17 may 23:23yigma

Rəşad Sadıqov məğlubiyyətə layiq olmadıqlarını düşünür

Rəşad Sadıqov məğlubiyyətə layiq olmadıqlarını düşünür
“Bu yay “Qarabağ” üçün ən ağır dönəm olacaq”
Oyun başa çatandan sonra AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Törə Əhmədova jurnalistlərin rahatlığı üçün baş məşqçi Rəşad Sadıqovun sualları ayaqüstü brifinqdə yox, mətbuat konfransında cavablamasını təklif etdi.
Media mənsubları önünə çıxan gənc mütəxəssis öncə matçla bağlı fikirlərini dilə gətirdi: “Fikrimcə, maraqlı oyun oldu. Sürətli, bol qol epizodlu qarşılaşmaya tamaşa etdik. Hər iki komanda kombinasiyalı oyuna üstünlük verirdi. Ümimi götürsək, düşündüyümüz çox şey alınırdı. Hücumların qurulmasında, müdafiə olunduqda nə tapşırmışdıqsa, yerinə yetirirdilər. Sadəcə, kiçik səhvlər nəticəsində qələbəni əldən verdik, hətta məğlub olduq. Uduzmaq isə heç kimə xoş deyil. Bu gün məğlub olmağa layiq deyildik”.
- Hesab açılandan sonra komandada nə baş verdi ki, ardıcıl iki top buraxdılar?
- Hər zaman vurulan və buraxılan qoldan sonrakı 3-5 dəqiqə təhlükəli olur. Qapımızda ilk topu görəndən sonra uşaqlarda çaşqınlıq yarandı və bunun nəticəsində daha bir qol buraxdıq. Oyunun axarına uyğun olmayan qollar idi. Fərqli qollar buraxsaydıq, bu qədər üzülməzdim.
- Sizi narazı salan məqamlar nə idi?
- Komandanın yeni qurulduğunu və uzun müddət beynəlxalq oyun keçirmədiyini nəzərə alsaq, ümumi mənzərədən razı qaldım. Narazı qaldığım məqam isə diqqətsizlik idi. Beynəlxalq oyunlarda sona qədər məsluliyyəti əldən vermək olmaz.
- Adətən, yoldaşlıq görüşlərində belə əvəzetmələrə limit qoyulur. Lakin bu gün fərqli hal yaşandı. Gürcüstan millisinin baş məşqçisi qapıçı daxil, ehtiyat oyunçular skamyasındakı bütün futbolçulara şans verdi. Siz də az əvəzetmə etmədiz. Öncədən razılaşdırmışdız?
- Oyundan əvvəl rəqib həmkarımla fikir mübadiləsi apardıq və belə qərara gəldik ki, əvəzetmələr limitsiz olsun. Özüm də bütün futbolçulara şans verməkdə maraqlıydım. Elə futbolçular var idi ki, indiyə qədər milli forma geyməmişdilər. Bilirdim ki, əvəzetmələr oyunun axarına təsir göstərəcək. Amma yenə də hamıya şans vermək istədim.
- Ozancanın start heyətində meydana çıxmamasının səbəbi nə idi?
- Ozancanı onsuz da tanıyıram. Kamran Əliyev isə yenidi. Ona görə də Kamranı ilk hissədə cinah yarımmüdafiəçisi, fasilədən sonra isə hücumçu kimi sınadım.
- U-20-nin qarşıdakı hazırlıq planı necə olacaq?
- Bu gün hamı istirahətə buraxılır. Daha doğrusu, klublarına qayıdırlar. Çünki 18-20-si aralığında çempionat oyunları var. Həmin oyunlar başa çatandan sonra yeni siyahı tərtib edəcəyik ki, adlarla bağlı müəyyən dəyişikliklər olacaq. Mayın 21-dən 27-nə qədər isə daha bir toplanış baş tutacaq. Ondan sonra kimlərin U-21-ə dəvət alacağına aydınlıq gələcək. Növbəti toplanışa sınamaq istədiyim daha bir neçə futbolçunu dəvət edəcəm.
- Bu yaxınlarda Rusiyaya səfər etmişdiz. Moskvaya getməyiniz Kamran Əliyevlə bağlı idi?
- Ölkədən kənarda təkcə 1998 və ya 1999 doğumlu yox, 2000-2001 təvəllüdlü futbolçular var. Onları iş başında izləmək, görmək vacibdi. Bəli, budəfəki səfərimdə Kamranın söhbətini etdim. Amma nəzərimizdə olan başqa oyunçular da var. Bu cür səfərlər Ukraynaya və başqa ölkələrə də olacaq. Harda ki azərbaycanlı futbolçular var, ora getməliyik. Elə futbolçular var ki, dəvət göndəririk, gəlmirlər, gəlmək istəmirlər. Onlarla ortaq məxrəcə gəlmək üçün söhbət edirik, yollar axtarırıq.
- Sonuncu turda “Qarabağ” “Qəbələ”ylə qarşılaşacaq. Və həmin matçdan sonra çempionluq kuboku, medallar təqdim olunacaq. Meydana çıxmağı düşünürsüz?
- Bəli, həmin oyunda iştirakım gözlənilir. Qurban Qurbanovun planı da beləydi ki, sonuncu matçda optimal heyətlə mübarizə aparaq. Arada mən, Ansi Aqolli və digər təcrübəli futbolçulara istirahət imkanının yaradılması da qarşıdakı görüşə görəydi.
- Riçard Almeydanın “Qarabağ”ı tərk edəcəyi böyük ölçüdə dəqiqləşib. Komandada qalması üçün kapitan kimi onunla söhbət etmisiz?
- Söhbətimiz olub və mən çox istərdim ki, Riçard “Qarabağ”da qalsın. İş burasındadı ki, ona çox ciddi təkliflər var. Həm də 1-2 yox, bir neçə klubdan. Düzdü, özü də hələ qərar verməyib. Riçard komandanı dost kimi tərk edir. Müqavilə müddətinin sonuna qədər vicdanla mübarizə apardı, zədə riskini göz önünə gətirmədi. Hara getməsindən asılı olmayaraq, çıxışını izləyəcəm, ona azarkeşlik edəcəm. Böyük şəxsiyyətlər olduğu yerdən məhz belə - Riçard kimi getməlidi. Gələcəkdə nə vaxtsa onu yenidən “Qarabağ”da görmək istərdik.
- Dino Ndlovu getdi, Riçard Almeyda yol üstədi. Dani Kintana və İbrahim Şehiçlə yeni anlaşma əldə olunmayıb. Məlum durum sizi narahat etmir?
- Əlbəttə, edir. Bu yay “Qarabağ” üçün ən ağır dönəm olacaq. Keçid dövrünə qədəm qoyuruq. Çempionlar Liqasındakı iştirakdan sonra istər-istəməz bütün skautların gözü “Qarabağ”daydı. Bu gün transfer işlərində aparıcı Avropa klubları ilə rəqabət aparmaq qeyri-mümkündü. Bəzən bizi qınayırlar ki, niyə böyük futbolçular “Qarabağ”a gəlmir? Biz istəyirik, onlar gəlmirlər, vallah, gəlmirlər. Baxırlar, 8 komandalı çempionatdı, onlardan 4-5-i süni örtükdə oynayır. Azarkeş sayı da aydın məsələdi. Səviyyəli futbolçular “Qarabağ”a ehtiyat variant kimi baxır. Digər planları baş tutmayanda ”hə” demək üçün. Bu dəqiqə çox sayda futbolçuya təkliflər olub. Hamısı da deyir, gözləyin, cavab deyəcəm. Qısa müddətdə yeni komanda qurmaq çox çətin olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar