29 yan 17:31yigma, manset

AFFA Renat Dadaşovu yığmaya gətirdi

AFFA Renat Dadaşovu yığmaya gətirdi
Qurumun “feysbuk”dakı anonsunu məsxərəyə qoydular

Yığmaya daha bir futbolçu cəlb olunub. Belə ki, Almaniyada yaşayan Renat Dadaşov bundan sonra millinin şərəfini qoruyacaq. Əslən azərbaycanlı olan hücumçu əvvəllər ölkəmizin U-15 millisində çıxış edib. Daha sonra bundestimin eyni yaş qrupunda oynamağa qərar verən Dadaşov ardınca həmin ölkədə U-16 və U-17-nin formasını geyib. Dadaşov ötən il Bakıda keçirilən Avropa çempionatının final mərhələsində də iştirak edib. O, sözügedən yarışda 3 qol vurmuşdu. Özü də Renatın oyunu hər kəs tərəfindən yüksək qiymətləndirilirdi. Hətta vaxtilə onu U-15-də saxlaya bilməyən məşqçilər də tənqid olunurdu.
AFFA-nın saytında yer alan xəbərdə deyilir ki, futbolçu bu yaxınlarda assosiasiyaya müraciət edərək, yenidən millimizdə oynamaq istədiyini qeyd edib. Bununla bağlı AFFA Almaniya Futbol İttifaqına sorğu göndərib. Cavabda bildirilib ki, Renat bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb. Ardınca AFFA onun müvafiq qaydada millidə çıxış etməsinə razılıq almaq üçün FİFA-ya müraciət ünvanlayıb. Ali futbol qurumu bu müraciəti müsbət cavablayıb. FİFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya göndərdiyi məktubda futbolçunun assosiasiyasını dəyişməsi təmin olunub. Hücumçu qərarı aldığı tarixdən etibarən yığmada oynamaq hüququ qazanıb.
Diqqəti çəkən məqam budu ki, AFFA futbolçunun, Dadaşov isə assosiasiyanın ona müraciət etdiyini deyir. Maraqlıdı ki, Renat məhz Almaniyaya qarşı oyunda əsas komandanın heyətində debüt edə bilər. Həmin oyunun martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini də xatırladaq.
Bir neçə gün öncə Frankfurt “Ayntraxt”ı ilə müqavilə imzalayan Dadaşov bu klubun U-19 komandasında oynayacaq. Bunadək isə o “Leyptsiq”in şərəfini qoruyurdu. Üçillik ayrılıqdan sonra yenidən Frankfurta dönən 18 yaşlı forvard bundesliqa təmsilçisi ilə ilyarımlıq müqavilə imzalayıb. Qeyd edək ki, Renatın qardaşı Rüfət də yığmamızda çıxış edib. O, millidə 16 matçda 4 qol vurmuşdu. Berti Foqtsun dönəmində əsas komandanın şərəfini qoruyan Rüfət hazırda Robert Prosineçkidən dəvət almır. Onu da bildirək ki, Renata qədər Almaniya futbolunun 9 yetirməsi komandamızın formasını geyib. Bu 9 legioner ümumilikdə yığmada 74 oyun keçirib və 5 qol vurub. Onlar arasında rekordçu Cihan Özkaradı. Belə ki, 18 qarşılaşmaya çıxan Özkaranın hesabında 1 qol var.
Daha bir maraqlı məqam isə AFFA-nın “feysbuk” profilində bir gün öncə “dostlar, sabah saat 11.00-da sizə çox gözəl xəbər verəcəyik, səhifəmizi izləyin” anonsunun verilməsi idi. Belədə səhifənin izləyicilərindən biri haqlı olaraq, “elə bil maqazin proqramıdı, az sonra, bir azdan” şəklində münasibətini ortaya qoyub. Təbii, bununla quruma məxsus səhifə özünü gülməli duruma salıb. İzləyicilərin şərhlərinə nəzər salmaq kifayətdi: “Vaqif “Real”a transfer edilir?”, “Almaniya bizimlə oyundan imtina edib yüz faiz”, “Rəhim Həsənov hakimlikdən uzaqlaşdırılır?”, “Daşdəmirov futbolu buraxır?”, “Biletlərin qiymətinə vergilər əlavə olundu”, “Əfran qapıçı olacaq?”, “Berti Foqts qayıdır?”, “Mahir Şükürovu “Barselona” alıb”, “Azərbaycan futbolunda topu yığışdırıblar”, “Almaniya bizimlə oyuna 3-cü heyətlə çıxacaq”, “Milli ləğv edilir?”, “Dollar ucuzlaşdı?”...
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar