30 may 23:23yigma

Rəşad Sadıqov Krivotsyuku Medvedevin davamçısı sayır

Rəşad Sadıqov Krivotsyuku Medvedevin davamçısı sayır
“Bir ilə əsas heyətimiz “oturacaq”
U-20 Rəşad Sadıqovun rəhbərliyi altında ilk təlim-məşq toplanışını başa vurdu. Sonuncu qarşılaşmada məğlub olan millinin baş məşqçisi "Dalğa Arena"da keçirilən matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavabladı.
- Bugünkü oyunun fonunda U-20-nin ilk təlim-məşq toplanışını necə dəyərləndirərdiz?
- Təlim-məşq toplanışından ümumilikdə razıyam. İstər futbolçuların nizam-intizamı, istərsə də işə yanaşması olsun. Düşünürəm ki, bizim üçün çox faydalı toplanış oldu. Üç yoxlama matçı keçirdik. Çox istəyərəm ki, daha çox bir yerdə olaq, daha çox oyunlar keçirək. Çünki çatışmazlıqlarımız çoxdu. Sadəcə, onlar üzərində işləməyə vaxt yoxdu. Millinin toplanışı belə olacaq, gəlib 10 günə 2 oyun keçirəcəksən. İstəyərəm ki, daha çox vaxtımız olsun. Bunu Antalya toplanışında da demişdim. Amma vaxt məhduddu və buna görə də qısa müddətdə nəsə düşünüb etməliyik.
- Hər məşqçi oyundan müəyyən nəticə çıxarır. Siz konkret bu matçdan hansı nəticəni çıxardız?
- Oyunu iki hissəyə bölmək olar. Tam fərqli hissələr oldu. Özünüz də gördüz ki, oynamayan futbolçulara şans vermək, onları iş başında görmək istəyirdim. Gəzirik, baxırıq, oyunları izləyirik. Ancaq Azərbaycan çempionatı başqadı, beynəlxalq matçlar başqa. Kiminsə oyunu alınmadısa, zəif çıxış etdisə, bu o demək deyil ki, onun üzərindən xətt çəkirik. Bunu da başa düşmək olar. Fikirləşirəm ki, bu, getdikcə bəhrəsini verəcək.
- Görünən odu ki, ehtiyat qüvvəmiz azdı. Çətin olmayacaq?
- Ümumiyyətlə, ilk təlim-məşq toplanışı olduğu üçün demək olmur ki, əsas heyət hansıdı, əvəzedici heyət hansı. Sadəcə, ilk 2 qarşılaşmada az oynayanlara şans verdim. Zədəli oyunçularımız da var. Həmin 4-5 nəfər sıralarımıza qoşulduqdan sonra vəziyyət yavaş-yavaş yaxşılaşacaq. Vaxtımız var. Bir ilə əsas heyətimiz “oturacaq”. Burdan 12-13 nəfər U-21-in təlim-məşq toplanışına dəvət alacaq. Bu cür işləyə-işləyə bu komandanı formalaşdırmağa çalışacağıq.
- Buraxılan qolu sanki normal qarşıladız...
- Buraxılan qol məni o qədər üzmür, çünki texniki səhvdi. Məni üzən başqa şeylər olur ki, kimsə mübarizələrə istəksiz yanaşır, oyunu çox rahat uduzur. Məni üzən belə şeylərdi. Topu arxaya verəndə qapıçıyla bir-birini hiss etmədilər və bu da qol oldu. Bu, futbolda olan şeylərdi.
- Makedoniya hər halda, İtaliya, İngiltərə deyil və bizim oyunçular rəqibdən futbol düşüncəsinə görə çox aşağıdı. Sizcə, niyə belə zəifik?
- Ümimiyyətlə, Makedoniya yığması çox güclüdü. İngiltərəni iki ay öncə elit mərhələdə 2:0 hesabıyla yeniblər. Rəqib çox yaxşı olsa da, bu, bəzi səhvlərə yol verməyimizə bəhanə deyil. Futbol düşüncəmiz oyundan-oyuna yaxşılaşmalıdı. Bunun üçün çoxlu matçlar keçirməliyik.
- Bununla düzələcək?
- Bəli. Əvəzedicilərin, U-19-un oyunlarıyla, məşqlərlə addım-addım düzəldirik. Ancaq bunlar birdən düzələn problemlər deyil.
- Kapitanlığın Anton Krivotsyuka verilməsi premyer-liqa təcrübəsinin olması ilə bağlıdı?
- Əsas kapitanımız Hacıağa Hacıyevdi. İkinci kapitan Anton, üçüncü isə Kamran İbrahimovdu. Gələcəkdə kimsə özünü kapitanlığa daha layiq göstərsə, kimsə buna layiq olmasa, dəyişikliklər ola bilər.
- Krivotsyukun Azərbaycan himnini oxuması da diqqətimizi çəkdi.
- Anton özümüzküdü, onu “milliləşmiş” legioner kimi qəbul etmirəm. Təmiz azərbaycanca danışır, himnimizi oxuyur. Toplanışlarda ona çox şeyi tərcümə etmirik, özü azərbaycanca başa düşür. Mən onu bir növ azərbaycanlı kimi qəbul edirəm. Maksim Medvedevin davamçısı kimi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar