22 mar 13:48yigma

Arazla Pavel düşərgədədi, 5 min bilet satılıb

Arazla Pavel düşərgədədi, 5 min bilet satılıb
Kriuşenko: “Azərbaycanın çox sürətli, texnikalı futbolçuları var”
Yığma təlim-məşq toplanışını davam etdirir. Qurban Qurbanovun komandasının martın 23-də Belarusla münasibətləri aydınlaşdıracağını bilirsiz. Qarşılaşma saat 20.00-da Olimpiya stadionunda başlayacaq.
Ötən sayımızda milli ilə bağlı bəzi məlumatları diqqətinizə çatdırmışdıq. Belə ki, oyundan bir gün öncə yığmanın açıq məşqinin və Qurban Qurbanovun mətbuat konfransının vaxtını, futbolçuların meydana ağ formada çıxacağını xəbər vermişdik. İndi isə Qurbanovun rəhbərliyi altında keçiriləcək ilk ev oyunu ilə bağlı digər informasiyalarla tanış olun.
Təbliğat işləri aparılır
Məlum olduğu kimi, oyunu “CBC Sport” telekanalı canlı yayınlayacaq. Artıq adı çəkilən telekanalda qarşılaşmanın anonsları gedir. Bundan başqa, AFFA-nın “feysbuk” səhifəsində də təbliğat yönündə işlər aparılır. Yığmanın oyunlarından hazırlanan videolar yerləşdirilir, bilet satışı məntəqələri haqda tez-tez məlumat verilir, müəyyən sorğulara yer ayrılır. Bundan başqa, “Bakcell” abunəçilərinə oyunla bağlı mesaj da göndərilib. Bir sözlə, təbliğat işləri normal səviyyədədi.
Qonaqlar “Bulvar otel”i seçdi
Belarus bu gün ölkəmizə təşrif buyuracaq. Rəqib komandanı daşıyan təyyarə saat 14.00-da hava limanına enəcək. Qonaqların harda məskunlaşacağı da bəllidi. Onlar “Bulvar otel”i seçiblər. Artıq Belarusun oyunöncəsi son məşqinin vaxtı da müəyyənləşib. Bu komanda matçdan bir gün öncə – martın 22-də son hazırlığına çıxacaq. Qarşılaşmanın gerçəkləşəcəyi Olimpiya stadionunda baş tutacaq məşq saat 18.30-da start götürəcək. Ancaq baş məşqçi İqor Kriuşenkonun mətbuat konfransının vaxtı hələ dəqiqləşməyib. Ola bilsin, sual-cavab, ümumiyyətlə, olmadı və ya brifinq şəklində baş tutdu. Hər halda, yoldaşlıq oyunundan öncə mətbuat konfransının keçirilməsi ilə bağlı tələb yoxdu.
İkisi gəldi, biri bu gün gəlir
Qurban Qurbanov Belarus və Makedoniya ilə oyunlar üçün ölkə xaricində top qovan üç futbolçuya dəvət göndərmişdi. Olardan ikisi artıq düşərgədədi. Cənubi Kipr çempionatında mübarizə aparan “Anortosis”in yarımmüdafiəçisi Araz Abdullayev srağagün gəlib. “Aleksandriya”nın (Ukrayna) futbolçusu Pavel Paşayev dünən milliyə qoşulub. Dmitri Nazarov isə bu gün düşərgəyə təşrif buyuracaq. Onun komandası - Almaniyanın 2-ci bundesliqa təmsilçisi “Ertsgebirge”nin dünən oyunu olduğundan yarımmüdafiəçi yalnız bu gündən Qurbanovun sərəncamında olacaq.
Polkayovun əvəzinə Qavriloviç
Belarusun heyətində dəyişiklik olub. Daha doğrusu, zədələnən müdafiəçi Denis Polkayovu yığmada kimin əvəzləyəcəyi müəyyənləşib. Kriuşenko Cənubi Kipr APOEL-inin arxa xətt oyunçusunun əvəzinə “Dinamo-Brest”in üzvü Aleksey Qavriloviçə dəvət göndərib. Bununla da 28 yaşlı müdafiəçi əsas millinin heyətində debüt etmək imkanı qazanıb.
Təxminən 5 min bilet satılıb
Martın 10-dan sözügedən yoldaşlıq oyununun biletləri satışa çıxarılmışdı. Xatırladaq ki, VİP biletlərin qiyməti 15, qalanları isə 1, 2 və 4 manatdı. Azarkeşlər Bakıda, eləcə də Sumqayıtda olan “Asan xidmət” məntəqələrindən, “28 Mall” və “Gənclik Mall”dan, bir neçə köşkdən bilet əldə edə bilər. Dünən son durumu öyrənmək üçün AFFA-nın bilet satışı meneceri Kamran Abasovla danışdıq: “Yoldaşlıq oyunu olduğuna görə satış bir qədər zəifdi. Ancaq hələ oyuna bir neçə gün var. İnanırıq ki, yaxşı olacaq. Hazırda 5 minə yaxın bilet satılıb. Həm onlayın, həm də adi satış həyata keçirilir. Hər hansı problem yaşanmayıb. Təxminən 20 minə yaxın azarkeş olacağını gözləyirik. Bizdə, adətən, son günlər daha çox bilet satılır”.
Kriuşenko Sloveniyanı üstün sayır
Belarusun baş məşqçisi yığmamızla oyun haqda danışıb. Qeyd edək ki, Kriuşenkonun yetirmələri martın 23-də yığmamızla, 27-də isə Sloveniya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Bu gün Bakıya gələcək komandanın çalışdırıcısı səfər ərəfəsində yerli mətbuat önünə çıxıb. Kriuşenko millimiz haqda müsbət fikirlər səsləndirsə də, Sloveniyanı daha güclü hesab etdiyini söyləyib: “Millətlər Liqasında Azərbaycanla eyni divizionda yer almışıq. Onlar da bizim kimi qrupdan çıxmaq uğrunda mübarizə aparacaqlar. Azərbaycanın çox sürətli, texnikalı futbolçuları var və topu özlərində saxlamağı bacarırlar. Onların heyətində hətta “milliləşdirilmiş” braziliyalı futbolçu (Riçard Almeydanı nəzərdə tutur – F.) da çıxış edir. Sloveniya isə səviyyəcə Azərbaycandan daha üstündü. Onlar güclü Avropa komandasıdı. Biz də bu səviyyəyə yüksəlməyə çalışmalıyıq”.
Rəqib komandanın müdafiəçisi Aleksandr Martınoviç isə yoxlama matçları ilə bağlı ümumi fikirlərini dilə gətirib: “Bir həftə ərzində iki səfər matçına çıxmaq bizi yormaz. Fikrimcə, ardıcıl iki oyun əlverişli seçimdi. Çünki bu amil bizi daha çox çalışmağa vadar edəcək. Əlbəttə, təlim-məşq toplanışında yalnız məşqlərlə özünü göstərməyin mümkün deyil. Oyuna hazırlıq üçün vaxt nə qədər çox olsa, bir o qədər yaxşıdı”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar