27 mar 18:39yigma

Rəşad Sadıqov ilk xal arzusunda

Rəşad Sadıqov ilk xal arzusunda
U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
İrlandiya – Azərbaycan
Hakimlər: FİLİP QLOVA, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (hamısı Slovakiya).
27 mart. Dublin. “Tallaqt” stadionu. Saat 22.30
Martın 22-də Kosovonun qonağı olan və 0:2 uduzan 21 yaşadək futbolçulardan ibarət yığma Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti sınağına çıxacaq. Təbii ki, debütantla bacarmayan komandanın İrlandiya üzərində qələbəsini proqnozlaşdırmaq möcüzə axtarmaq deməkdi. Hərçənd debüt matçında xal qazana bilməyən Rəşad Sadıqov ümidini itirmir. Gənc mütəxəssis Kosovo ilə oyunla bağlı fikirlərini bölüşüb. Yeri gəlmişkən, AFFA nədənsə Rəşadın açıqlamasını sayt vasitəsilə yaymağı lazım bilmədi. Məşqçinin fikirləri yalnız ertəsi gün axşam saatlarında qurumun “feysbuk” səhifəsində peyda oldu. Halbuki Sadıqovla əlaqə saxladıqda “məni düz başa düşün, siz çoxsuz, mən bir nəfər, hamıya bir-bir cavab yaza bilmərəm. Ona görə də sayta açıqlama verdim, ordan götürərsiz”, - deyə üzrxahlıq etmişdi. U-21-ə saytın əməkdaşlarından kimisə qoşmaq bu qədər çətindi? Yoxsa şəkərbura-paxlava yeməkdən başları ayılmayıb hələ?..
Gələk Rəşad Sadıqovun məğlubiyyətə şərhinə: “Müsbət nəticə gözləyirdik. Burdan yaxşı nəticə ilə ayrılmaq istəyirdik. Bu istəklə də oyuna hazırlaşmışdıq. Əslində futbolçular pis mübarizə aparmadı. İstəkliydilər, çalışırdılar ki, yaxşı nəticə olsun. Təəssüf ki, sonda məğlub olduq. Buraxdığımız kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi. İşimiz çoxdu, işləməliyik. Qarşıdakı oyunda çalışacağıq ki, daha yaxşı oynayaq və uğurlu nəticə qazanaq”.
Qeyd etdiyimiz kimi, yığmamız bu gün səfərdə İrlandiya ilə qarşılaşacaq. Oyun Dublindəki “Tallaqt” stadionunda baş tutacaq. Bu, gənclər millimizin seçmə mərhələdə 7-ci görüşü olacaq. Əvvəlki 6 oyunda qələbə üzü görməyən və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandamızın itiriləsi heç nəyi yoxdu. Futbolçularımız ən azı Rəşad Sadıqovun rəhbərliyi altında ilk xalı qazanmağa cəhd etməlidi. Ancaq 10 xalla ikinci yeri bölüşən İrlandiyanın da liderliyə iddia etdiyini unutmayaq.
Qeyd edək ki, qrupumuzun digər oyunlarında Kosovo Almaniyanı, İsrail isə Norveçi qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20.45-də start götürəcək.
Bu arada İrlandiya yoxlama matçı keçirib. Yığmamızın rəqibi İslandiya üzərində 3:1 hesablı qalibiyyət əldə edib. İrlandiya yığmasının baş məşqçisi Noel Kinq oyundan sonra yerli mətbuata açıqlama verib: “Azərbaycanla seçmə mərhələ matçı ərəfəsində vacib görüş idi. Komandamın oyunundan məmnun qaldım. Gözəl qollar vurduq. Bütün dəyişiklikləri nəzərə alaraq güclü, dərin tərkibdə komanda olduğumuzu gördük. İkinci hissədə rəqibin üzərimizə gəlməsinə imkan verdik. Ancaq ümumilikdə qələbəyə layiq olduğumuzu düşünürəm. Bu, çərşənbə axşamı Azərbaycanla keçirəcəyimiz oyun üçün əla hazırlıq idi. Azərbaycanla görüşdə 3 xal əldə etmək üçün bu səviyyədə oyun göstərməliyik”.
1. Almaniya 6 5 0 1 23-6 15
2. Kosovo 7 3 1 3 8-8 10
3. İrlandiya 5 3 1 1 9-3 10
4. Norveç 6 2 2 2 7-8 8
5. İsrail 6 2 1 3 9-13 7
6. AZƏRBAYCAN 6 0 1 5 3-21 1
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar