27 mar 18:41yigma

Makedoniya lənətinə son qoyulacaqmı?

Makedoniya lənətinə son qoyulacaqmı?
Medianın millidən uzaq tutulması təəccüb doğurur
Yoldaşlıq oyunu
237. Azərbaycan – Makedoniya
Hakimlər: HALİS ÖZKAHYA, Kamal Yıldırım, Kərəm Ərsoy, Əli Palabıyık (hamısı Türkiyə).
Antalya. “Mardan” stadionu. Saat 20.00

Yığma bu gün növbəti sınaq matçına çıxacaq. Qurban Qurbanovun yetirmələri Makedoniya ilə üz-üzə gələcək. Martın 23-də Olimpiya stadionunda Belarusa uduzan (0:1) milli qardaş ölkədə qələbə qazanmağa çılaşacaq. Komandanın “sükanı arxasında” keçirdiyi ilk iki görüşdə heç-heçə və məğlubiyyətlə tanış olan Qurbanov fərqli nəticəni görmək istəyir. Ancaq nəzərə alaq ki, Makedoniya istər Belarusdan, istərsə də yanvarda qolsuz heç-heçəyə razılaşdığımız Moldovadan güclüdü. Bundan başqa, balkanlılar millimiz üçün arzuolunmaz rəqibdi. İndiyə qədər bu komanda ilə keçirilən 6 görüşün heç birində yığma qələbə görməyib. İndiyəqədərki duellərdə makedoniyalılar 5 qələbə qazanıb. Bir görüşdə isə bərabərlik qeydə alınıb. Top fərqində də rəqibin aşkar üstünlüyü var - 13:4. Bu matçlardan 4-ü yoxlama xarakterli olub, iki dəfə isə DÇ-nin seçmə mərhələsində qarşılaşmışıq. Məhz həmin iki oyundan biri “sülh”lə bitib. Makedoniya ilə qarşılaşmada milli bir neçə uğursuz seriyaya son qoymalıdı. Belə ki, Qurbanovun komandası həm bu rəqiblə matçlardakı tilsimi qırmalı, həm 2018-ci ildə, həm də yeni baş məşqçinin rəhbərliyi altında ilk qələbəsini qazanmalıdı. Onu da bildirək ki, martın 23-də Makedoniya Finlandiya ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Həmin oyunda qol vurulmayıb.
Bugünkü qarşılaşmanı da “CBC Sport” canlı yayınlayacaq. Antalyadakı “Mardan” stadionunda baş tutacaq oyunda videotəkrar sistemindən (VAR) istifadə olunacağını daha öncə xəbər vermişdik. Türkiyəli hakimlər briqadasının idarə edəcəyi matçda əsas söz sahibi Halis Özkahya olacaqsa, videoassistent funksiyasını Cüneyt Çakır yerinə yetirəcək. Özkahya yığmamız üçün tanış referidi. O AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millinin evdə Malta ilə oyununda ədaləti qoruyub. Həmin görüşdə bizimkilər 2 cavabsız qolla qalib gəlmişdi. FİFA referisi indiyədək 48 beynəlxalq oyun idarə edib.
Toplanışın ilk günündən düşərgədə olan futbolçulardan yalnız biri Antalyaya yollanmayıb. Söhbət məlum səbəbə görə cəzalanan Elvin Yunuszadədən gedir. Qurbanov onun adını siyahıdan çıxarıb və müdafiəçi Türkiyəyə aparılmayıb. Yeri gəlmişkən, yığma Antalyaya çarter reysi ilə uçub. Maraqlıdı ki, bu durumda belə AFFA jurnalistlərdən heç kimi yığmanın oyununa aparmayıb. Medianın bu şəkildə millidən uzaq tutulmasının səbəbi anlaşılmazdı. Hər halda, yığma üzvlərinin məsuliyyətsizliyində və ya nəticələrdə jurnalistlərin suçu yoxdu. Sonda isə hər iki yığmanın heyətini diqqətinizə çatdıraq.
Azərbayan: qapıçılar - Kamran Ağayev (Keşlə), Rəşad Əzizli, Səlahət Ağayev (hər ikisi “Neftçi”); müdafiəçilər -Maksim Medvedev (Qarabağ), Ruslan Abışov (Neftçi), Ürfan Abbasov (Qəbələ), Tural Axundov (Sumqayıt), Rahil Məmmədov (Səbail), Şəhriyar Rəhimov (Kəpəz), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna); yarımmüdafiəçilər - Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namiq Ələsgərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Asif Məmmədov (Qəbələ), Cavid İmamverdiyev, Rəşad Eyyubov (hər ikisi “Sumqayıt”), Araz Abdullayev (“Anortosis”, Cənubi Kipr), Dmitri Nazarov (“Ertsgebirge”, Almaniya); hücumçular - Amil Yunanov (Sumqayıt), Ruslan Qurbanov (Qəbələ).
Makedoniya: qapıçılar - Stole Dimitrievski (“Ximnastik”, İspaniya), Deyan İliyev (“Arsenal”, İngiltərə); müdafiəçilər - Stefan Ristovski (“Sportinq”, Portuqaliya), Qyoko Zaykov (“Şarlerua”, Belçika), Kristian Toşevski, Darko Belkovski (hər ikisi “Vardar”), Kire Ristevski (Vaşaş), Visar Muslui (Şkendiya); yarımmüdafiəçilər - Arian Ademi (“Dinamo”, Xorvatiya), Enis Bardi (“Levante”, İspaniya), Stefan Spirovski (“Ferentsvaroş”, Macarıstan), Boban Nikolov (“Videoton”, Macarıstan), Ezuon Alioski (“Lids”, İngiltərə), Maryan Radeski, Ferhan Hasani (hər ikisi “Şkendiya”); hücumçular - Qoran Pandev (“Cenoa”, İtaliya), İliya Nestorovski, Aleksandr Traykovski (hər ikisi “Palermo”, İtaliya), İvan Triçkovski (AEK, Cənubi Kipr).

Reaksiya
İqor Angelovski (Makedoniyanın baş məşqçisi): "Finlandiya ilə oyunda qələbə qazanmaq üçün çox cəhd etdik. Ancaq ümumilikdə bərabərlik ədalətli nəticə oldu. Futbolçularımın çıxışından razı qaldım. Oyunçuların hazırkı formalarından asılı olaraq, hamısına şans verməyə çalışdım. Növbəti toplanışda daha yaxşı durumda olacağımıza əminəm. İndi isə bütün diqqətimizi Azərbaycanla görüşə yönəltmişik. Azərbaycanla matçı daha yaxşı keçirməyə çalışacağıq. Hamımız bu qarşılaşmada yalnız qələbəyə köklənmişik".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar