27 mar 18:22yigma

U-19 növbəti dəfə Rusiyaya boyun əydi

U-19 növbəti dəfə Rusiyaya boyun əydi
Qordeyev atmaca atdı, Vüqar Məmməd cavab verdi
Bakıda təlim-məşq toplanışı keçən U-19-un Rusiyadan olan həmyaşıdları ilə iki yoldaşlıq görüşü keçirməsi əvvəldən nəzərdə tutulmuşdu. Martın 22-də “Dalğa Arena”da baş tutan ilk qarşılaşmada Vüqar Məmmədin yetirmələri darmadağın olmuşdu – 0:4. Gözləmək olardı ki, ikinci oyunda üstünlük bizimkilərin tərəfində olar və yekunda qələbəyə sevinərlər. Lakin bu dəfə də yenilgidən qaçmaq mümkün olmadı. Andrey Qordeyevin rəhbərlik etdiyi milli yenə qələbəyə sevindi. Martın 25-dəki görüşdə ruslar 1:0 hesabıyla qələbə qazandı. Həmid Ağalarovun 23-cü dəqiqədə yığmamızın qapısından keçirdiyi top oyunda yeganə oldu. Halbuki təmsilçimiz məğlubiyyətdən qaça bilərdi. 78-ci dəqiqədə rusların qapısına təyin olunan 11 metrlik cərimə zərbəsindən Kamran Quliyev yararlana bilməyib. Dəqiq desək, rəqib qapıçı “çərçivə”də inamlı oynayıb.
Qonaqların baş məşqçisi Andrey Qordeyev Rusiya Futbol İttifaqının saytına iki oyunla bağlı fikirlərini bildirib. Rus mütəxəssisin xüsusilə ikinci matç haqda dedikləri maraq doğurur: “Oyun asan keçmədi. Rəqib pressinq edir, aqressiv oynamağa çalışırdı. İlk görüşlə müqayisədə bu dəfə oyun planında müəyyən dəyişiklik etmişdik. Əks-hücum taktikasını sınaqdan keçirmək istəyirdik. Təəssüf ki, heç də bütün qol imkanlarından yararlana bilmədik. 1:0 - əlbəttə, bu, bizim üstünlüyümüzdü. Futbolçulara xüsusi təşəkkür etmək lazımdı. Müdafiədə etibarlı oynayıb, rəqibə demək olar, heç bir şans vermədilər. Onlara əhsən! Bəli, qapımıza penalti təyin olundu, amma buna görə uşaqları qınamağın tərəfdarı deyiləm. Ümumilikdə komanda üzvləri üzərinə düşəni etdi. Çox istərdim ki, qol vəziyyətlərindən maksimum yararlanaq. Ələ düşən imkanları qola çevirmək lazımdı. Azərbaycandakı toplanışa gəlincə, məşqçilər heyəti olaraq görülən işlərdən razı qaldıq. Bəzi futbolçuları nəzərdən keçirdik, həmçinin müdafiədə etibarlı oyunla seçildik”.
Ardıcıl iki məğlubiyyətlə bağlı U-19-a cavabdehlik daşıyan Vüqar Məmmədin fikirlərini dinləmək də maraqlıdı: “Rusiya millisi ilə oyunlar bizim üçün böyük təcrübə oldu. Rəqib güclü, təcrübəli komandadı. Bizimlə görüşlərə qədər 15-16 beynəlxalq oyun keçirmişdilər. Belə deyim, oturuşmuş heyətləri var. Bu da istər-istəməz meydanda özünü göstərir. Bizdə isə bir neçə yeni futbolçu vardı. Bundan başqa, yeni sistemi “oturtmağa” çalışırıq. Qurban Qurbanov əsas yığmaya baş məşqçi təyin olunandan sonra müəyyən yeniliklərə əl atmışıq. Yeni oyun planını futbolçulara aşılamağa çalışırıq. Bu da müəyyən vaxt aparır, ortaya çətinliklər çıxarır. Birdən-birə nəsə etmək mümkün deyil. Açıq deyim, bu gün bizdən nəticə tələb olunmur. İlk növbədə, dediyim kimi, yeni sistemi futbolçulara aşılamaqdı. Əsas olan futbolçuların hədsiz istəkli olmalarıydı. Oyundan-oyuna “artırırlar”. Gördüyünüz kimi, ilk oyunda 0:4 hesabı ilə məğlub olduq. Buna baxmayaraq, ikinci görüşdə rəqib qapımızdan cəmi 1 qol keçirə bildi. Hətta yekun nəticə başqa cür də ola bilərdi. Penaltidən və başqa qol imkanlarından yararlana bilsəydik, məğlub olmayacaqdıq. Qordeyev “rəqibə qol imkanı vermədik” deyə bilər, bu, onun fikridi, hörmətlə yanaşıram. Faktiki, bir neçə real şansımız oldu. Hətta onlardan daha çox imkan yaxaladıq... Razıyam, hücumları qolla tamamlamaqla bağlı müəyyən problemlərimiz var. Bu da zamanla aradan qalxacaq. Futbolçuların daha çox birlikdə oynamaları lazımdı ki, xətlərarası əlaqə inkişaf etsin, çatışmazlıqlar aradan qalxsın. Hücumçularımızın sayı çoxdu. 4-5 nəfər var ki, onlara güvənirik. Sadəcə, vaxta ehtiyac duyuruq. Beynəlxalq oyunların sayı çox olduqca, inkişaf da bir o qədər tezləşəcək. Hər ay beynəlxalq görüşlər keçirməliyik. Dediyim kimi, bu dəqiqə əsas məqsədimiz yeni sistemi “oturtmaqdı”. Futbolçuların özləri də hansı məsuliyyəti daşıdıqlarının fərqindədilər. Sadəcə, zamana ehtiyac var”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar