05 fev 12:50yigma, manset

U-17 Türkiyədə baş məşqçisiz hazırlıq keçib

U-17 Türkiyədə baş məşqçisiz hazırlıq keçib
Mirbağır İsayev bir zənglə geri qayıdıb

17 yaşa qədər futbolçulardan formalaşdırılan milli Türkiyədə təşkil olunan təlim-məşq toplanışını başa vuraraq vətənə dönüb. Bəribaşdan qeyd edək ki, U-17-nin baş məşqçisi Mirbağır İsayev bu toplanışda iştirak edə bilməyib. Daha doğrusu, Mirbağır bəy komanda ilə birgə qardaş ölkəyə yollansa da, Bakıdan gələn zəng onu elə həmin gün də geri qayıtmağa məcbur edib. 42 yaşlı mütəxəssisin anasının səhhətində problem yaşanıb. Bu üzdən hazırlığa baş məşqçinin köməkçisi Baba Əsgərov rəhbərlik edib.
Demək olar ki, sıfırdan qurulan U-17-nin Türkiyədə necə təsir bağışladığını, yoldaşlıq matçlarında hansı nəticələrə imza atdığını bilmək üçün Baba bəyi aradıq: “10 günlük təlim-məşq toplanışı çərçivəsində 3 yoldaşlıq görüşü keçirdik. İlk rəqibimiz Birləşmiş Ərəb Əmirliklərinin U-20 yığması idi. Yaş arasında fərqin olmasına baxmayaraq, ilk hissədə komanda yaxşı təsir bağışladı. Birinci yarıda qolsuz bərbərlik qeydə alınsa da, fasilədən sonra yaş və səviyyə fərqi özünü göstərdi. Ərəblər 4 dəfə bizi meydanın mərkəzinə dəvət etdilər. Onu da qeyd edim ki, ərəblər mayda keçiriləcək dünya kubokunda iştirak edəcəklər. İkinci qarşılaşmada isə eyni hesabla Sudanın U-20 millisinə məğlub olduq. Demək olar ki, matç eyni ssenari üzrə keçdi. İlk hissədə qapılara qol vurulmasa da, ikinci 45 dəqiqədə rəqib 4 dəfə toru silkələdi. Ola bilsin, məğlubiyyətlərə görə kimlərsə bizi qınayar. Ancaq onu nəzərə almaq lazımdı ki, rəqiblərin heyətində yer alan oyunçular bizimkilərdən 3 yaş böyük idi ki, bu da istər-istəməz özünü göstərməliydi. Xatırlayırsızsa, bir neçə həftə öncə U-21 millimiz də yoldaşlıq görüşündə bu yığmalara məğlub olmuşdular. Bizi sırf nəticə düşündürsəydi, Türkiyədə öz yaş qrupumuz üzrə komandalarla qarşılaşardıq. Məşqçilər korpusunun əsas istəyi ağır məşqlər fonunda daha güclü rəqiblə matçda uşaqların özlərini necə göstərəciyini görmək idi. Üçüncü qarşılaşmada isə “Kartalspor”un U-19 komandası ilə üz-üzə gəldik. Bu görüşdə komandamız 2 top fərqi ilə irəli çıxsa da, oyunu idarə edən türk hakimlərin “səyi” nəticəsində matç heç-heçə başa çatdı. Qapımıza olmayan penalti təyin etdilər, vurduğumuz “təmiz” qolu qeyd almadılar. Bunun da hardasa bizə xeyri oldu. Oyun başa çatandan sonra uşaqlara başa saldım ki, futbolda bəzən belə haqsızlıqlarla üzləşməli olursan. Buna görə həvəsdən düşməməli, meydanda xarakter nümayiş etdirməlisən”.
Əsgərov daha sonra bunları söylədi: “Ümumi götürəndə hazırlıq müddətində bütün uşaqlardan razı qaldım. Ancaq hələ də müyyən çatışmazlıqlar var ki, onu aradan qaldırmaq lazımdı. Kimlərisə xüsusi fərqləndirmək istəmirəm. Bu yaşda futbolçunun elə dövrüdü ki, istəsək də, istəməsək də, kollektiv özünə lider seçməli olur. Bu mənada adını çəkmək istəmədiyim bəzi uşaqlar yoldaşlıq oyunlarında özlərini yaxşı tərəfdən göstərə bildilər. Onu da qeyd edim ki, bəzən ağır fiziki məşqlərdən sonra bəzi uşaqlarda müəyyən ağrılar meydana gəlirdi. Ancaq bu yaşdan asılı ola bir şeydi. Tədricən bütün bunlar geridə qalacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:06 “Rəvan” rəhbərliyi apellyasiyadan cavab gözləyir Dünən, 18:03 “İnter”lilər hələ də maaş gözləyir Dünən, 17:56 “Qəbələ” Macarıstanda oynayacaq Dünən, 17:52 “Son mövsümdə cəzalanmayan hakim olmadı” Dünən, 16:37 Almanları təəccübləndirməyə bir xal çatmadı Dünən, 16:31 Elxan Abdullayev: dili var, dilçəyi yoxdu! Dünən, 16:28 Qurban Qurbanov azarkeşlərlə futbol oynadı Dünən, 16:26 Yığma bolqarlara yenə uduzdu Dünən, 16:21 "Kəpəz"in növbəti transferi də diviziondandı Dünən, 16:16 “Sumqayıt” “Von Abant” otelini seçdi Dünən, 16:02 Dünən ad günü olan Ülfət Mədətov “Rimini turniri”ndən danışdı Dünən, 15:58 "Zirə" legionerləri saxladı Dünən, 15:51 Füzuli Məmmədov “İnter” rəhbərliyinin qərarına izah tapa bilmir Dünən, 15:28 Lafferti: “Azərbaycanı məğlub etsək...” Dünən, 15:22 Rüstəm Əfsərli “Neftçi”də! Dünən, 15:19 Derlis Meza Kolli indi də “Neftçi” yolundadı Dünən, 15:14 Elvin Səfərli Qəhrəman Əliyevi “naşükür” adlandırdı Dünən, 11:37 Rüstəm DÇ-yə qədər heç bir yarışda çıxış etməyəcək Dünən, 11:34 İkinci Avropa Oyunlarının proqramı və təqvimi müəyyənləşdi Dünən, 11:31 AÇ-dən iki “gümüş”lə Dünən, 11:29 Füzuli Musayevin məclisində bədbəxt hadisə Dünən, 11:25 Qadın şahmatçılarımız ilk dəfə dünya çempionatında iştirak edəcək Dünən, 11:22 Çempionlar Liqasında təmsilçimiz olmayacaq Dünən, 11:16 Maşallah Əhmədovun oğlu məhkəmənin ədalətinə inanır 26-05-2017, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub 26-05-2017, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir 26-05-2017, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... 26-05-2017, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək 26-05-2017, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi 26-05-2017, 15:38 “Elvin Səfərli futbol adamı deyil” 26-05-2017, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır 26-05-2017, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq 26-05-2017, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır 26-05-2017, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı 26-05-2017, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı 26-05-2017, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı 26-05-2017, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! 26-05-2017, 15:17 Averin 15 aylıq cəzalandı 26-05-2017, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! 26-05-2017, 15:09 Türkiyə ilə bacarmadıq 26-05-2017, 15:07 Millimiz Bolqarıstana uduzdu 26-05-2017, 15:06 Medalsız qaldılar 26-05-2017, 15:05 Minskə beş qrossmeyster gedəcək 26-05-2017, 15:04 AÇ üçün hazırlıq başlayır 26-05-2017, 15:00 Antalyadan altı medalla 26-05-2017, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi 26-05-2017, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması 26-05-2017, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi 26-05-2017, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək 26-05-2017, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? 26-05-2017, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var 26-05-2017, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı 26-05-2017, 13:58 “Baku Fayr”dan çətin qələbə 26-05-2017, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı Bütün xəbərlər
Ən çox oxunanlar