29 yan 17:15yigma, manset

AFFA Prosineçkinin menecerini yalançı çıxardı

AFFA Prosineçkinin menecerini yalançı çıxardı
Nərimanoğlu: “Belə məsələlərdə müəyyən olunmuş prosedur qaydaları var”

Millinin baş məşqçisi Robert Prosineçki ilə “Bursaspor” arasında gedən danışıqlarda iştirak edən xorvat mütəxəssisin meneceri Yaşar Çalışır Bakıda olduğu müddətdə sportinfo.az saytının əməkdaşı ilə söhbətləşib. Yaşar bəy müsahibəsində AFFA rəsmiləri ilə görüşə bilmədiklərini deməklə yanaşı, xorvat çalışdırıcının Rövnəq Abdullayevlə söhbətinin detallarını açıqlayıb: “AFFA rəhbərliyini heç tapa bildik ki…Biz gəldik, hamısı o dəqiqə pərən-pərən düşdü. Sonra öyrəndik ki, baş katib İsveçrəyə, UEFA-nın tədbirinə gedib. Başqalarını da axtardıq, biri əlaqəyə çıxmadı. Özümə də çox qəribə gəldi ki, bunlar bir günün içində hara yox oldular. Prosineçki telefonla tez-tez Aydın adlı şəxslə danışırdı. Öncə elə zənn etdim ki, Aydın AFFA rəhbərlərindən biridi. Sən demə, Robert tərcüməçi ilə danışırmış. Millinin baş məşqçisi AFFA başqanı ilə görüşüb. Çox çəkməyib, 5-10 dəqiqə. Başqan Robertə deyib ki, bu məsələni müzakirə etməyə gərək yoxdu, səni buraxmırıq, vəssalam!”
Yaşar bəy Prosineçkinin AFFA ilə müqaviləni birtərəfli qaydada pozacağı halda, assosiasiyanın UEFA və FİFA-ya şikayət edəcəyini, üstəlik, xorvatın 2 milyon avro təzminat ödəmək məcburiyyətində qalacağını da söyləyib.
Bütün dünya azərbaycanlıları qonaqpərvər xalq kimi tanıyır. İllər boyunca formalaşan adətimizə görə hətta düşmən belə qonaq statusu ilə qapını açıb içəri keçibsə, ona evin ən rahat yerində əyləşmək təklif olunur, süfrəyə ən ləziz yeməklər düzülür. Gələn qonaq gecə qalası olsa, ev yiyəsi yorğan-döşəyin ən yaxşısını onun altına-üstünə sərir ki, narazılıq olmasın. Ancaq Çalışırın sözlərindən belə belə başa düşmək olar ki, AFFA rəsmilərinin onları qəbul etməməsi xətirlərinə dəyib. Yaşar bəy ironiya ilə “pərən-pərən düşdülər, başqalarını axtardıq, heç kim əlaqəyə çıxmadı” deməklə bir növ Elxan Məmmədovu və baş katibi olduğu qurumu aşağılamağa çalışıb.
Türk agentin söylədiklərinin nə dərəcədə həqiqət olduğunu aydınlaşdırmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq: “Bununla bağlı Elxan müəllim mətbuata açıqlama vermişdi. O görüş üçün keç kimin müraciət etmədiyini söyləyib. “Bursaspor” təmsilçiləri Bakıda olduqları zaman Elxan müəllim ölkədə idi. Bildiyimə görə, onlar iki-üç gün burda olublar, ancaq görüş üçün bizimlə heç kim əlaqə saxlamayıb. Bir də ki belə məsələlərdə müəyyən olunmuş prosedur qaydaları var. Əvvəlcə görüşmək istəyən tərəf müraciət edir, sonra isə vaxt təyin olunur. Onların kiminlə əlaqə saxladıqları, görüş üçün kimə müraciət etdikləri bizə məlum deyil. Yaşar bəy Prosineçkinin Rövnəq Abdullayevlə görüşüb-danışdığını da söyləyib. Bu məlumatı hardan aldığı mənə qaranlıqdı. Bizdə bu görüşlə bağlı heç bir informasiya yoxdu. Biz bilmiriksə, türkiyəli dostumuz bu xəbəri hardan əldə edib?”
Yaşar Çalışırın “Prosineçki AFFA ilə müqaviləni birtərəfli qaydada pozacağı halda 2 milyon avro təzminat ödəməlidi” açıqlaması da diqqətimizdən yayınmadı. Görəsən, assosiasiya ilə xorvat mütəxəssis arasında imzalanan müqavilədə bununla bağlı şərt var, yoxsa bu məbləğ də uydurmadı? Mikayıl bəy məsələyə belə reaksiya verdi: “Biz Prosineçki ilə yolları ayırmırıq ki, təzminat məsələsini də gündəmə gətirək. Bu söz-söhbət ortaya çıxan ilk gündən mövqeyimiz bəlli idi. Açıq-aydın bildirdik ki, baş məşqçisi müqavilə müddətinin sonuna kimi yığmanın “sükanı arxasında” olacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar