U-17-nin heyəti açıqlanıb. Baş məşqçi Ramin Quliyev 24 futbolçuya dəvət göndərib. Matın 18-dən 23-dək Antalyada baş tutacaq təlim-məşq toplanışında bu futbolçular iştirak edəcək: Vüsal Şabanov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Çingiz Məmmədov, Samir Məhərrəmli, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Məhəmməd Əhmədov (Vətən), Danil Mojarovski (“Dinamo”, Moskva/ Rusiya), Mahir Həsənov, Mubariz Sultanov, Emin Məmmədov, Fərid Yusifli, Valeh Qəhramanlı (hamısı “Neftçi”), Nemət Musayev (Kəpəz), Abubəkir İbrahimov (Mahaçqala), Fərid Muxtarov, Samir Abdullayev, İbrahim Novruzov (hamısı “Keşlə”), Mikayıl Kərimli (Zirə), Musa Qurbanlı (Qarabağ), Cəlal Cəbrayılov, Cavidan Abbaszadə (hər ikisi “Sumqayıt”), Elçin Qasımov (Turan).