27 mar 18:47yigma

Yığma uduzdu, amma oyunu ümid verdi

Yığma uduzdu, amma oyunu ümid verdi
Yoldaşlıq oyunu
236. Azərbaycan - Belarus 0:1 (0:1)

1. Kamran Ağayev (k)
22. Şəhriyar Rəhimov
(24. Ürfan Abbasov, 73)
5. Maksim Medvedev
15. Ruslan Abışov
4. Pavel Paşayev
(21. Tural Axundov, 46)
18. Coşqun Diniyev
(2. Qara Qarayev, 67)
20. Riçard Almeyda
9. Namiq Ələsgərov
(26. Asif Məmmədov, 79)
25. Cavid İmamverdiyev
(28. Emin Mahmudov, 67)
10. Ruslan Qurbanov
19. Amil Yunanov
(13. Dmitri Nazarov, 46)
Ehtiyat oyunçular
12. Rəşad Əzizli
23. Səlahət Ağayev
6. Rahil Məmmədov
16. Rəşad Eyyubov
17. Rəhman Hacıyev
Baş məşqçi: Qurban Qurbanov

1. Aleksandr Qutor
2. Stanislav Draqun
3. Aleksandr Martınoviç (k)
4. İqor Şitov
6. Sergey Politeviç
8. Pavel Savitski
(9. Yuri Kovalyov, 75)
15. Sergey Kislyak
(7. Yuri Kendış, 69)
18. İvan Maevski
19. Maksim Volodko
(21. Oleq Veretilo, 79)
20. Denis Laptev
(10. Anton Saroka, 67)
22. İqor Staseviç
(14. Pavel Nexayçik, 81)
Ehtiyat oyunçular
12. Pavel Pavlyuçenko
16. Andrey Qorbunov
5. Aleksey Qavriloviç
11. Renan Bressan
13. Maksim Skavış
17. Mixail Sivakov
23. Sergey Matveyçik
Baş məşqçi: İqor Kriuşenko
Qol: M.Medvedev, 42-öz qapısına.
Vərəqələr: Ş.Rəhimov, 49.M.Volodko, 60. R.Almeyda, 67. S.Draqun, 90+1 - sarı.
Hakimlər: ANDRİS TREYMANİS, Harald Qudermanis, Aleksey Spasyonnikov (hamısı Latviya), Əliyar Ağayev (Azərbaycan).
23 mart. Bakı. Olimpiya stadionu. 6700 tamaşaçı.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Yığma Belarusla qarşılaşmada nəinki qələbə qazandı, hətta heç-heçə də edə bilmədi. Halbuki Qurban Qurbanovun rəhbərliyi altında ilk ev oyununa çıxan komandanın qalib gələcəyini gözləyirdik. Özü də rəqib Avropanın nəinki güclü, heç orta səviyyəli yığmalarından deyildi. Belarus aşağı-yuxarı elə bizim millinin gücündə olan bir komandadı. Düzdü, yoldaşlıq oyunlarında nəticənin önəmli olmadığını hər kəs anlayır. Lakin qələbə ən azı özünəinam deməkdi. Bundan başqa, indi qalib gələ bilməyən millinin rəsmi oyunlarda azarkeş dəstəyindən lazımınca yararlanacağı inandırıcı görünmür. Yeri gəlmişkən, bu oyunu cəmi 6700 tamaşaçı izlədi. Halbuki bayram günləri olduğundan Qurbanovun evdəki ilk sınağında BOS-a daha çox tamaşaçının gələcəyini proqnozlaşdırmaq olardı. Ancaq bizdə futbola yanaşma, rəqibin kimliyinə nə dərəcədə önəm verildiyi Belarusla oyunda bir daha göründü.
Öncə onu qeyd edək ki, Qurbanovun start “11-liy”i yığmanın ideal heyəti deyildi. U-21-in düşərgəsində olan Mahir Mədətovla Ramil Şeydayevdən başqa, Nazarov və Qarayev ehtiyatda idi. Araz Abdullayevlə Elvin Yunuszadənin adının “18-liy”ə daxil edilməməsinin səbəbi isə sonradan bəlli oldu. Start heyətində iki debütant – Amillə Şəhriyar yer almışdı. Bundan başqa, yenidən yığmaya dönən Cavid də ilk dəqiqələrdən mübarizə aparırdı. İkinci yarıda isə çalışdırıcı daha iki oyunçunun yığmada debütünə şərait yaratdı. Asiflə Tural da şərəfli formada ilki gerçəkləşdirdi. Ümumiyyətlə, debütantların o qədər də pis təsir bağışlamadığını qeyd etməliyik. Hərçənd ilk yarıda fəallığı ilə seçilən Rəhimov qol zamanı səhvə yol verdi. Yunanov irəli xətdə gözlənilən effekti verməsə də, boş da dayanmırdı. İmamverdiyev isə oyunun ən yaxşılarından idi. Fasiləyə qədər “Sumqayıt”lı iki dəfə qola yaxın oldu. Bir epizodda zərbəsindən sonra top cüzi fərqlə dirəyin yanından keçdisə, növbəti cəhdində qapıçı əla reaksiya ilə onun sevinməsinə imkan vermədi. Axundov da cinahında fəallığı ilə seçildi. Hətta iki epizodda rəqibin cərimə meydançasında təhlükə yarada bildi. Asif bu mənada o qədər gözə çarpmasa belə, bərbad da deyildi. Elə oyundan sonra Qurbanov da debütantların pis təsir bağışlmadığını dilə gətirdi.
Ümumilikdə daha çox topa nəzarət edən tərəf bizimkilər idi. Sadəcə, hücumları məntiqi sonluğa çatdırmaq baxımından problemlər vardı. Yuxarıda qeyd etdiyimiz kimi, komandanın ən fəallarından biri Cavid idisə, digəri Ruslan Qurbanov idi. Sonuncu iki epizodda fərqlənməyə yaxın oldu. Ancaq real qol vəziyyətləri barmaqla sayılacaq qədər az idi. Baş məşqçi Belarusla görüşdə 6 əvəzetməyə əl atdı. İkinci hissədə Dmitri ilə Qara da şans qazandı, buraxılan qoldan sonra yığma daha da fəallaşdı. Ancaq rəqibin yalnız müdafiənin qeydinə qaldığını demək olmaz. Xüsusən əks-hücumları kəsərli alınan İqor Kriuşenkonun yetirmələrinin hesab arasındakı fərqi artırmaq imkanları da var idi. Epizodların birində Kamran xilaskar rolunu oynadı. Rəqib hava toplarında da üstün idi. Maksim isə ilk dəfə yığmada avtoqol müəllifi oldu. Bir sözlə, müəyyən çalarlardan və futbolçulara debüt imkanının yaradılmasından başqa yığmada ciddi fərqin olduğunu demək olmaz. Komandanın qələbəsiz oyunlarının sayı 4-ə çatdı. Qurbanov isə yığmanın “sükanı arxasında” ilk məğlubiyyətini aldı.
FARİZ

Reaksiyalar
Kamran Ağayev: “Düşünmürəm ki, yaxşı oynadıq. Rəqibin elə də güclü hücumları olmadı. Sadəcə, ilk hissədə düzgün oynamadıq deyə qol vurdular. İkinci yarıda hücuma çıxanda rəqib bizi əks-hücumda yaxaladı, bir epizodları oldu. Baş məşqçi oyunu təhlil edəndən sonra fikirlərini bildirəcək. Təbii ki, yaxşı da, pis də oynasaq, uduzmuşuqsa, baş məşqçinin iradı olacaq. Makedoniya ilə oyuna hazırlaşırıq. Yoxlama matçı olsa da, çalışacağıq ki, qalib gələk. Makedoniya səviyyə baxımından bizdən üstün olsa da, vuruşub qələbə qazanmalıyıq. Düzdü, ilk hissədə bir epizodda ağrı hiss etdim. Köhnə zədəm idi, bərpa olunub, bu sadəcə, oyun anında kiçik bir ağrı idi. Biranlıq olur, ciddi bir şey yoxdu. Qurban Qurbanovun çalışdığım məşqçilərdən fərqi nədi? Bu sualı çox veriblər. Bu barədə şərh verməyim doğru olmaz. Bütün insanlar kimi, məşqçilər də fərqlidi. Onların tələbləri də müxtəlif olur”.
Ruslan Abışov: “Yenilənmiş komanda ilə doğma meydanda ilk oyunmuz idi. Qələbə qazanmaq istəyirdik. Məncə, pis oynamadıq. Sadəcə, bəxtsiz bir qol buraxdıq. Əsas odu ki, belə oyunlardan nəticə çıxaraq. Nəzərə alsaq ki, yenidən qurulan komandayıq, hələ baş məşqçinin istədiklərini meydanda tam göstərə bilmirik. Amma oyundan-oyuna daha yaxşı olacaq. Getdikcə oyunçular da başa düşür ki, məşqçi onlardan nə istəyir. Nəticə həmişə önəmlidi, amma yoxlama oyunlarından sonra nəsə demək düzgün deyil. O vaxta kimi çalışacağıq ki, toparlanaq və layiqincə mübarizə aparaq. Bütün yoldaşlıq oyunları əslində Millətlər Liqasına hazırlıqdı. Bilirik ki, ordakı rəqiblərimiz də bizə qarşı müdafiədən oynayacaqlar. Biz də ona uyğun hazırlaşırıq. Yığmaya yeni dəvət alanlar hamısı buna layiq idilər. Konkret nəsə demək istəmirəm, düşünürəm ki, hər biri komandanı gücləndirmək iqtidarında olan futbolçulardı”.
Cavid İmamverdiyev: “Yaxşı oynadığımı düşünmürəm, çünki bundan da yaxşısını edə bilərdim. Hətta qol da vura bilərdim. Əlimdən gəldiyi qədər məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdım. Ümid edirəm ki, Qurban müəllimin etimadını doğruldaram. Qol şanslarıma gəlincə, ilk vəziyyətdə zərbəm yaxşı alınsa da, cüzi fərqlə qapıdan aralı keçdi. İkinci epizodda isə qarşımdakı oyunçunu keçib zərbə vurdum. Onda da qapıçı yaxşı oynadı. Amil Yunanovun fasilədə əvəzlənməsi niyə məndə ruh düşkünlüyü yaratmalıdı? Bu mənim işim deyil, o haqda danışmaq fikrim yoxdu. Amma nəinki Amilin, bütün oyunçuların yaxşı çıxış etməsini istəyirəm. Amillə anlaşmam bəzən alınırdı, bəzən yox. Klubla milli fərqlidi. Ona görə belə olması normaldı. Düzdü, Qurban Qurbanov hər iki oyunda mənə şans verib. Ancaq baş məşqçimiz tək mənə yox, hamıya şans verir, imkan yaradır ki, hər kəs özünü göstərsin. Hər kəsə eyni baxır. Biz də çalışırıq ki, bu güvəni doğruldaq”.
Namiq Ələskərov: “Oyuna yaxşı başlamışdıq, pis oynamadıq, amma ələ düşən imkanlardan yararlana bilmədik. Rəqib isə fürsətini yaxşı dəyərləndirdi. Deyə bilmərəm ki, ən yaxşı oyunumuz idi, amma ümumilikdə pis deyildik. Yeni baş məşqçimiz var, tədricən daha yaxşı olacağını düşünürük. Konkret özümə gəlincə, bir hissədə bir, ikinci hissədə digər cinahda oynadım. Heç birində də oyunum tam istədiyim kimi alınmadı. Komandamıza daha çox xeyir vermək istəyirdim. Azarkeşlərin bəzi epizodlarda komandanı fitə basmasına normal baxıram. Onları da başa düşmək lazımdı. Biz də onlar kimi ancaq qələbə qazanmaq istəyirdik, amma alınmadı. Bir az vaxta ehtiyacımız var. Zamanla uyğunlaşma olacaq. Bütün yoldaşlıq oyunlarının məqsədi Millətlər Liqasına hazırlaşmaqdı. Düşünürəm ki, sentyabra kimi daha yaxşı vəziyyətdə olacağıq. Rəqiblərimiz güclüdü. Hər komandadan istənilən nəticəni gözləmək olar. Çətin olacaq, amma biz də çalışırıq ki, yarışa qədər hazır olaq. İndi millidə ab-hava çox yaxşıdı. Əsas məsələ oyunçuların nizam-intizamıdı. Qurban müəllim məşqlərdə hamıdan əzmkarlıq tələb edir”.
İqor Şitov: “Müsbət nəticə qazandığımız üçün sevincliyik. Uzun müddət idi qalib gələ bilmirdik. Bu dəfə əsas vəzifəni yerinə yetirdik. Əlbəttə, çıxışımıza görə müəyyən suallar da var. Lakin əvvəl qalib gəlməyi öyrənmək, sonra isə oyun göstərmək lazımdı. Bəli, həm müdafiəçi, həm də yarımmüdafiəçi mövqeyində çıxış etdim. Etiraf edim ki, oyunun əvvəlində bir az qarışıqlıq yaranmışdı. Sonradan hər şey qaydasına düşdü və heç bir təşviş yox idi. Zonaları bağlamağa çalışırdıq. Fikrimcə, bu, bizdə alındı. Düzdü, Azərbaycan millisi müdafiəmizə tez-tez çətinlik yaradırdı. Elə ilk dəqiqələrdə necə müdafiə olunmaq barədə fikirləşməli olduq. Rəqib müəyyən sürprizlə bizi təəccübləndirə bildi. Onlar topa yaxşı nəzarət edirdi. Lakin ümumilikdə Azərbaycan “dişimizə görə” rəqib idi”.
Sergey Politeviç: “Əlbəttə, ağır oyun oldu. Deməzdim ki, 1:0-dan sonra hesabı qorumağa çalışdıq. Demək olar ki, hər iki tərəfin bərabər sayda qol şansı oldu. Denis Laptev ağlagəlməz imkanı boşa verdi. Xoşagələn komanda üzərində səfərdə çətin, amma layiqli qələbə qazandıq. Rəqibin əksər oyunçuları bir klubda çıxış edir, ona görə də anlaşma yüksək səviyyədədi. Biz isə az-az bir yerdə oluruq. Həmçinin məşqçi bu dəfə yeni tapşırıqlar vermişdi, fərqli üslubda oynadıq”.
MİRAĞA

Maraqlıdı...
Belarusun ən nüfuzlu idman qəzeti olan “Pressbol”un saytında “Belarus yığmasının azərbaycanlılara qarşı oyununu bəyəndizmi” sualı ilə sorğu keçirib. Sorğuya qatılan 2870 adamdan yalnız 243-ü (8,5 faiz) “bəli” cavabını seçib. 1688 (58,8 faiz) respondent “xeyr”, 939-u (32,7 faiz) “50-nin 50-yə” deyib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar