03 fev 18:44yigma, manset

Almaniya ilə oyunun biletləri artıq kassalarda

Almaniya ilə oyunun biletləri artıq kassalarda
Qətərlə qarşılaşmanın yeri və başlama vaxtı bəllidi

Yığmanın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Almaniya ilə oyununun biletlərinin yanvarın 10-dan etibarən satışa çıxarıldığını bilirsiz. Qeyd edək ki, qarşılaşma martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Oyunun start fiti isə saat 20.00-da səslənəcək. Təxminən 20 gün idi ki, satış onlayn şəkildə aparılırdı. Belə ki, qarşılaşmanı tribunadan izləmək istəyənlər tickets.affa.az saytına daxil olub, bilet ala bilərdilər. Doğrudu, onlayn-satış davam edir. Bununla yanaşı, artıq kassalardan da bilet əldə etmək mümkündü. Öncədən xəbər verildiyi kimi, dünəndən etibarən həmin oyunun biletləri kassalarda da satışa çıxarılıb. Bunun üçün 4 ünvan müəyyənləşdirilib. Azarkeşlər “28 Mall” ticarət mərkəzində, “Sahil” metrosunun yaxınlığındakı “Bakcell Müştəri Xidmətləri” mərkəzində, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və “Park Bulvar” ticarət mərkəzindən bilet əldə edə bilərlər. Xatırladaq ki, azərbaycanlı futbolsevərlərə 6 kateqoriyalı biletlər təklif olunub. VİP-sektora giriş 50 manatdısa, başqa sektorlara qiymətlər 2, 5, 9, 14 və 19 manatdı. Düzdü, daha bir kateqoriya var. Belə ki, 1, 2, 27 və 28-ci sektorlara olan biletlərin qiyməti 20 manatdı. Lakin sözügedən yerlər rəqib azarkeşlər üçün nəzərdə tutulub ki, həmin sektorlara bilet satılmır. Onu da qeyd edək ki, bir nəfər 5-dən artıq bilet əldə edə bilməz və 5 bilet aldıqda şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidi. Bu isə “qara bazar”ın qarşısını almaq üçün atılan addımdı.
Yığmadan söz düşmüşkən, Robert Prosineçkinin yetirmələrinin martda yoldaşlıq oyununda qüvvəsini sınayacağını xəbər vermişdik. Belə ki, AFFA sınaq görüşü üçün Qətər Futbol Assosiasiyasına müraciət edib və ilkin razılıq əldə olunub. Təbii, Almaniya ilə oyun ərəfəsində belə rəqiblə qarşılaşmağın yığmaya hansı faydanı verəcəyini anlamaq çətindi. Çünki bundestimlə Qətəri müqayisə edərkən, bu komandaların çıxışı arasında yaxın-uzaqdan əlaqə tapmaq elə də asan iş deyil. Ancaq heç olmamaqdansa, yoxlama matçının təşkili yaxşıdı. Hazırda bu komanda FİFA reytinqində bizdən 5 pillə öndə, 85-ci sırada qərarlaşıb. Qeyd edək ki, sözügedən qarşılaşma martın 9-da keçiriləcək. Artıq həmin matçın başlama saatı və stadionu müəyyənləşib. Bu haqda informasiya Qətər Futbol Assosiasiyasının rəsmi saytında yer alıb. Həmin məlumata görə, qarşılaşma Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionda oynanılacaq. Matç yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə saat 20.00) başlayacaq. Bu görüş Qətər yığmasının martın 23-də İran və 28-də Özbəkistanla keçirəcəyi DÇ-2018-in seçmə mərhələ matçlarına hazırlıq xarakteri daşıyacaq. Qeyd edək ki, Şeyx Cassim ibn Hamad adına stadion 15 min tamaşaçı tutumuna malikdi. Burda yığma ilə yanaşı, klublardan “Əl-Sadd” da ev oyunlarını keçirir. Təbii örtüklü stadion 1974-cü ildə tikilib, bir il sonra açılışı olub, 2009-10-cu illərdə isə yenidənqurma işləri aparılıb.
Ötən ildən Qətərin əsas komandasını çalışdıran Xorxe Fossati yığmamızla oyun haqda danışıb. Uruqvaylı mütəxəssis millimizlə yoldaşlıq görüşünün çətin olacağını bildirib: “Rəqib bizimlə müqayisədə fiziki oyuna üstünlük verən komandadı. Ona görə də bizi çətin oyun gözləyir. İran və Özbəkistana qarşı rəsmi matçlardan öncə Azərbaycan millisi ilə qarşılaşmaq bizim üçün önəmlidi”.
Sonda daha bir informasiyanı diqqətinizə çatdıraq. Belə ki, DÇ-2018-in seçmə mərhələsində millinin rəqiblərindən olan Norveçin yeni baş məşqçisi bəlli olub. Belə ki, “sükanı arxasına” Lars Laqerbek gətirilib. O, Per-Matias Hoqmonun istefasından sonra boş qalmış postu tutub. İsveçli mütəxəssislə 3 illik müqavilə imzalanıb. Artıq 68 yaşlı çalışdırıcı “Ullevol” stadionunda ictimaiyyətə təqdim olunub. Qeyd edək ki, seçmə mərhələdə geridə qalan 4 turdan sonra 3 xal toplayan Norveç qrupda 5-ci yerdə qərarlaşıb. Yığma bu rəqiblə oktyabrın 8-də Bakıda keçirilən görüşdə minimalhesablı (1:0) qələbəyə sevinmişdi. Maksim Medvedevin qolu milliyə 3 xal qazandırmışdı. Prosineçkinin komandasının Norveçlə cavab matçına sentyabrın 1-də səfərdə çıxacağını da qeyd edək.
Lars Laqerbekə gəlincə, təcrübəli mütəxəssis 2000-09-cu illərdə İsveçin baş məşqçisi kimi məşhurlaşıb. 2010-da Nigeriyanın əsas komandasını çalışdırsa da, burdakı işi uzun sürməyib. Laqerbekin son iş yeri İslandiya olub. 2011-16-cı illərdə bu yığmanı çalışdıran isveçlinin komandası son Avropa çempionatında 1/4 finala qədər irəliləməklə hər kəsi təəccübləndirməyi bacardı.
Bu arada Laqerbek yeni işi ilə bağlı düşüncələrini dilə gətirib: “Norveç yığması gənc və təcrübəli futbolçuların vəhdətindən formalaşıb. Mənim üçün əsas nəticədi. Bu üzdən əlimizdəki materialdan düzgün istifadə etməliyik. Biz Norveç millisinin 90-cı illərdə oynadığı futbolu sərgiləməyəcəyik. Yeni bir oyun ortaya qoymalıyıq. Seçmə mərhələdə çox ağır qrupda yer almışıq, hazırki vəziyyət heç də yaxşı deyil. Buna baxmayaraq, pley-offa vəsiqə qazanmaq şansımız hələ də qalır. İstəyirəm ki, köməkçilərimin arasında yerli, futbolçuları tanıyan məşqçi də olsun”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Oqtay Atayev fenomeni… 17:52AFFA rəhbərliyi Foqtsu əsəbiləşdirirmiş... 17:49“Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və ev veriləcək” 17:48Böyük ajiotaj və gözlənilən xəyal qırıqlığı 17:39Yiğma üzvlərinin qiymətləndirməsi 17:35Orsato kapitanımızı bağışladı 15:25Löv yığmamızı təriflədi 15:24Nəyə ümid edirdik, nə oldu… 15:17“Turan Tovuz” 1:1 itirir 15:14Saxta profil tanınmış hakimi gülməli vəziyyətə saldı 15:11Şakir Eminbəylinin təklifi “atışmaya” səbəb oldu 15:11“Qəbələ” rəsmisi PFL-i qınadı 15:09ABŞ-da yaşayan Bakıəsilli yəhudi Banişevskini yad etdi 15:06Zaur Suxumidə sevindi 15:04İslam Həmrəyliyi Oyunlarına 20 min bilet satılıb 15:02Rəşad Sadıqov: “Bu gün daha çox azarkeşləri sevindirə bilmədiyimizə görə məyusam” 15:00“Neftçi”də zədə sindromu 13:42Qriqorçuk Sadiqovsuz çətin olduğunu etiraf etdi 13:40Yetirmələrinin oyunu Kamran Əlibabayevi bezdirib 13:36Təqvim “Qəbələ” üçün ağır görünsə də... 13:34“Heydər Əliyev kuboku”na 8-10 komandanın qatılacağı planlaşdırılıb 13:32Bundestim hava limanına yığışan tərəfdarlarını məyus etdi 13:30Ümid verən 5 məqam 13:2826 mart lənətinə son qoyun! 13:26Foqts Elxan Məmmədovla görüşdü 13:24Biro Jade çempion kimi ilk müsahibəsini “Futbol+”ə verdi 13:22“Araz” çempion oldu! 13:16Yığma, yoxsa “Niyə də yox?!” komandası? 13:12Olimpiya çempionu güləşçimizi təriflədi 13:10“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37 Bütün xəbərlər
Ən çox oxunanlar