bədavi Hüseynovun sıralarımıza qoşulmasına görə sevinirəm. Mənim, Maksimin, yaxud Bədavinin oynamasının fərqi yoxdu. Önəmli olan yığmanın nəticə qazanması, müdafiə xəttinin inamlı təsir bağışlamasıdı”.
Ramil Şeydayev: “Fikrimcə, kifayət qədər yaxşı oynadıq. Əlbəttə, bəzi məqamlarda səhvlər var idi. Lakin get-gedə daha yaxşı olacağıq. Təbii ki, qələbə üçün oynayırdıq. Bu üzdən hər şey gözləmək olardı. Daha çox qol vurmağa çalışırdıq. Bu, millidə yeni baş məşqçi ilə ilk qələbəmiz idi. Ümid edirəm ki, gələcəkdə qələbələrimizin sayı daha çox olacaq. Öz oyunuma gəlincə, heç bir eniş hiss etmirəm. Müəyyən çatışmazlıqlar var və zamanla onları aradan qaldırmalıyıq. Yəqin ki, qarşılıqlı anlaşma daha yüksək olmalıdı. Elə də uzun müddət deyil bir yerdəyik. Dəyişikliklər olduğundan, yeni futbolçuları çox da tanımırıq. Eləsi var ki, birinci dəfə görürük. Eləsi də var ki, çoxdan birgəyik. Buna görə də daha çox birgə olmalıyıq. Qol vurmaq üçün yaxşı imkanım oldu. Ötürmə vermək istədim, amma alınmadı. Sonradan isə iti bucaq altından zərbə vurdum. Amma daha tez vursaydım, qol imkanımı lazımınca dəyərləndirəcəkdim”.
Kursanbek Şeratov: “İlk növbədə göstərdiyi qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür edirəm. Möhtəşəm stadionunuz var. Amma buna qədər də Çində, İranda belə arenalarda çıxış etmişdik. 3 qol bizim üçün çox oldu. Bu qədər çalışmışdıq, hazırlaşmışdıq, yenə xeyri olmadı. Deyərdim ki, yığmanız bizim üçün güclü rəqibdi. Sürətli oynayırlar, topla rəftarı yaxşı bacarırlar. Standart vəziyyətlərdən buraxdığımız iki qol yerinə düşmədi. Biabırçı qollar idi. Millinizdə daha çox Riçard Almeydanı fərqləndirərdim. Bir də onunla yanaşı oynayan balacaboy yarımmüdafiəçi var (Qara Qarayevi nəzərdə tutur - H.). Yanvarda bizi Asiya çempionatının oyunları gözləyir. Final mərhələsinə vəsiqə qazanmışıq deyə orda mübarizə aparacağıq. İndi həmin görüşlərə hazırlaşırıq. Ona görə də federasiya rəhbərliyi ilə məşqçilər heyəti daha güclü rəqiblər seçir. Cənubi Koreya ilə eyni qrupda mübarizə aparacağıq deyə Azərbaycan yığması ilə oynamağımız yerinə düşdü. İranla oynamışıq, hansı ki, dünya çempionatının iştirakçısı sayılır. Məncə, milliniz onlarla eyni gücdədi. Klublarınızın avrokuboklardakı çıxışlarından xəbərdarıq. “Qarabağ” Çempionlar Liqasında, “Qəbələ” Avroliqanın qrupunda oynayıb. Maraqlıdı ki, heyət üzvlərinin arasında çoxlu yerli oyunçular var. Və onlar da bu gün bizə qarşı oynayırdılar. Güclü çempionatınız, legionerləriniz var. Əlbəttə, mən də burda oynamaq istərdim... Bu gün meydana çıxanların hamısı Qırğızıstanda oynayan futbolçular idi. Yalnız bir nəfər Türkiyə liqasından gəlmişdi. Legioner həyatı yaşayan 5-6 nəfər var ki, onlar Bakıya gəlməmişdilər. Daha doğrusu, klubları icazə verməmişdi. Bizim çempionatda futbolçular nə qədər qazanır? Aylıq hardasa 2-3 min dollar”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar