14 apr 01:45yigma

Vüqar Əsgərli yığmanın uğursuzluğundan danışdı

Vüqar Əsgərli yığmanın uğursuzluğundan danışdı
“Maksimum çalışırıq ki, bunu ən az həddə endirək”
Qızlardan ibarət yığmaların Avropa çempionatının seçmə mərhələsini uğurla dəf etməsi ötən il əldə olunan müsbət nəticələrindən idi. Ancaq istər U-17-nin, istərsə də U-19-un elit mərhələdəki çıxışı uğursuz alındı. U-17-nin baş məşqçisi Siyasət Əsgərovla daha öncə danışmışdıq. Bu dəfə 19 yaşadək qızlardan ibarət yığmanın çalışdırıcısı Vüqar Əsgərlinin elit mərhələ ilə bağlı fikirlərini öyrənmək qərarına gəldik. Qeyd edək ki, U-19 Fransa, Belçika və Finlandiya ilə eyni qrupda yer almışdı. Əsgərlinin yetirmələri bütün oyunlarda böyükhesablı məğlubiyyətlərlə üzləşdi. Fransaya 6, Finlandiyaya 4 cavabsız qolla uduzan milli Belçika önündə də darmadağın (1:5) oldu. Başqa sözlə, 3 oyunda qapısında 15 qol görən U-19 cəmi 1 dəfə fərqlənməyi bacardı.
Vüqar bəydən ilk növbədə komandanın çıxışını dəyərləndirməsini istədik: "Bildiyiniz kimi, elit mərhələ ilə ilk seçmə mərhələnin fərqi çox böyükdü. Bizim iştirak etdiyimiz qrup da çox çətin idi, hər üç ölkə qadın futbolunda inkişaf etmiş ölkələrdəndi. İlk növbədə bir həftəyə üç ağır oynamaq bizim üçün yeni təcrübə oldu. Təbii, hər üç qarşılaşmada böyük hesabla uduzmağımız xoş deyil. Amma belə məqamlarda təcrübəsizlik öz sözünü deyir. Son iki görüşümüzdə ilk qollar birinci hissənin sonlarında vurulub. Fasilədən sonra daha çox qol buraxmışıq ki, bu da dediklərimin əyani sübutudu. Buna baxmayaraq, Avropanın qadın futbolunda inkişaf etmiş ölkələri ilə bir həftə bir yerdə olmaq və onların futbola yanaşmasını görmək önəmli təcrübə idi. Həm UEFA, həm də rəqib kamandalar Azərbaycanın qadın futbolunun bu mərhələyə gəlib çıxmasına böyük maraq göstərirdilər. Turnirin sonunda UEFA bizim qızların oyunlarda və meydandan kənardakı davranışını yüksək qiymətləndirdi".
Təbii, yığmanın heyəti sırf azərbaycanlılardan formalaşdırılsaydı, yenilgilərə təpki bu dərəcədə olmazdı. Ancaq U-19-da da kifayət qədər "milliləşdirilən" oyunçu var. Bir halda ki gəlmələr nəticənin fərqli olmasında rol oynaya bilmir, onlara nə ehtiyac var? Nə vaxta kimi bu proses davam edəcək? Əsgərlini dinləyək: "Öncə bidirim ki, ligionerlərin əksəriyyəti 15 yaşından bizim yığmaların şərəfini qoruyur. Mənim də borcumdu ki, hər bir Azərbaycan vətandaşlığı olan şəxsi milliyə layiqdisə, dəvət edim. Digər tərəfdən yanaşsaq, bildiyiniz kimi, bu il U-19-a konkret 1999 və 2000 təvəllüdlü futbolçular cəlb oluna bilərdi. Biz də ölkə çempionatında bu qədər həmin kateqoriyaya uyğun futbolçu tapmalıydıq. Ancaq burda mental məsələlər - 19 yaşa çatana qədər artıq futbola son vermələri, eləcə də bir çox səbəblər var. “Milliləşdirmə” yalnız Azərbaycanda yox, bütün dünyada var. Boşluqları aradan qaldırmaq üçün biz də bundan istifadə edirik. Maksimum çalışırıq ki, bunu ən az həddə endirək".
Görəsən, AFFA elit mərhələdə qeydə alınan nəticələri necə qarşılayıb? Vüqar bəy yığmadakı işini davam etdirəcəkmi? Millinin baş məşqçisi həm qeyd etdiyimiz məsələ, həm də qarşıdakı planlar haqda bunları dedi: "Qeyd edim ki, bu gün (söhbət dünən olub - F.) gecə saatlarında Bakıya çatmışıq. AFFA rəhbərliyi indiyədək həmişə dəstəyini bizə hiss etdirib və birinci mərhələni keçəndə də bu məsələyə çox həssas yanaşılmışdı. Həm mənə, həm də komandama qarşı bu cür diqqətcil yanaşmanı görümüşük və buna görə də AFFA rəhbərliyinə xüsusi təşəkkürümüzü bildirirəm. Yaxın günlərdə rəhbərliklə görüşüb elit mərhələ ilə bağlı hesabat verəcəyik və yəqin ki, həmin görüşdə bəzi məsələlərə aydınlıq gələcək. Öncədən də istənilən qərara hörmət edəcəyimi bildirmək istəyirəm. Oktyabrda U-19-u İstanbulda keçiriləcək növbəti seçmə mərhələ oyunları gözləyir. Əsas yığma ilə önümüzdəki aylarda yoldaşlıq görüşləri oynamaqla bağlı planlarımız var".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar