27 yan 21:47yigma

U-21-in rəqibləri bəlli oldu

U-21-in rəqibləri bəlli oldu
İsraillə başlayıb Norveçlə bitirəcəyik

Xəbər verdiyimiz kimi, dünən 21 yaşadək futbolçular arasında keçiriləcək AÇ-2019-un seçmə mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində təşkil olunan tədbir Bakı vaxtı ilə saat 12.00-da başlayıb. Püşk ərəfəsində 54 yığma 9 qrupa bölünüb ki, səbətlərin tərkibi haqda qəzetimizin ötən sayında bilgi vermişdik. Yeri gəlmişkən, dünənki tədbirə U-21-in baş məşqçisi Yaşar Vahabzadə də qatılıb.
Final mərhələsi İtaliyada keçiriləcək qitə çempionatındakı rəqiblərə gəlincə, 5-ci qrupda yer alan millimiz Almaniya, İsrail, Norveç, İrlandiya və Kosovo ilə mübarizə aparacaq.
1-ci qrup: Çexiya, Xorvatiya, Yunanıstan, Moldova, Belarus, San-Marino.
2-ci qrup: İspaniya, Slovakiya, İslandiya, Albaniya, Estoniya, Şimali İrlandiya.
3-cü qrup: Danimarka, Polşa, Finlandiya, Gürcüstan, Litva, Farer adaları.
4-cü qrup: İngiltərə, Hollandiya, Ukrayna, Şotlandiya, Latviya, Andorra.
5-ci qrup: Almaniya, İsrail, Norveç, İrlandiya, AZƏRBAYCAN, Kosovo.
6-cı qrup: İsveç, Belçika, Türkiyə, Macarıstan, Cənubi Kipr, Malta.
7-ci qrup: Serbiya, Avstriya, Rusiya, Makedoniya, Ermənistan, Cəbəllütariq.
8-ci qrup: Portuqaliya, İsveçrə, Rumıniya, Uels, Bosniya və Hersoqovina, Lixtenşteyn.
9-cu qrup: Fransa, Sloveniya, Monteneqro, Bolqarıstan, Qazaxıstan, Lüksemburq.
Püşkü dəyərləndirsək, yığmamızın bəxtinin gətirmədiyini deyə bilərik. Düzdü, sonuncu səbətdə yer alan Kosovo aşkar autsayderdi və bu rəqibdən hər iki oyunda 3 xal almaq mümkün olacaq. Əslində bu ölkə Azərbaycan tərəfindən tanınmasa da, hələ 2016-cı ilin mayında AFFA rəsmən bəyan etmişdi ki, FİFA və UEFA-nın üzvü olan ölkə ilə rəqib olsaq, matçlar baş tutacaq. Yeri gəlmişkən, artıq futzalda (Araz) bu ölkə təmsilçisiylə (Feniks) UEFA kubokunda qarşılaşmışıq.
Son AÇ-də də eyni qrupda yer aldığımız Almaniya, həmçinin İsrail və Norveç isə öz səbətlərində ilk sıralarda yer alan komandalardı. Amma almanlar istisna olmaqla, bu iki rəqib, eləcə də adı D səbətindən çıxan İrlandiyayla döyüşmək olar. Bu rəqiblərin hamısıyla (üçü ilə 4, biri ilə 2 dəfə) əvvəllər qarşılaşmışıq. Onlardan ən arzuolunmazı Almaniyadı. AÇ-2006 və AÇ-2017-də qarşılaşdığımız bundestim komandalarımıza xal verməyib. Bu matçlarda təsəllimiz cəmi 1 qol olub.
İsrail və Norveçlə isə 4 matçda 1 qələbə və 3 məğlubiyyət qeydə alınıb. Hər iki qələbə də əlamətdar olub. Skandinaviyalılarla səfərdə reallaşan 3:1 hesablı qələbə də, israillilərə Bakıda vurulan 3 cavabsız qol da bir sıra ilklərlə əlamətdar olub. İlk dəfə səfərdə 3 qol vurub və 2 top fərqilə qalib gəlmişik. Yeganə böyükhesablı qələbəmiz məhz israillilər üzərində olub.
İrlandiya ilə görüş isə kuryoz hadisəylə yadda qalıb. 11 il əvvəlki seçmə mərhələyə düşmək üçün pley-offda oynayan komandamız məşqçilər korpusunun səhlənkarlığı ucbatından yarışla erkən vidalaşdı. Bakıdakı ilk matçda cəzalı futbolçunun meydana çıxması səbəbindən yığma texniki məğlubiyyət aldı.
Almaniya – 4 oyun, 0 xal
08.10.2004. Azərbaycan – Almaniya 0:2
02.09.2005. Almaniya – Azərbaycan 2:0
08.09.2015. Azərbaycan – Almaniya 0:3
13.11.2015. Almaniya – Azərbaycan 3:1

İsrail – 4 oyun, 3 xal
15.11.1994. Azərbaycan – İsrail 1:2
10.10.1995. İsrail – Azərbaycan 4:0
08.09.2013. İsrail – Azərbaycan 7:2
03.09.2014. Azərbaycan – İsrail 3:0

İrlandiya – 2 oyun, 0 xal
11.05.2006. Azərbaycan – İrlandiya -:+
18.05.2006. İrlandiya – Azərbaycan 3:0

Norveç – 4 oyun, 3 xal
06.10.2011. Azərbaycan – Norveç 0:2
01.06.2012. Norveç - Azərbaycan 1:0
10.10.2013. Norveç – Azərbaycan 1:3
01.06.2014. Azərbaycan – Norveç 0:1
Qeyd edək ki, seçmə oyunlar martda başlayacaq. Artıq püşkatmada iştirak edən nümayəndələr təqvimi razılaşdırıb. U-21 ilk oyununu avqustun 31-də səfərdə İsrailə qarşı keçirəcək. Son rəqib isə gələn il oktyabrın 16-dakı səfər matçında Norveç olacaq.
2017-ci il
31 avqust
İsrail – Azərbaycan

5 sentyabr
Azərbaycan – İrlandiya

6 oktyabr
Almaniya – Azərbaycan

9 noyabr
Azərbaycan – Almaniya

14 noyabr
Azərbaycan – Kosovo

2018-ci il
22 mart
Kosovo – Azərbaycan

27 mart
İrlandiya – Azərbaycan

6 sentyabr
Azərbaycan – İsrail

11 sentyabr
Azərbaycan – Norveç

16 oktyabr
Norveç – Azərbaycan
Qeyd edək ki, seçmə mərhələdə qrup qalibi olan komandalar birbaşa AÇ-2019-a vəsiqə qazanacaq. İkinci yerin sahibləri arasında ən yaxşı nəticəyə malik 4 komanda pley-offda son iki vəsiqənin sahibini müəyyənləşdirəcək. İtaliyanın da qatılacağı turnirdə 12 yığma mübarizə aparacaq. Pley-off mərhələsinin görüşlərinin də vaxtı bəllidi. Qrup ikincilərinin qatılacağı matçlar 2018-ci il noyabrın 12-20-də baş tutacaq.
MİRAĞA
Yeri gəlmişkən…
Avropa çempionatının final mərhələsini qəbul edəcək stadionların siyahısı müəyyənləşib. Yarışın əsas ev sahibi İtaliya olsa da, San-Marino da həlledici mərhələnin görüşlərini qəbul edəcək. Hətta turnirin oyunlarını qəbul edəcək 6 stadiondan ikisi “cırtdanlar”a məxsusdu. Bir sözlə, yarışı İtaliya yox, İtaliya və San-Marinoda keçirilən AÇ kimi də qələmə vermək olar. Amma bir məqam da var ki, yalnız İtaliya seçmə mərhələdən azaddı. “Skuadra adzurra” final mərhələsinə meydan sahibi kimi qatılmaq hüququ qazanıb. “Cırtdanlar” isə bunun üçün Çexiya, Xorvatiya, Yunanıstan, Moldova və Belarusla mübarizə aparmalıdı.
Bu isə o deməkdi ki, AÇ meydan sahiblərindən biri olmadan baş tutacaq. Çünki san-marinolular üçün bu “altılığ”ı “ölüm qrup”u da saymaq olar.
Final mərhələsi Bolonyanın “Stadio Renato dell Ara”, Reco-Emiliyadakı “Mapei Stadium”, Çezenadakı “Stadio Dino Manuzzi” və Udinedeki “Stadio Friuli”, həmçinin San-Marinodakı “San-Marino Stadium”da baş tutacaq. Bundan başqa, San-Marinonun Doqana şəhərində də yeni arena inşa olunur.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar