26 mar 13:12yigma

Azər Məmmədov AFFA rəhbərliyi və Qurban Qurbanovla görüşü gözləyir

Azər Məmmədov AFFA rəhbərliyi və Qurban Qurbanovla görüşü gözləyir
“Həmin günlərdə çalışacam maksimum sayda oyun izləyib, namizədləri iş başında görüm”
“Kəpəz”in əvəzedicilərdən ibarət komandasının baş məşqçisi postundan ayrılandan sonra bir müddət işsiz qlan Azər Məmmədovun U-16-nın “sükanı arxasına” keçdiyini ötən sayımızda xəbər vermişdik. 16 yaşa qədər futbolçulardan formalaşan yığmanın yeni çalışdırcısının gələcəklə bağlı planlarını öyrənmək üçün dünən Azər bəylə əlaqə saxladıq. 42 yaşlı mütəxxəssis öncə bunları söylədi: “Mənə belə etimad göstərdiklərinə görə AFFA rəhbərliyinə, əsas millinin baş məşqçisinə təşəkkür edirəm. Bildiyiniz kimi, bütün yaş qrupları üzrə milli komandalara nəzarət məhz Qurban Qurbanova tapşırılıb. Əlimdən gələni edəcəm ki, mənə güvənən insanları məyus etməyim. Heç şübhəsiz, milli ilə klub tam fərqli anlayılşlardı. Bir var hansısa klubun uğurları üçün çalışasan, bir də var ölkəni beynəlxalq arenada təmsil edən millini çalışdırasan. Bu da böyük məsuliyyət deməkdi. Hələ uzun yolun başlanğıcına çıxırıq. U-16-nı çalışdırmaq hər bir məşqçidən məsuliyyət tələb edir. Çünki bu yaş qrupunda çıxış edənlər böyük futbolun astanasındadı. Keçid dövrünü aşa bilsələr, gələcəkdə U-19, U-21 və əsas yığmada oynaya biləcəklər. Bu üzdən hər bir gəncə xüsusi diqqət ayırmaq, onların üstün cəhətlərini inkişaf etdirmək, çatışmazlıqları aradan qaldırmaq lazımdı”.
Azər bəy hələ ki baş məşqçisi olduğu millinin gələcəklə bağlı planlarının müəyyənləşmədiyini söylədi: “U-16 yığması hələ formalaşmayıb. Təyinatım təsdiqlənən gündən klubların U-15 komandalarında çalışan məşqçilərlə əlaqə saxlayıb, milliyə potensial namizədlərin siyahısını dəqiqləşdirməklə məşğulam. Hazırda AFFA-nın bayrağı altında keçirilən U-15 liqasında fasilədi. Növbəti tur martın 31-i və aprelin 1-də keçiriləcək. Həmin günlərdə çalışacam maksimum sayda oyun izləyib, namizədləri iş başında görüm. Yığmanın yoldaşlıq oyunlarından sonra Qurban Qurbanovla görüşəcəyik. Məhz həmin iclasda gələcəklə bağlı iş planımı təqdim edəcəm. Rəhbərlik razılıq versə, aprelin birinci həftəsində seleksiya xarakterli toplanış keçirmək istəyirəm. Bundan başqa, növbəti aylar üçün də nə iş görəcəyimizi müzakirə edəcəyik. Qeyd etdiyim kimi, bütün suallara AFFA rəhbərliyi və Qurban müəllimlə görüşdən sonra aydınlıq gələcək”.
Hər bir mütəxəssisin millidə və ya klubda çalışmasından asılı olmayaraq, daim güvəndiyi köməkçiləri olur. Təsadüfən deməyiblər ki, istənilən baş məşqçinin ilk uğurlu transferi yardımçılarının seçimindən başlayır. Bəs görəsən, U-16-da Məmmədovun məşqçilər korpusunda kimlər yer alacaq? Azər bəyin məsələyə reaksiyası belə oldu: “Açığı, bu haqda heç bir söhbət olmayıb. Bir var “hər şey dəqiqləşsin, açıqlayacam” söyləyirsən. Belə olan halda namizədlər olur və gözləyirsən ki, yuxarı instansiya həmin namizədləri təsdiq etsin. Bir də var mənim indiki durumum. Hələ köməkçilərlə bağlı heç bir söz-söhbət yoxdu. Martın sonunda keçiriləcək toplantıda bu məsələyə də aydınlıq gələcək. Köməkçilərimin kimlər olmasından asılı olmayaraq, bizim bir məqsədimiz olacaq: U-16-ya ən layiqlilər cəlb olunsun və komanda qazandığı nəticələrlə futbol ictimaiyyətini sevindirsin”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar