19 mar 23:00yigma

Qurban Qurbanov “Tofiq Bəhramov”u seçdi

Qurban Qurbanov “Tofiq Bəhramov”u seçdi
Yığma oyuna ağ formada çıxacaq
Məlum olduğu kimi, yığma martın 23-də yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Olimpiya stadionunda baş tutacaq matçda rəqib Belarusdu. Artıq millinin baş məşqçisi Qurban Qurbanovun həmin qarşılaşmadan öncəki mətbuat konfransının, eləcə də komandanın açıq məşqinin vaxtı bəllidi. Mütəxəssis martın 22-si, saat 16.00-da Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər önünə çıxacaq. Elə açıq məşq də mərkəzi arenada reallaşacaq və saat 17.15-də start götürəcək. O ki qaldı rəqibə, açıq məşqin və baş məşqçi İqor Kriuşenkonun mətbuat konfransının vaxtı hələ dəqiqləşməyib. Bu haqda məlumat veriləcək.
Yeri gəlmişkən, millimiz sözügedən qarşılaşma üçün forma seçimini edib. AFFA-nın feysbuk” səhifəsinin yaydığı xəbərə görə, təmsilçimiz qarşılaşmaya ağ formada çıxacaq. Adətən, göy və ya qırmızı rənglərə üstünlük verən komandamızın bu seçimi yenilik kimi dəyərləndirilə bilənər.
Onu da qeyd edək ki, saat 20.00-da başlayacaq qarşılaşmanı "CBC Sport" ekranlara daşıyacaq. Belarus Futbol Federasiyasının rəsmi saytı görüşü yerli Milli Dövlət Telekanalının canlı yayınlayacağı haqda xəbər yayıb.
Əslində rəsmi görüş olmasa belə, bu oyuna görə Olimpiya stadionuna getmək üçün yetərincə səbəb var. Ən başlıcası bu Qurbanovun rəhbərliyi altında ilk ev oyunudu. Çalışdırıcı millinin "sükanı arxasında" debütünü yanvarın 30-da etmişdi. Lakin həmin oyun "doğma divarlar" arasında yox, Antalyada gerçəkləşmişdi. Özü də həmin qarşılaşma üçün bir araya gələn yığma tam heyətdə deyildi. Bir sözlə, azarkeşlərin çoxdan gözlədiyi anlardan biridi. İllərlə əcnəbi məşqçilərin milliyə lazımınca can yandırmadığını, AFFA-dan artıq yerli mütəxəssisə güvənməli olduğunu tələb edən fanatlar Belarusla oyunda tribunada yerini tutmalıdı. Hər halda, bu məqam Qurbanov üçün də önəmlidi. Çünki ondan çox şey gözləyən azarkeşləri ilk ev oyununda yanında görməsi mütəxəssis üçün də böyük əhəmiyyət kəsb edir.
Belarusla görüşdə komanda Qurbanovun rəhbərliyi altında ilk ev oyununu keçirəcəyindən, heç şübhəsiz, qələbəyə köklənib. Hər halda, dəvət alanlar özünü yaxşı tərəfdən göstərmək üçün əlindən gələni edəcək. Yığmada əsas heyət üzvünə çevrilməyin başlıca yolu məhz hər bir futbolçunun sərgilədiyi performansdan gedir. Heyətdən söz düşmüşkən, martın 23-də baş tutacaq qarşılaşma həm də çağırılanlar baxımından da maraq doğurur. Yadınızdadısa, Moldova ilə oyun üçün açıqlanan heyət geniş müzakirələrə səbəb oldu. Razılaşaq ki, Qurbanovun həmin vaxtda açıqladığı siyahıda saf-çürük edilməli məqamlar çox idi. Ancaq çalışdırıcının budəfəki seçimi ideala yaxındı. Hətta premyer-liqanın autsayderindən də oyunçu çağırılıb. Deməli, təkcə sırf yığma azarkeşləri yox, həmin klubların fanatları da milliyə biganə olmamalıdı. Yeri gəlmişkən, ötən toplanışda iştirak etməyən legionerlərimiz də bu dəfə düşərgədədi. Hansı ki, onlardan biri ölkəmizi layiqincə təmsil edən Araz Abdullayevdi. Onun da bu gün yığma formasında olarkən azarkeş dəstəyinə ehtiyacı var. Kəsəsi, Millətlər Liqasından AÇ-nin final mərhələsinə adlamağı qarşıya hədəf qoymuşuqsa, həm meydanda, həm də tribunada bu istəyi göstərməliyik. Yoldaşlıq oyunu olsa belə, həmin hədəfə doğru indidən addımlar atılmalıdı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar