22 mar 13:37yigma

U-21-in qələbə həsrəti Kosovoda bitəcəkmi?

U-21-in qələbə həsrəti Kosovoda bitəcəkmi?
U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
Kosovo – Azərbaycan
Hakimlər: DONALD ROBERTSON, Cordan Stokoe, Şon Karr, Nikolas Uolş (hamısı Şotlandiya).
22 mart. Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu. Saat 22.00
Cümə axşamı 21 yaşadək futbolçulardan ibarət yığmamız növbəti sınağına çıxacaq. Gənclər millisi təxminən 4 aylıq fasilədən sonra Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oyun keçirəcək ki, rəqib yenə Kosovodu. Başqa sözlə, 2017-yə Avropanın ən gənc kollektivi ilə yekun vuran komandamız 2018-ə də bu rəqiblə start verəcək. Fərq özümüzlə bağlıdı. Belə ki, noyabrdakı oyuna Samir Ələkbərovun rəhbərliyi altında çıxan U-21 bu dəfə Rəşad Sadıqovun sərəncamındadı. Başqa sözlə, Rəşad yığmada rəsmi debütünü Kosovonun Mitrovitsa şəhərində, Adem Yaşari Olimpiya stadionunda gerçəkləşdirəcək. Yeri gəlmişkən, futbolçu karyerasını hələ də davam etdirən Sadıqov üçün debüt matçı U-21 tarixində yeni rekordla əlamətdar olacaq. Belə ki, Rəşad U-21-i seçmə oyuna çıxaracaq ən gənc çalışdırıcı olacaq. Onun rəsmi debütü 35 yaş 279 günlüyündə gerçəkləşəcək. U-21-in seçmə mərhələlər tarixində 11-ci baş məşqçisi olacaq Rəşad əvvəlki 10 həmkarından gəncdi. Bunadək ən gənc məşqçi rekordu Vaqif Sadıqova məxsus idi. “Qarabağ”ın müdafiəçisi vaxtilə rəhbərliyi altında da oynadığı mütəxəssisin rekordunu 82 gün yeniləyəcək.
U-21 AÇ-2019-un seçmə mərhələsinin tən yarısında 35 yaşlı mütəxəssisin sərəncamına verilib. Ancaq “qatar çoxdan gedib”. İlk 5 matçda bərbad çıxış edib cəmi 1 xal toplayan komandanı iddialı duruma gətirmək mümkünsüz görünür. Ancaq hər şey iki gün sonrakı görüşdən asılı ola bilər. Məsələ burasındadı ki, seçmə mərhələyə yaxşı başlayan, ilk 3 oyunda 6 xal toplayan, ancaq sonradan turnir cədvəlinin aşağılarına sürüşən Kosovo hazırda 5-ci yerdə, yəni bizdən bir pillə irəlidədi. U-21 martın 22-də qələbə qazanmaqla qrup sonunculuğundan qurtulmaq üçün imkan əldə edəcək. Potensial xalları da hesablasaq, bir oyun çox keçirən debütantla xal fərqi aradan qalxa bilər. Uğurlu başlanğıc martın 27-də İrlandiya səfərində də yığma üçün əla motivasiya olar. U-21 turnir hədəfindən uzaq düşsə də, Rəşad Sadıqov uğura köklənib. Bunu gənc mütəxəssisin heyət seçimindən də görmək mümkündü. Sadıqov “Qarabağ”dakı komanda yoldaşları Mahir Mədətovla Ramil Şeydayevin xidmətindən yararlanmaq niyyətindədi. Budəfəki heyətdə legionerlərin sayı da çoxluq təşkil edir. Baxmayaraq ki, “milliləşdirilənlər”in sayı minimuma endirilib. Bir ara millidəki münasibətdən bezib “vida mesajı” paylaşan, ancaq Rəşadın fikrindən daşındırdığı Ozan Can Kökcü, onun kimi Hollandiyada top qovan Ziya Əzizov, “Slaviya”da oynayan Rövlan Muradov və “Sportinq”də legioner həyatı yaşayan Budaq Nəsirovdan çox şey gözləyirik.
Artıq Kosovo – Azərbaycan matçına təyinatlar da açıqlanıb. Görüşü şotlandiyalı hakimlər briqadası idarə edəcək. Rəşad Sadıqovun seçmə mərhələdəki debütünə Şotlandiyadan olan hakimlər briqadası şahidlik edəcək. Oyunun baş hakimi Donald Robertson olacaq. Ona Cordan Stokoe və Şon Karr kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Nikolas Uolş yerinə yetirəcək. 31 yaşlı Robertson Rəşad Sadıqov üçün tanış simadı. Belə ki, böyük britaniyalının gənc mütəxəssislə, daha doğrusu, onun şərəfini qoruduğu “Qarabağ”la yolu ötən mövsümdə iki dəfə kəsişib. Düzdü, Robertson həmin qarşılaşmalarda baş hakim olmayıb, amma briqadada yer alıb. 2016-cı il iyulun 20-də Lüksemburqda “Düdelanj”la “Qarabağ” arasında ikinci təsnifat mərhələsinin cavab oyununda Kevin Klansi baş hakim, Donald isə dördüncü hakim olub. Reynaldonun qol vurduğu matç 1:1 hesabı ilə nəticələnib və Ağdam klubu mərhələni keçib. Elə həmin il noyabrın 3-də “Qarabağ”ın PAOK-la Yunanıstandakı görüşündə də ədaləti şotlandiyalılar qoruyub. Con Bitonun baş hakimi olduğu qarşılaşma Avropa Liqasının qrup mərhələsinin 4-cü turuna təsadüf edib ki, Miçelin qolu ilə 1:0 hesablı qələbə qazanan “Qarabağ”ın həmin uğurunu əlavə köməkçi hakim olan Robertson da izləyib. 2017-ci ildən FİFA dərəcəsi olan britaniyalı baş hakim kimi Azərbaycan komandaları ilə görüşməyib. O, əsasən U-17 və U-19-ların oyunlarına təyinat alıb. Avropa Liqasında cəmi 1 oyun idarə edən referinin U-21 səviyyəsində debütü cari tsiklə təsadüf edib. Robertson Fransanın Qazaxıstanı 4:1 hesabı ilə yendiyi oyunda fit çalıb.
Qeyd edək ki, martın 22-si saat 22.00-da başlayacaq Kosovo – Azərbaycan matçını ölkəmizdə də canlı izləmək mümkün olacaq. Belə ki, “CBC Sport” oyunu ekranlara daşıyacaq.
Kosovo
Florian Smakiqi, Albert Dabiqay, Mendurim Hoti (hamısı “Feronikeli”), Visar Bekay, Arber Hoksa (hər ikisi “Priştina”), Lirim Mema, Besfort Kölgeçi (hər ikisi “Ayntraxt”, Braunşveyq/Almaniya), Kuştrim Şabani, Mirlind Daku (hər ikisi “Llapi”), İlber Maloku, Muharrem Yaşari (hər ikisi “Trepça”), Roni Qaşi, Meriton Korenisa (hər ikisi “Liriya”), Mentor Boroçi (Hayvaliya), Ardit Nika (Ramiz Sadiku), Denis Haliti (Drita), Kamer Krasniçi (“Osnabryuk”, Almaniya), Ardian İsmayli (“Hayduk”, Xorvatiya), Arbenit Cemaili (“Ksamaks”, İsveçrə), Arian Kabaşi (“Syon”, İsveçrə), Dren Feka (“Lütsern”, İsveçrə), Florent Hasani (“Dyoşdyor”, Macarıstan), Ron Broya (Skupi), Valmir Süleymani (“Hannover”, Almaniya).
Azərbaycan
Sərtan Taşkın, Cabir Əmirli, Murad Qayalı, Rafael Məhərrəmli, Elvin Cəfərquliyev (hamısı “Keşlə”), Kamran İbrahimov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Hacıağa Hacılı, Qismət Alıyev, Murad Popov, Samir Qurbanov (hamısı “Qəbələ”), Ramil Şeydayev, Mahir Mədətov, Nicat Süleymanov (hamısı “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Ülvi İsgəndərov (hamısı “Sumqayıt”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), Fəhmin Muradbəyli (Səbail), İsmayıl İbrahimli (MOİK), Ozan Can Kökcü (“Valveyk”, Hollandiya), Rövlan Muradov (“Slaviya”, Çexiya), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Ziya Əzizov (“Den Boş”, Hollandiya).
1. Almaniya 5 4 0 1 20-6 12
2. İrlandiya 5 3 1 1 9-3 10
3. Norveç 6 2 2 2 7-8 8
4. İsrail 5 2 1 2 9-10 7
5. Kosovo 6 2 1 3 6-8 7
6. AZƏRBAYCAN 5 0 1 4 3-19 1
MİRAĞA

Yeri gəlmişkən…
Dünən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın baş katibi Elxan Məmmədov və yığmanın baş məşqçisi Qurban Qurbanov U-21-in üzvləri ilə görüşüb. Adı çəkilənlər qarşıdakı oyunlarda komandaya uğurlar arzulayıb.
Я бы не сказал что она красотка

-----


http://geveen.com/index.php?option=com_k2&view=itemlist&task=user&id=626933
Гришка

активация windows 7

Как вы думаете откуда я это взял?

-----


http://aktivator-kmsauto.ru/

Будьте добропорядочнее

-----


lk rt вход

Ой Какой красивый коммент

-----


кабинет

<a href="http://thebridgeworship.com">поздравление с новым годом смс смешные</a> поздравить со старым новым годом
смс поздравления с новым годом 2018 как поздравить еврея с новым годом

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar