04 apr 17:38yigma

Siyasət Əsgərov rəqiblərin gücünü qabartdı

Siyasət Əsgərov rəqiblərin gücünü qabartdı
“Vaxt gələcək, gəlmələr bizə lazım olmayacaq”
Martda daha bir yığmamız uğursuz nəticələrlə diqqəti çəkdi. Söhbət 17 yaşadək qızlardan ibarət millidən gedir. Siyasət Əsgərovun yetirmələri AÇ-nin elit mərhələsində keçirdiyi hər üç oyunda məğlub oldu. Meydan sahibi Almaniyaya 5 cavabsız qol buraxan yığma İrlandiyaya minimal hesabla (0:1) uduzdu. U-17 son oyunda İslandiya ilə üz-üzə gəldi və həmin matçda qol həsrətinə son qoysa da, xal qazana bilmədi (1:3). Beləliklə, Əsgərovun komandası qrupu xalsız başa vurdu.
Dünən Siyasət bəylə əlaqə saxlayıb, yığmanın elit mərhələdəki çıxışını dəyərləndirməsini istədik: “Həm U-19, həm də U-17 elit mərhələyə vəsiqə qazanmışdı. İlk dəfə bunu etmişik. İlkin seçmə mərhələ belədi ki, bizimlə eyni gücdə olan rəqiblərlə də mübarizə aparırıq. Ancaq “elit”də aşağı səbətdən gələn yığma yoxdu. Üstəgəl, mərhələnin adı da çox şey deyir. O səviyyəyə çatmaq üçün bizə hələ vaxt lazımdı. Çünki qadın futbolu ölkəmizdə 2010-cu ildən başlayıb. 8-9 ildə elit mərhələyə vəsiqə qazanmışıqsa... Demirəm ki, burda dayanmalıyıq. Biz də istəyirik ki, millilərimizdən biri final mərhələsinə çıxsın, yaxud da qrupda daha yaxşı yeri tutaq. Bunun üçün cəhdlər edirik. Elit mərhələdəki oyunlar böyük təcrübə idi. Almaniya meydan sahibi idi və bu komanda ilə qarşılaşmada tribunalar dolmuşdu. Bu bizim qızlar üçün böyük təcrübə sayılmalıdı. Düzdü, müəyyən həyəcan oldu. O da start və azarkeşlər ilə bağlı idi. Almanlarla oyunda hesab bu qədər böyük olmaya da bilərdi. O başqa məsələ ki, rəqib çox güclüdü. Bu dəqiqə istər dünyada, istərsə də Avropada Almaniyanın qadın futbolu sözünü deyir. Bir ölkədə ki, 2 milyona yaxın qadın futbol oynayır, seçim imkanını təsəvvür etmək çətin deyil. Demirəm “onları udardıq”, bu yalan olar. Ancaq hesab fərqli – daha az ola bilərdi. Çalışırdıq ki, hesab biabırçı həddə çatmasın. Sadəcə, qızların stressdən irəli gələn səhvləri gətirib bu nəticəyə çıxardı. İrlandiya ilə oyunda isə qalib də gələ bilərdik. Matç 0:0 olanda epizod var ki, hakim yüzfaizlik penaltimizi vermədi. Həmin “11 metrlik” təyin olunsaydı, oyun başqa axarda gedər və qələbə də qazana bilərdik. İrlandlarla bərabərsəviyyəli oyun gedirdi və bir səhv qapımızda qol görməyimizlə nəticələndi. Bu da hardasa təcrübəsizlikdən irəli gələn səhv idi. O ki qaldı İslandiyaya, bu rəqibi tanıyırdıq. İlkin seçmə mərhələdə bizimlə eyni qrupda idilər, orda 0:2 hesabı ilə uduzmuşduq. Bu dəfə oyunlarını təhlil etmişdik. Bildiyiniz kimi, onların da əsas üstünlüyü hava toplarıdı. Qız və ya oğlan – fərq etmir, fiziki göstəricilərdə bizi üstələyirlər. İslandlarla görüşdə qapımızda 3 qol gördük və hər üçü standart vəziyyətdən vuruldu. Hesab 1:3 olarkən, iki dəfə qol şansı yaxaladıq. Lakin qızlar imkanları dəyərləndirə bilmədi. Orda da təcrübə həlledici oldu. Bizim üçün vacib məqalardan biri yığma üzvlərinin həmin mərhələnin yükünü hiss etmələri idi. Başqa bir məsələni də qeyd edim. Elit mərhələdə 2000-01 təvəllüdlü qızlar iştirak edirdi. Biz isə hətta 2003 təvəllüdlüləri də aparmışdıq. Qadın futbolu elədi ki, 1 yaş fərqi də hiss olunur. Biz 2002-lərə daha çox önəm verirdik. Çünki payızda yenidən ilkin mərhələdə mübarizə aparacağıq. Rəqiblər meydan sahibi Moldova, İngiltərə və İslandiyadı. Bizim o yarışda da məqsədimiz elit mərhələyə vəsiqə qazanmaqdı. Bunu bir dəfə bacarmışıqsa, niyə də təkrarlamayaq?! Düşündük ki, 2002 təvəllüdlülər tam təcrübə yığsın və növbəti seçmə mərhələdə özlərini yaxşı tərəfdən göstərsinlər. İstədiyimiz bu idi. Lap daha çox 2001-ci illəri aparsaydıq belə, elit mərhələdə ciddi dəyişən bir şey olmayacaqdı. Başqa komandalarda 2002 təvəllüdlülər 2 nəfər olurdusa, bizdə minimum 5, maksimum 7 nəfər çıxış edirdi. Bütün bunlar növbəti AÇ-yə hesablanmışdı. Hədəfimiz o idi ki, bir dəfə ilə kifayətlənməyək, yenidən elit mərhələyə vəsiqə qazanaq. Çünki yenidən “elit”ə yüksəlsək, qızlarımız daha təcrübəli şəkildə orda mübarizə aparacaq”.
Görəsən, Əsgərov yığmada işini davam etdirəcək? O bu haqda AFFA rəhbərliyi ilə danışıb? Siyasət bəyi dinləyək: “AFFA rəhbərliyi ilə danışığımız olub. Səbəbləri qeyd etmişəm. Əsas məqsədimizlə bağlı fikirlərimi rəhbərliyə çatdırmışam. Onlar işimlə bağlı qərarını dəyişə də bilər, dəyişməyə də. Əsas odu ki, işimizi tam yerinə yetirək. Növbəti tsikllə bağlı söhbətimiz olmayıb. Elit mərhələdəki məqsədimizin nədən ibarət olduğunu rəhbərliyə bildirmişəm. Hədəfimizin nə olduğunu isə sizə söylədim. Fəaliyyətimi davam etdirib-etdirməyəcəyimə rəhbərlik qərar verəcək. Hər halda, məqsədimiz ən yaxşısını etməkdi”.
Əsgərov ən çox narazılıq doğuran məqama - yığmadakı gəlmələrlə bağlı sualımıza da cavab verdi: “Biz 2010-cu ildə təkcə U-16 liqası ilə yola çıxmışdıq. Hazırda isə üç liqa təşkil olunur. Hər yarışda lazımi qədər komanda var. Keyfiyyət olaraq da müəyyən nailiyyət əldə etmişik. Həm federasiya, həm də məşqçilər olaraq məqsədimiz hazırda maksimum həddə olan kütləviliyi keyfiyyətə çevirməkdi. Legioner məsələsinə gəlincə, demirəm ki, bizim qızlar geri qalır. Sadəcə, kömək olaraq bizə kənardan gələnlər də lazımdı. Ancaq müəyyən vaxt gələcək ki, gəlmələr bizə lazım olmayacaq. Öz liqalarımızda top qovan qızlarla mübarizə aparacağıq. Kütləvilik tam keyfiyyətə çevriləndən sonra gəlmələrin sayı ya minimuma enəcək, ya da heç olmayacaq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 01:45 Şəhriyar Dinq Lirenə məğlubiyyəti unuda bilmir Dünən, 01:43 Valideynləri Mahir Mədətovla bağlı danışmaq istəmədi Dünən, 01:42 Ceyhun Sultanov Portuqaliyaya getdi və qayıtdı Dünən, 01:41 Qazaxıstanla Qırğızıstan öndə, Latviya geridə Dünən, 01:40 İntizam Komitəsindən cəza yağdı, cərimələr 100 mini ötdü! Dünən, 01:38 “Uğursuzluğun bir qolu da hakimliklə bağlıdı” Dünən, 01:37 Təbrizlilər ÇL-lə qələbəsiz vidalaşdı Dünən, 01:36 Əliyar Ağayev MS - “Barsa” oyununu idarə edəcək Dünən, 01:34 “Araz” debütantla bacarmadı Dünən, 01:33 “Zirə”nin 5 oyunda haqqı yeyilib Dünən, 01:22 Zaur Axundov mövsümün sonunu işarə verdi Dünən, 01:20 “Keşlə” Sumqayıtı şoka saldı Dünən, 01:18 Karlsen Məmmədyarovu əsas rəqib sayır Dünən, 01:16 Xatirə turnirini bu dəfə SOCAR təşkil edib Dünən, 01:14 AFFA-nın səhvi narazılıq doğurdu Dünən, 01:14 İki komanda yarımfinalda Dünən, 01:12 “Qaradağ Lökbatan” üçün “əcəl zəngi” Dünən, 01:11 İkisi köhnə, biri təzə Dünən, 01:09 Kubokun qalibləri sırasına yeni ad düşəcək Dünən, 01:08 “Qəbələ” parlaq oyunla “Neftçi”ni yolundan sildi 18-04-2018, 20:17 “Lokomotiv” və “Sərhədçi” finalda 18-04-2018, 20:16 Yığma sabah toplanışa başlayır 18-04-2018, 19:58 Yığmanın növbəti rəqibi Qazaxıstan oldu 18-04-2018, 19:57 “Qarabağ” kubokuna nə vaxt qovuşacaq? 18-04-2018, 19:56 Cavid Hüseynov kubokun qazanılmamasını faciə sayacaq 18-04-2018, 19:53 Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub 18-04-2018, 19:51 “Zirə”nin sadiq azarkeşi Ayxan Abbasovda günah görmür 18-04-2018, 19:49 Muradov darmadağına sevindi 18-04-2018, 19:48 Mətbuat katibləri 3 xalı 3 qolla qazandı 18-04-2018, 19:47 “İdman Azərbaycan”ın kapitanı Moskva planlarını açıqladı 18-04-2018, 19:45 Final yolunda son savaş 18-04-2018, 19:44 Turdan məqamlar 18-04-2018, 19:42 Turun statistikası 18-04-2018, 19:40 Turun məşqçisi 18-04-2018, 19:39 Hakimlərin turu: 3 penalti, 2 qırmızı 18-04-2018, 19:37 Turun oyunçusu 18-04-2018, 19:36 Turun sitatı 18-04-2018, 19:35 Hakimlərin mühakiməsi 18-04-2018, 19:33 Tura çempion start verəcək 18-04-2018, 19:30 İzləyicisindən liderə şok: fərq 3-ə endi 18-04-2018, 19:29 Quba Olimpiya Kompleksinin direktoru AFFA-dan kömək istəyir 17-04-2018, 15:43 Günay Məmmədzadə AÇ-də ilk “10-luq”dadı 17-04-2018, 15:41 Atıcımız gerilədi 17-04-2018, 15:40 Polina Türkiyə üçüncüsü oldu 17-04-2018, 15:38 Kramnik şahmatçımızın kumirinə çevrilib 17-04-2018, 15:31 “Qarabağ” növbəti “qızıl”ı bu həftə təmin edə bilər! 17-04-2018, 15:30 Abasovun əvəzetmələri işə yaradı 17-04-2018, 15:27 “Qəbələ”, 1:1-lərlə hara belə? 17-04-2018, 15:24 Çempion "Kəpəz”lə bacarmadı 17-04-2018, 15:21 Fikrət Orman Bakıya gəlir 17-04-2018, 15:16 Cüdoçular Rusiyada üçüncü oldu 17-04-2018, 15:15 “Azərreyl” yenilgisiz bitirə bilmədi 17-04-2018, 15:13 Tural Hümbətovun Monteneqroda debütü uğursuz alındı 17-04-2018, 15:12 “İdman Azərbaycan” dünya çempionatına vəsiqə qazandı 17-04-2018, 15:11 “Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri? 17-04-2018, 15:08 “Kəpəz”də biletlə bağlı növbəti biabırçı səhv 17-04-2018, 15:06 “Kəpəz”in “Qarabağ” “kabus”u 24-ə çatdı Bütün xəbərlər
Ən çox oxunanlar