16 fev 15:39yigma, manset

Mahmud Qurbanov Şeydayevin uğurlu olacağını düşünür

Mahmud Qurbanov Şeydayevin uğurlu olacağını düşünür
“Yığmaya oyun təcrübəsi baxımından daha hazırlıqlı gələcək”

“Trabzonspor”un Ramil Şeydayevi “Jilina”ya icarəyə verdiyini bilirsiz. Razılaşmaya əsasən o qarşıdakı ilyarım ərzində “sarı-yaşıllar”ın heyətində çıxış edəcək. Qeyd edək ki, 20 yaşlı forvardın yeni komandası Slovakiya çempionatında 17 turdan sonra 44 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Cari mövsümün əvvəlində “Zenit”i “Trabzonspor”a dəyişən Ramil Qaradəniz təmsilçisi ilə 4 illik müqavilə imzalamışdı. Lakin onun Türkiyə karyerası uğurlu alınmadı. Belə ki, “Trabzonspor”un baş məşqçisi Ərsun Yanal heç cür yığmamızın üzvünə güvənmədi. Çalışdırdığı komandanın uğursuz nəticələrə imza atmasına baxmayaraq. Yarım mövsüm ərzində çempionatda cəmi bir görüşdə 10 dəqiqə mübarizə aparan Ramil kubokda 2 oyunda üst-üstə 76 dəqiqə oynamaq şansı qazandı. Təbii, onun ehtiyatda qalması, oyun təcrübəsi sarıdan əziyyət çəkməsi milli üçün də mənfi hal idi. Artıq hər kəs Şeydayevin “Jilina”da daha çox şans qazanacağına, bu mənada milliyə daha faydalı olacağına inanır. Hər halda, AFFA da futbolçunu yığmada oynamağa razı salmaq üçün çox çalışmışdı. Yığma üçün tapıntı sayılan, millinin gələcəyi gözü ilə baxılan birinin klubunda ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrilməsi azərbaycanlı azarkeşlərin də ürəyincə deyildi.
Ötən sayımızda Şeydayevi Jilina şəhərinin eyniadlı komandasında hansı rəqabətin gözlədiyini qeyd etmişdik. Dünən yığmanın məşqçisi Mahmud Qurbanovla əlaqə saxlayıb, “Trabzonspor”un 20 yaşlı hücumçunu “sarı-yaşıllar”a icarəyə verməsi ilə bağlı fikirlərini öyrəndik: “Düşünürəm ki, Şeydayevin meydana çıxmaq şansı daha çox olacaq. Oyun təcrübəsindən əziyyət çəkməyəcək. Düzdü, “Trabzonspor”la “Jilina”nı müqayisə etmək olmaz. Ancaq Ramil Qaradəniz təmsilçisinin heyətində oyunlara, demək olar, çıxmırdı. Çox nadir hallarda şans qazanırdı. Oyun təcrübəsi yox idi. Bu yaşda nə qədər çox futbol oynasa, özü üçün də bir o qədər yaxşıdı. Məncə, bundan sonra daha yaxşı olacaq. Bu üzdən o fikirdəyəm ki, “Jilina”ya icarəyə verilməsi Şeydayevin xeyrinədi. Oyun təcrübəsini artıracaq, özünü göstərmək şansı qazanacaq. Bu baxımdan xüsusən futbolçu kimi onun özü üçün bu keçid xeyirli olmalıdı. Deməzdim ki, bu, Ramilin karyerasında geriyə addımdı. Doğrudu, “Trabzonspor” Türkiyənin köklü klublarından biridi. Ancaq nə vaxta kimi ehtiyatda oturmaq olar? Yenə deyirəm, Ramil elə yaşdadı ki, ona daim meydana çıxmaq lazımdı. Oyun təcrübəsinin azlığından əziyyət çəkməməlidi, özünü göstərmək şansı qazanmalıdı. Bu baxımdan Şeydayevin “Jilina”ya icarəyə verilməsi geriyə addım kimi dəyərləndirilməməlidi. Təbii, yığmaya da daha hazırlıqlı gələcək. Həm fiziki, həm də oyun təcrübəsi baxımından. Qollarını sıralasa, lap yaxşı olar. Özü də “Jilina” Slovakiya çempionatında ən yaxşılardan biridi. Hazırda ilk pillədə qərarlaşması da qeyd olunmalıdı”.
Bu arada “Trabzonspor”un rəsmi saytında Ramilin “Jilina”ya hansı şərtlərlə keçdiyi açıqlanıb. Gənc forvardın 2018-ci ilin yayına qədər Slovakiya klubunda çıxış edəcək. “Jilina” bunun müqabilində qarşı tərəfə pul verməyəcək. Əksinə, oyunçunun aylıq məvacibinin 10 min avrosunu Türkiyə təmsilçisi ödəyəcək.
Klublar arasında imzalanan müqavilədə yer alan bəndə əsasən Slovakiya çempionatının lideri 3 milyon avro müqabilində Şeydayevi birdəfəlik transfer etmək hüququna malik olacaq. Bu müddətdə və ya 2018-in yayında futbolçu başqa kluba transfer olunarsa, əldə ediləcək pulun 10 faizi “Jilina”ya çatacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:11 Mehdi AZAL-ı seçməyindən məmnundu Dünən, 13:09 Olimpiya çempionu “Kəpəz”dən danışdı Dünən, 13:07 “Traktorsazi” əzəli rəqibinə qalib gəldi Dünən, 13:05 Əvəzedicilərin çempionatında həlledici sonluq Dünən, 13:03 Şimallılar üçün mövsümün son oyunu Dünən, 13:02 Avstriya “Qarabağ”ı Bakıda futbolçu seçəcək Dünən, 13:00 İlümjinov Şəmkiri Linaresə bənzədir Dünən, 12:58 Teymur titulu Şəhriyardan almaq üçün əlindən gələni edəcək Dünən, 12:56 Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır Dünən, 12:53 Finalın hakimi kim olacaq? Dünən, 12:51 MOİK islahatlara başladı: 8 futbolçu qovuldu Dünən, 12:50 Qətərdən səs çıxdı, diskdən yox Dünən, 12:45 “Sumqayıt” Kamerun yığması ilə qarşılaşacaq Dünən, 12:43 Premyer-liqanın üç klubu "Qarabağ"ı təbrik etməyib Dünən, 12:42 Oynadı və “sarı” aldı Dünən, 12:40 Çempion ola bilməməyin səbəbini dedilər... Dünən, 12:38 “Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq Dünən, 12:36 “Mehdi Hüseynzadə”də işlər dayanıb Dünən, 12:35 Yaşar Vahabzadə İslamiadanın təqvimindən razıdı Dünən, 12:33 Eltac Səfərli İsveçrəni “fəth etdi” Dünən, 12:31 Sergey Karyakin Vüqarın məzarını ziyarət etdi Dünən, 12:30 İslamiada xəbərləri Dünən, 12:28 Simaitis ehtiyatda qalmasını normal qarşılayır 22-04-2017, 00:49 Qrupda qaldıq... 22-04-2017, 00:47 Tellur özündən razı deyil 22-04-2017, 00:45 Dreksa qayıdır, Petrov “Zirə”yə qarşı oynamayacaq 22-04-2017, 00:42 “Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi 22-04-2017, 00:40 Ölkə çempionları bəllidi 22-04-2017, 00:39 Qonaqlar xala da, qola da həsrət qaldı 22-04-2017, 00:37 İştirakçıların çoxluğu Neymarı təəccübləndirib 22-04-2017, 00:34 Avroliqaya sonuncu vəsiqə kimin olacaq? 22-04-2017, 00:33 "Yaz turniri" başlayıb 22-04-2017, 00:31 4000 manata başa gələn 1 xal 22-04-2017, 00:30 Nicat Muxtarov 3200 manat ziyana düşdü 22-04-2017, 00:28 Təbriz Həsənov Makedoniyanı AÇ-dəki hansı rəqibimizə oxşatdı? 22-04-2017, 00:27 PFL “gümüş”lə “bürünc”ü Qəbələyə aparır 22-04-2017, 00:25 “İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir 22-04-2017, 00:24 Maşallah Əhmədovun məsələsi yenidən araşdırılacaq 22-04-2017, 00:23 “Qarabağ” nominal meydan sahibi oldu 22-04-2017, 00:22 Klublar Komitəsi mövsümün sonunu gözləyir 22-04-2017, 00:17 Alina Kabayeva gimnastikamızdan ağızdolusu danışdı 22-04-2017, 00:16 Jidkova yığmanın uğur qazanacağına inanır 22-04-2017, 00:14 İslamiada xəbərləri 22-04-2017, 00:12 Avropa çempionatına iki “bürünc”lə başladıq 22-04-2017, 00:11 Fətəliyevanın məğlubiyyətsizlik seriyası qırıldı 22-04-2017, 00:09 Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır 19-04-2017, 20:19 Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın! 19-04-2017, 20:17 AFFA və PFL-dən Əsgər Abdullayevi təbrik etməyiblər 19-04-2017, 20:15 “Qırmızı”sız tur və 3500 tovuzlu 19-04-2017, 20:13 HAKİMLƏRİN MÜHAKİMƏSİ 19-04-2017, 20:11 Avropa Liqasının təqvimi müəyyənləşdi 19-04-2017, 20:09 Yığma kluba uduzdu 19-04-2017, 20:08 “İnter”də maaş problemi davam edir 19-04-2017, 20:06 TURUN SİTATI 19-04-2017, 20:04 TURDAN MƏQAMLAR 19-04-2017, 20:01 Niyə “Qəbələ” yox, “Qarabağ”? 19-04-2017, 19:59 TURUN OYUNÇUSU Bütün xəbərlər
Ən çox oxunanlar