29 mar 23:06yigma

Dublində dramatik sonluq

Dublində dramatik sonluq
Rəşad Sadıqovlu U-21 qola və xala həsrətdi
U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
İrlandiya – Azərbaycan 1:0 (0:0)

1. Kiran Ohara
3. Danni Keyn
(15. Ronan Heyl, 82)
4. Rayan Suini
5. Şon Donnellan
2. Kori Uilan
9. Ris Qreqo-Koks
7. Coşua Kallen (k)
6. Deklan Rays
11. Ronan Kertis
(17. Cozef Kuiqli, 89)
10. Rayan Menninq
13. Ceyk Malreni
(20. Olamid Şodipo, 56)
Ehtiyat oyunçular
16. Liam Bossin
8. Konnor Dimayo
12. Liam Kinsella
18. Rayan Dileyni
Baş məşqçi: Noel Kinq

12. Kamran İbrahimov
2. Sərtan Taşkın
5. Elvin Sərkərov
4. Bəhlul Mustafazadə (k)
3. Anton Krivotsyuk
23. Hacıağa Hacıyev
6. Qismət Alıyev
10. Mahir Mədətov
8. Budaq Nəsirov
(21. İlkin Muradov, 65)
17. Ozancan Kökcü
(7. Ehtiram Şahverdiyev, 57)
9. Ramil Şeydayev
(20. Ömər Buludov, 86)
Ehtiyat oyunçular
1. Abdulla Seyidəhmədov
11. Rövlan Muradov
13. Murad Qayalı
14. Ziya Əzizov
16. Rafael Məhərrəmli
Baş məşqçi: Rəşad Sadıqov
Qol: Ş.Donnellan, 90+9.
Vərəqələr: H.Hacıyev, 21. R.Menninq, 74. Q.Alıyev, 75. Ş.Donnellan, 90+9 - sarı.
Hakimlər: FİLİP QLOVA, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (hamısı Slovakiya).
Hakim-inspektor: Robert Sedlasek (Avstriya).
UEFA nümayəndəsi: Leon Şelinq (Belçika).
27 mart. Dublin. “Tallaqt” stadionu.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.

15 (4) qapıya (çərçivə”yə) zərbə 5 (1)
17 qayda pozuntusu 19
4 künc zərbəsi 2
2 vərəqə (qırmızı) 3

Çərşənbə axşamı əsas milli ilə yanaşı, 21 yaşadək futbolçulardan ibarət yığma da növbəti sınağına çıxdı. Ancaq əsas komandadan fərqli, gənclər seçmə oyun keçirdi. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda AÇ çərçivəsində səfərdə İrlandiya ilə münasibətləri aydınlaşdırdı. Gənc mütəxəssisin rəhbərliyi altında ilk oyununu martın 22-də Kosovoya qarşı keçirən və 2 cavabsız qolla məğlub olan U-21 bu dəfə xal qazanmağa çox yaxın idi. Adalılar yığmamızın müqavimətini 90+9-cu (?) dəqiqədə qıra bildi…
Bəribaşdan qeyd edək ki, U-21-in oyununu izləyə bilmədik. Deyilənə görə, matç İrlandiyada da yayınlanmayıb və bu üzdən siqnal almaq mümkünsüz olub. Bununla belə, oyunun stenoqramı və qolun görüntüsünə əsasən ümumi təsəvvür yaranır. Yığma bu dəfə nisbətən inamlı təsir bağışlayıb. Ümumiyyətlə, Rəşad Sadıqov ötən oyunla müqayisədə bu dəfə heyətdə bir neçə dəyişiklik həyata keçirib. Cabir Əmirlinin adını protokola belə daxil etməyən məşqçi əvəzində Krivotsyuka güvənib. Bundan başqa, Budaq və Ozancan da ilk dəqiqələrdən meydanda olub.
Oyunun ilk yarısı daha çox sərt mübarizə şəraitində keçib, qapılar qarşısında real təhlükə olmayıb. Yalnız fasilə ərəfəsində Kamran iki epizodda rəqib hücumlarını zərərsizləşdirib. O, əvvəlcə Menninqin, ardından Qreqo-Koksun zərbəsini dəf edib. U-21-in qapıçısı 58-ci dəqiqədə millini növbəti, bu dəfə real qol təhlükəsindən xilas edib. O, standart vəziyyətdən sonra Menninqin zərbəsini əla reaksiya ilə dəf etməyi bacarıb. 87-ci dəqiqədə millimizin bəxti gətirməyib. Oyuna sonradan qoşulan İlkin Muradovun vuruşundan sonra top qapı çatına tuş gəlib. Oyunun əsas vaxtında, eləcə də hakimin əlavə etdiyi 5 dəqiqə ərzində qapılara qol vurulmasa da, U-21 meydandan məğlub ayrılıb. Hakimin 9-cu uzatma dəqiqəsinə qədər uzatdığı oyunun taleyi məhz son saniyələrdə vurulan qolla həll olunub. Cərimə zərbəsindən sonra Kamran Heylin başla vuruşunu dəf etsə də, Donnellan önünə düşən topu tora qovuşdura bilib. Beləliklə, U-21 Rəşad Sadıqovun başçılığı altında keçirdiyi ikinci oyunda da xal qazana bilməyib. Ümumiyyətlə, gənclərin seçmə mərhələlərdəki qələbəsiz oyunlar seriyası 10-a çatıb. Yığma sonuncu dəfə 2015-ci il noyabrın 17-də Rusiyaya qalib gəlib.
İrlandiyadakı məğlubiyyət kağız üzərində mümkün görünən final mərhələsi şansının rəsmən itirilməsi deməkdi. Sadıqovun yetirmələrinin nəinki final mərhələsinə vəsiqə üçün ümid verən 2-ci yerə, hətta 4-cü pilləyə də şansı qalmayıb. Yığmamız son matçlarda 6 xal gerisində olduğu İsraillə 5-ci yer uğrunda mübarizə aparacaq.
Martın 27-də U-21-in yer aldığı qrupda daha 2 qarşılaşma baş tutub. Lider Almaniya səfərdə Kosovonun müqavimətini qıra bilməyib. Oyun qolsuz bitib. Norveç isə İsrailə şans verməyib – 3:1.
Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 6-da Bakıda İsrailə qarşı keçirəcək.

Reaksiyalar
Rəşad Sadıqov: “Çox gərgin, ağır oyun keçdi. Aydın məsələdi, rəqib qrupdan çıxmağa çalışır. Əllərindən gələni etdilər ki, qələbə qazansınlar. Göstərdikləri əzimkarlığa, sona qədər mübarizəyə, inamlı oyuna görə futbolçularımı təbrik edirəm. Komandanın oyunundan razı qaldım. Bəli, oyun rəqibin üstünlüyü ilə keçdi. Amma ilk yarıda rəqibə qol vəziyyəti yaratmağa imkan vermədik. İkinci hissədə isə standart vəziyyətlərdən bir-iki dəfə təhlükə yaratdılar. Bununla belə, çoxsaylı standart vəziyyətlər zamanı həm qapıçımız, həm də müdafiəçilərimiz yaxşı oynadılar. Sonda qolu məhz standart vəziyyətdən buraxmağımıza baxmayaraq, bu oyunda cərimə zərbələri zamanı zəif deyildik. Təəssüf ki, yekunda qol buraxdıq. Amma bu, bizi ruhdan salmamalıdı. Komanda şəklində daha güclü olmalı və özümüzə daha çox inanmalıyıq. Kollektiv şəkildə oynadıqda, əzmkar mübarizə apardıqda ortaya yaxşı nəticələr çıxa bilər. Qələbə də qazana bilərdik. 87-ci dəqiqədə komandamızın hücumu zamanı top dirəyə dəydi. Futboldu, bunlara hazır olmalıyıq. Düzdü, ağır məğlubiyyətdi, amma futbolçularda olan əzmkarlıq, mübarizə ruhu və verilən tapşırıqları yerinə yetirmək istəyi məni sevindirir. Hələ yolun əvvəlindəyik. İstər Antalya toplanışı, istərsə də seçmə mərhələnin iki oyunu məndə müsbət fikirlər yaratdı. Oyundan-oyuna, məşqdən-məşqə futbolçularda irəliləyiş görürəm. Bu amil məni sevindirir”.
Noel Kinq: “Bu gün qələbəyə layiq idik. Ola bilsin ki, qol gec vuruldu. Ancaq çoxlu qol şansımız oldu və topa nəzarət bizim əlimizdə idi. Oyunu əsasən meydanın rəqibə aid hissəsində və cərimə meydançası daxilində keçirdik. Sonradan adi hücumlarla birbaşa həmlələr etməyə başladıq. Birinci hissəni o qədər də yaxşı keçirmədik. Futbolçular da bu fikirlə razıdılar. Söhbət zamanı ilk hissədə zəif tempdə oynadıqlarını etiraf etdilər. Bu etmədiyimiz bir şeydi. 8 gün bir yerdə hazırlaşdığımız müddətdə ən pis dövr həmin 45 dəqiqədə oldu. Bizim istəyimiz isə bu deyil. Məqsədimiz maksimum üçün çalışmaqdı. Bir neçə əvəzetmə ilə vəziyyəti dəyişməyə çalışdıq. Yüksək səviyyəli futbolçularımız var. Bu, sizə əlavə üstünlük qazandıran məqamdı. Qol vurmasaydıq, ağlaya bilərdik. Bu da ruh yüksəkliyindən irəli gəlir. Bu uşaqlardan hansına Almaniyanı məğlub edə bilməyəcəklərini desəz, sizə qəribə gözlə baxar”.
1. Almaniya 7 5 1 1 23-6 16
2. İrlandiya 6 4 1 1 10-3 13
3. Kosovo 8 3 2 3 8-8 11
4. Norveç 7 3 2 2 10-9 11
5. İsrail 7 2 1 4 10-16 7
6. AZƏRBAYCAN 7 0 1 6 3-22 1
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar