04 mar 15:36yigma

Yığmaya Rusiya və Almaniyadan futbolçu dəvət olunacaq

Yığmaya Rusiya və Almaniyadan futbolçu dəvət olunacaq
U-18-in növbəti toplanışı maya planlaşdırılıb
Yanvarda bütün millilərin toplanışı oldu. Yeni baş məşqçilər onlara həvalə olunan yığmaları gözdən keçirdi. Bu ay isə U-21 rəsmi oyunlar keçirəcək, əsas yığma yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Rəşad Sadıqovun komandası martın 22-də səfərdə Kosovo, 27-də isə İrlandiya ilə münasibətləri aydınlaşdıracaq. Qurban Qurbanovun rəhbərlik etdiyi əsas milli martın 23-də evdə Belarusla, 27-də Antalyada Makedoniya ilə yoxlama matçında üz-üzə gələcək. Digər yığmaların planlarını isə baş məşqçilərdən öyrəndik. U-17-nin çalışdırıcısı Ramin Quliyevlə danışa bilməsək də, Vüqar Məmmədlə Zaur Həşimov suallarımızı cavabladı.
Vüqar Məmməd (U-19): “Bu ayın 16-da Bakıda təlim-məşq toplanışına start verəcəyik. Hazırlıq prosesi 10 gün davam edəcək. Rusiya ilə iki yoldaşlıq oyunu keçirəcəyik. Ayın 22-si və 25-də bu rəqiblə sınaq görüşü planlaşdırmışıq. Toplanışa yeni oyunçular cəlb olunacaq. Ölkə xaricində top qovan azərbaycanlı uşaqlarla danışmışıq, onları da dəvət etmək fikrindəyik. Almaniyada, Rusiyada top qovanlar var. Böyük həcmli toplanış olacaq. Deməzdim ki, bizdə oyunçu yoxdu. Əlbəttə, var. Bu yaş üzrə Gənclər Liqası da keçirilir. Bu liqada özünü yaxşı tərəfdən göstərən oyunçular var ki, əvəzedicilərin çempionatında da çıxış edirlər. Bəziləri hətta ara-sıra əsas komandanın heyətində də şans qazanır. Sadəcə, oyunçulardan bəzilərinə fərdi yanaşma olmalıdı. Əsasən də bu klubda olmalıdı. Çünki milliyə futbolçular hazır gəlməlidi. Bu futboçuların potensialını daha da açmağımız üçün fərdi yanaşma mütləqdi”.
Zaur Həşimov (U-18): “Bizim toplanış maya planlaşdırılıb. Həmin hazırlıq prosesində qışda sərəncamımızda olan heyət olmayacaq. Özü də böyük sayda dəyişikliklər olacaq. Planlaşdırmışam ki, avqusta kimi bütün toplanışları seleksiya xarakterli edim. Bu yaş qrupuna uyğun bütün futbolçuları dəvət etmək fikrindəyəm. Təkcə meydanda yox, toplanış zamanı onların özlərini necə aparmalarını, nizam-intizamı görmək istəyirəm. Avqusta kimi belə davam edəcəyik. Həmçinin bizim komandanın bir neçə üzvü U-19-da olacaq. 7-8 nəfər belə namizədimiz var. Yekun komandanı müəyyənləşdirməyi sentyabr-oktyabr ayına planlaşdırmışam. Bundan başqa, Rusiyada bir neçə həmvətənimiz var. Onlarla bu dəqiqə əlaqədəyik. Toplanışa onları da çağıracağıq. Bu yaş qrup elədi ki, bu gün hansısa futbolçunu bəyənmirsən, amma sabah o digərlərini istər fiziki hazırlıqda, istərsə də ustalıq səviyyəsində keçir. Ona görə də bu gün üçün konkret heyətimiz yoxdu. Bir sıra namizədlər var ki, həm oyununa, həm də insani keyfiyyətlərinə görə özlərinə hörmət, yığmada yer qazanıblar”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Bu gün, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Bu gün, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Bu gün, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Bu gün, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Bu gün, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Bu gün, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Bu gün, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib Bütün xəbərlər
Ən çox oxunanlar