26 mar 12:47yigma

Debütant yığmamıza “2” verdi, Rəşad Sadıqov yenilgiylə başladı

Debütant yığmamıza “2” verdi, Rəşad Sadıqov yenilgiylə başladı
U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
Kosovo – Azərbaycan 2:0 (0:0)

1. Visar Bekay
3. Arian Kabaşi
4. Besfort Kölgəçi (k)
(23. Arbenit Cemayli, 81)
5. Ardian İsmayli
6. Dren Feka
7. Valmir Süleymani
8. Florent Hasani
10. Ron Broya
(11. Meriton Korenika, 84)
13. Lirim Mema
19. Mirlind Daku
(22. Kuştrim Şabani, 67)
20. Kamer Krasniçi
Ehtiyat oyunçular
12. Florian Smakiqi
9. Mendurim Hoti
15. Muharrem Yaşari
17. Ylber Maloku
Baş məşqçi: Rafet Prekazi

12. Kamran İbrahimov
2. Sərtan Taşkın
5. Elvin Sərkərov
4. Bəhlul Mustafazadə (k)
3. Cabir Əmirli
(8. Budaq Nəsirov, 57)
6. Qismət Alıyev
23. Hacıağa Hacıyev
(15. Ülvi İsgəndərov, 71)
7. Ehtiram Şahverdiyev
9. Ramil Şeydayev
19. Fəhmin Muradbəyli
(17. Ozancan Kökcü, 53)
10. Mahir Mədətov
Ehtiyat oyunçular
1. Abdulla Seyidəhmədov
13. Murad Qayalı
20. Ömər Buludov
21. İlkin Muradov
Baş məşqçi: Rəşad Sadıqov
Qollar: F.Hasani, 54 (1:0). B.Kölgəçi, 61 (2:0).
Vərəqələr: L.Mema, 25. C.Əmirli, 29. R.Şeydayev, 77. B.Nəsirov, 90+3 - sarı.
Hakimlər: DONALD ROBERTSON, Cordan Stokoe, Şon Karr, Nikolas Uolş (hamısı Şotlandiya).
22 mart. Mitrovitsa. Adəm Yaşari Olimpiya stadionu.
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
15 (5) qapıya (çərçivə”yə) zərbə 3 (0)
12 qayda pozuntusu 10
7 künc zərbəsi 4
1 vərəqə (qırmızı) 3
21 yaşadək futbolçulardan ibarət yığmamız dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirdi. 5-ci qrupda yer alan gənclər 6-cı matçında Mitrovitsa şəhərində Kosovoyla qarşılaşdı. Bu, U-21-in Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi oyunu idi. Yanvarda komandasını Antalyada təlim-məşq toplanışında bir neçə yoxlama oyununa çıxaran 36 yaşlı çalışdırıcı ilk ciddi sınağını debütantla keçirdi. U-21 bunadək keçirdiyi oyunlarda qələbəyə həsrət idi və yeganə xalını məhz kosovolulardan almışdı. Odu ki, ilk qələbəni də bu rəqib üzərində bayram etmək şansı real idi. Düzdü, Kosovo ilə turnir cədvəlində qonşu olsaq da, arada böyük - 6 xallıq fərq var idi. Millimiz yeni baş məşqçinin debütünü uğurlu nəticəylə qeyd etməklə yanaşı, balkanlılarla xal fərqini azaltmaq iddiasını gerçəkləşdirə bilərdi. U-21-in heyətində əsas yığmanın üzvləri - "Qarabağ"ın hücumçuları Mahir Mədətovla Ramil Şeydayevin olması da qələbəyə olan inamı artırırdı. Digər tərəfdən, Rəşad Sadıqovun komandasını bir neçə gün sonra daha çətin sınaq gözləyir. Belə ki, martın 27-dəki rəqib turnir cədvəlində 2-ci pillədə olan, yığmamızı Bakıda 3:1 hesabı ilə məğlub edən İrlandiya olacaq. Təbii ki, ardıcıl iki yenilgi Sadıqov üçün ən uğursuz başlanğıc demək idi.
U-21-in Kosovoda çətinliklə üzləşdiyini də əlavə edək. Belə ki, oyun ərəfəsində baş tutmalı olan məşq əvvəlcədən nəzərdə tutulduğu kimi matçın keçiriləcəyi meydanda olmayıb. Buna Mitrovitsa şəhərinə güclü qar yağması səbəb olub. Adəm Yaşari Olimpiya Stadionunun meydançası bəyaz örtüyə büründüyündən millimizin məşqinə icazə verilməyib. Elə oyun da qardan alayarımçıq təmizlənmiş meydanda, 2 dərəcə şaxtada baş tutdu.
Sadıqov start heyətində premyer-liqada daimi oyun təcrübəsi olan 8 futbolçuya yer vermiş, “çərçivə”ni Kamran İbrahimova etibar etmiş, bundan başqa, müdafiədə Elvin Sərkərova, orta xətdə Hacıağa Hacılıya şans vermişdi. Oyuna gəlincə, ilk dəqiqələr meydan sahiblərinin basqısı altında keçsə də, yığmamızın müdafiə xətti etibarlı oyunu ilə seçilirdi. Hiss olunurdu ki, Sadıqov yetirmələrinə tələsməməyi tapşırıb. Bu həm də meydana uyğunlaşmaq üçün lazım idi. Bununla belə, ilk təhlükə qapımız qarşısında yaşandı. Mərkəzdə Ehtiramın top itirməsindən sonra kosovolular əks-hücum qurdu. Süleymaninin cərimə meydançasına daxil olduqdan sonra vurduğu zərbəni Kamran dəf edərək erkən qola izn vermədi. 19-cu dəqiqədə Bəhlul rəqibin növbəti həmləsini önlədi. Daku ara ötürməsiylə müdafiəmizin arxasına sızmağa çalışsa da, “Sumqayıt”lı təhlükəni vaxtında dəf etdi. 24-cü dəqiqədə Hasaninin uzaqdan zərbəsi yaddaqalan oldu. 28-ci dəqiqədə az qala hesab açılacaqdı. Broyanın o qədər də qüvvətli olmayan vuruşu təhlükəli alındı. Matçda ən real qol şansını isə yığmamız yaratdı. Əvvəlcə kosovoluları azlıqda yaxaladıq, ancaq Fəhminin Şeydayevə ötürməsi yaxşı alınmadı, bu səbəbdən hücumun kəsəri azaldı. Bununla belə, hücumun ikinci dalğasında Sərtanın ötürməsindən sonra Fəhmin qapıçı ilə təkbətək çıxdı. Di gəl, Bekay komandasını qoldan xilas etməyi bacardı. 38-ci dəqiqədə U-21-in bəxti gətirdi. Cinah asmasından sonra Süleymaninin başla zərbəsi az fərqlə qapıdan aralı keçdi. Az sonra Süleymaninin uzaqdan vuruşunu Kamran düz dirəyin dibindən kornerə çıxarmağı bacardı.
İkinci hissəyə U-21 uğursuz başladı. Hücumda “dişli” ola bilməyən yığma 54-cü dəqiqədə qapısında qol gördü. Mahirin uzaqlaşdıra bilmədiyi topu ələ keçirən kosovolular qısa ötürmələrlə müdafiəni yarmağa müvəffəq oldu. Öldürücü zərbəni isə Hasani vurdu. Qoldan bir dəqiqə əvvəl Rəşad Fəhmini Ozancanla əvəzləmişdi. Hesabda geri düşəndən dərhal sonra baş məşqçi Cabiri müdafiədən alıb Budağı orta sahəyə buraxdı. Ancaq bu əvəzetmə də effekt vermədi. Meydan sahibləri 61-ci dəfə U-21-i növbəti dəfə mərkəzə dəvət etdi. Bu dəfə standart vəziyyətdən sonra qapımıza qol vuruldu. Künc zərbəsindən cərimə meydançasına havalandırılan topu Sərkərovu hava mübarizəsində üstələyən Kölgəçi başla qapıdan keçirdi - 2:0.
Yeddi dəqiqəyə iki top buraxan milli qolların əvəzini çıxmaq üçün irəli atılsa da, rəqibin əks-hücumları təhlükəli alınırdı. Bir epizodda qapı tiri Sadıqovun komandasını qoldan xilas etdi. Süleymaninin vuruşundan sonra U-21-in bəxti gətirdi. 87-ci dəqiqədə fərqi azaltmaq olardı. Heç nə ilə yadda qalmayan Şeydayev Sərtanın ötürməsini arxası qapıya qəbul edib zərbə imkanı axtarsa da, rəqib müdafiəçilər bu imkanı ona vermədilər. Beləliklə, Rəşad Sadıqov debütdə məğlubiyyətlə üzləşdi.Əslində baş məşqçisinin debütdə məğlubiyyət acısı yaşaması milli üçün adiləşib. Çünki Rəşaddan əvvəl yığmaya rəhbərlik edən 10 məşqçidən 9-u da “siftə”də xala həsrət qalıb. Yalnız bir istisna – Ağasəlim Mircavadov var. O, U-21-də seçmə oyunlarında ilk matçında Macarıstan üzərində qələbəyə sevinib – 2:1. Bu, uzaq 1998-ci ildə gerçəkləşib. Yığma qələbə həsrətinə son vermək istəyini martın 27-nə kimi təxirə saldı. Hərçənd U-21 elə də ümid vermədi və İrlandiya ilə səfər sınağı daha betər olacaq. Bizimkilərdən uzağı sentyabrın əvvəlində İsrail və Norveçlə ev oyunlarından nəsə gözləmək olar.
Dünən qrupda həmçinin Almaniya – İsrail qarşılaşması baş tutub. Qrupumuzun lideri, son Avropa çempionu Almaniya İsraili 3:0 hesabı ilə məğlub edərək, liderliyini möhkəmləndirib.
1. Almaniya 6 5 0 1 23-6 15
2. Kosovo 7 3 1 3 8-8 10
3. İrlandiya 5 3 1 1 9-3 10
4. Norveç 6 2 2 2 7-8 8
5. İsrail 6 2 1 3 9-13 7
6. AZƏRBAYCAN 6 0 1 5 3-21 1
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar