09 fev 13:32yigma

Yığmamızı evə kötəkləyib yola saldılar

Yığmamızı evə kötəkləyib yola saldılar
AÇ-2018
Final mərhələsi, 1/4 final
Portuqaliya - Azərbaycan 8:1 (5:1)

Portuqaliya: 12. Andre Souza, 6. Pedro Kari, 7. Bruno Koelyo, 9. Joao Matos, 10. Rikardinyo (k); 1. Bebe, 14. Viktor Uqo, 2. Andre Koelyo, 3. Tunya, 4. Nilson Migel, 5. Fabio Sesilio, 8. Marsio Moreyra, 11. Pani Varela, 13. Tyaqo Brito.
Baş məşqçi: Xorxe Braz.
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tyaqo, 5. Fineo, 6. Eduardo, 13. Qallo; 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassura, 14. Vitali Borisov, 11. Xətai Bağırov, 18. Namiq Məmmədkərimov.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: Qallo, 1 (0:1). P.Kari, 3 (1:1). P.Varela, 6 (2:1). P.Varela, 10 (3:1). Rikardinyo, 11 (4:1). Rikardinyo, 20 (5:1). B.Koelyo, 25 (6:1). Rikardinyo, 27 (7:1). Rikardinyo, 32 (8:1).
Vərəqə: X.Bağırov, 35 – sarı.
Hakilmlər: Andrey Çernı (Çexiya), Saşa Tomiç (Xorvatiya), Kamil Çətin (Türkiyə).
Hakim-inspektor: Galan Nyeto Pedro Anxel (İspaniya).
UEFA nümayəndəsi: Hauge Kim Milton (Norveç).
6 fevral. Lyublyana. Arena Stojiçe.
Futzal yığmamız Avropa çempionatında mübarizəni dayandırdı. Həm də fiaskoyla üzləşərək. Portuqaliya 54-cü saniyədə hesabda geri düşdüyü oyunu darmadağınla bitirdi. Əslində Qallonun fərqləndiyi epizodda da qolu bizə rəqib qapıçı “bağışlamışdı”. Cəmi dəqiqəyarım sonra tarazlığı bərpa edən, fasiləyə qədər isə hesabı 5:1-ə çatdıran pireneylilər sonda 7 top fərqli qələbəylə yarımfinala adladı. Alesionun qapıçını meydan oyunçusu ilə vəzləməsi və buraxılan qollardan yarısının bu zaman qeydə alınması texniki məsələdi, ciddi önəm kəsb etməyən detaldı. Portuqaliya 4x4-ə də bizimkiləri sürüyürdü. Rəqibin Avropa çempionatına fırtına kimi başlaması, 12 komanda arasında maksimum nəticə göstərən yeganə iştirakçı olması faktdı. Amma bu da yığmamızın uğursuzluğunu şərtləndirən əsas səbəb deyil. Biz türklər demişkən, “skor yazarı” yox, “spor yazarıyıq”, ona görə də əsl səbəblərdən danışmalıyıq.
Səviyyə düşüb
Futzal reytinqində neçənci pillədə qərarlaşmışıqsa, real gücümüz, səviyyəmiz də odu. 10 ildi Avropada 7-8-ci, dünyada 10-12-ci yerlərdə var-gəl edirik. Macarıstandakı qitə birinciliyindən bu yana ciddi inkişaf yoxdu. Etiraf etməliyik ki, son illər əlcək kimi dəyişdiyimiz, artıq hesab-kitabını itirdiyimiz braziliyalılar da bizə kömək edə bilmir. Dünyanın dörd bir yanına səpələnən, hətta Rusiya, İtaliya kimi nəhənglərin, bu gün finala vəsiqə üçün mübarizə aparacaq Qazaxıstanın da heyətinə yol tapan “sambaçıları”n səviyyəliləri bizə yox, futzal ənənələri və çempionatı güclü olan ölkələrə üz tutur. Uzağa getməyək, Qazaxıstanın “milliləşdirilən” oyunçuları klubunda 10-20 min maaşa top qovur. Bizimkilər isə bunun yarısından da az məvacibə baş girələyir. Aldıqlarının qarşılığını da verirlər, çempionatda “Araz”ın qarşısında duran yoxdu. Yığma isə tam başqa səviyyədi. Zaur Axundov “Keşlə”yə rəhbər keçəndən sonra futzal klubundakı legionerlərin sayını azaltdı, Qabrieli, Maykonu, Vilelanı saxlamağa imkanı çatmadı. İndi “Araz”da Tyaqo, Eduardo və Qallo qalıb...
Fiziki problem var
Yığma Avropa çempionatına hazırlıqsız getmişdi. Baxmayaraq ki, dekabrda və yanvarda iki toplanış keçildi, Rusiya, İran və Qazaxıstan kimi güclü komandalarla 5 yoldaşlıq görüşü təşkil olundu. Amma burda diqqət yetiriləsi bir məqam var: İsfahan turnirinə heç də əsas oyunçuların hamısı aparılmamışdı. Vassura, Fineo və Vitali o vaxt düşərgədə deyildi.
Gücsüzlük barədə mülahizəmizə gəlincə, komanda qısa müddətdə ardıcıl keçirdiyi qarşılaşmalarda çətinlik çəkir. İranla Bakıdakı ilk yoxlama oyununda normal mübarizə aparan və uduzmayan futzalçılarımız ertəsi qaça bilmirdi. AÇ-də də Fransanı bütün komponentlərdə üstələdik, ispanlarla görüşdə olan-qalan güc də sərf edildi. Belədə Portuqaliya kimi sürətli komanda qarşısında “ağ bayraq qaldırmalı” olduq.
Alesionun kaprizləri
Millimizin AÇ-yə hazır getməməsinin əsas səbəbkarı Joze Alesio da Silvadı. Daha doğrusu, xarakterindəki problemləri məşqçini yaxından tanıyan hər kəs bilir. Başlıca mərəzi eqoistlikdi, bu daha çox yerli oyunçulara qarşı münasibətdə özünü göstərir. Digər tərəfdən, həddən artıq təkəbbürlüdü. Adi bir nümunə: İsfahan turnirinə bir həftə sonra Azərbaycanı tərk edəcək braziliyalıları aparmağın nə mənası vardı? Bilirdi ki, Zaur Axundov Qabriellə Vilelanın “qələmini qırıb”, onlar tezliklə yola salınacaq. Ancaq onları, eləcə də pasportu olmayan Maykonu beynəlxalq turnirə apardı. Axı, o turnir AÇ-yə hazırlığın bir mərhələsi sayılırdı. Beləliklə, Futzal Federasiyasının təşkilatçılığı natamam oldu, istənilən effekt əldə olunmadı. Səbəb nə idi? Alesio nəyin bahasına olur-olsun, ondan imtina edən Qazaxıstana uduza bilməzdi... Braziliyalı mütəxəssis yerli futzalçılarla işləməyə həvəs göstərmir. Daha bir bariz nümunə: “Terek”in əvəzedicilərinin kapitanı olan gənc Ramil Quliyevi bəh-bəhlə “Araz”a gətirdilər, ehtiyat oyunçular skamyasında əyləşməkdən bezib qaçdı Rusiyaya. Halbuki istedadlı gənc idi və müdafiədə Rizvan Fərzəliyevi əvəzləməliydi.
Çıxış yolu?
Alesionu göndərmək! Çünki o həmişə hazır komanda ilə işləməyi sevir. İndiki məqamda maliyyə yoxdu, heç legionerlərə bir ətək pul töküb gətirmək də lazım deyil. Çünki yaxın perspektivdə beynəlxalq yarış yoxdu. UEFA İcraiyyə Komitəsinin ötən ilin martında keçirilən iclasında futzalla bağlı dəyişiklikləri islahatlar həyata keçirməyimiz üçün yaxşı fürsətdi. Belə ki, növbəti Avropa çempionatı 2 yox, 4 ildən sonra - 2022-dən və yeni formatda baş tutacaq. İndiyə qədər final mərhələsi iki ildən bir və 12 komandanın iştirakı ilə keçirilirdi. Yenilik isə bundan ibarətdi ki, 2022-ci ildən iştirakçı sayı artırılacaq və 16 komandaya çatdırılacaq. Ümumiyyətlə, bundan sonra qitə çempionatı 4 ildən bir təşkil olunacaq. DÇ-2020-nin seçmə mərhələsinin oyunlarına isə bir ildən çox vaxt var. Futzal Federasiyası nəsildəyişmə prosesinə start verməli, çempionatda gənclərə meydan açmalıdı. Yəqin ki, növbəti DÇ-yə və ya AÇ-yə o vaxt 40-41 yaşı olacaq Rizvan Fərzəliyev və ya kapitandan 3 yaş “cavan” Vitali Borisovla yollanmaqla dünyanı özümüzə güldürmərik. Sloveniyadakı yarış onlar üçün son qitə birinciliyi olmalıdı.

Reaksiyalar
Joze Alesio da Silva: “Oyuna yaxşı başladıq. Hətta erkən qol vurduq. Ancaq sonra ardıcıl 2 səhvə yol verdik və rəqib hər iki epizoddan düzgün istifadə etdi. Bundan sonra səhvlər bir-birini təkrarladı. Xüsusilə də oyunun birinci hissəsində səhvlərin qarşısını ala bilmədik. Müdafiə xəttimiz çox zəif çıxış etdi. Ola bilsin, buna İspaniya ilə matçda çox güc sərf etməyimiz və yorğun olmağımız da təsir etdi. Çünki hazırlaşmaq üçün çox az vaxtımız var idi. Portuqaliya millisinin təbrik edirəm, onlar həqiqətən yaxşı oynadılar”.
Xorxe Braz: “Zəlzələdən yaxşı qurtulduq. Azərbaycanın ilk dəqiqədə hesabı açmasını nəzərdə tuturam. Amma bilirdim ki, vəziyyəti dəyişmək üçün çox vaxt var. Anında reaksiya verməyi bacardıq. Hətta oyundan sonra zarafatla dedim ki, matçın əvvəlində pis vəziyyətlə üzləşməyimiz bizim üçün daha yaxşıdı. Azərbaycan millisinin hesabı açmasını sakit qarşıladıq. Hər bir futzalçımız hazır idi və nə etməli olduğumuzu bilirdik. Bu mənada buraxdığımız erkən qol bizə problem yaratmadı, oyunumuza mənfi təsir etmədi. Təbii ki, əla nəticəyə imza atdıq. Bu qələbə bizdə özünəinam hissini artıracaq. Yarımfinala 8:1 hesablı qələbə ilə adlamaq əladı. Azərbaycana qarşı yaxşı oynayacağımıza şübhə etmirdim. Hazırkı heyətin üzvləri bir-birini yaxşı tamamlayırlar. Bir sözlə, fantastik oyun göstərdilər”.
Tyaqo: “Oyuna yaxşı başladıq, erkən qol vurduq. Amma üstünlüyümüzü çox saxlaya bilmədik, qollar buraxdıq. Futbolda hesablaşmalı olduğun məqamlar da var. Biz müdafiədə səhvlərə yol verdik, onlar isə əks-hücumlarda yaxşı oynadılar, sanki hər yaxaladıqları fürsəti dəqiq tamamlamağı bacardılar. İspanlarla qarşılaşmada çox güc sərf etdik və təsirini bu matçda gördük. Az da olsa, yorğun idik. Düzdü, Portuqaliya da bizim kimi ardıcıl iki görüş keçirmişdi. Ona görə də bəraət axtarmamalıyıq. Sadəcə, rəqib hər imkandan istifadə etdi. İspaniya ilə oyunda, demək olar, şansım olmamışdı. Ancaq bu dəfə 2-3 imkanım oldu. Lakin rəqib qapıçı uğurlu oynadı. Əlbəttə, fərqlənə və komandama kömək edə bilmədiyimə görə üzgünəm. Bu nəticəyə görə məyusam. Çox pis hesabla buranı tərk edirik. Böyük hesabla uduzmaq bizə yaraşmadı. 1/4 finalda oynamağı uğur saymıram. Bura gələrkən yarımfinalda oynayacağımızı düşünürdük. Soyuq başla düşünəcəyik. Səhvlərimizi təhlil edib, növbəti yarışlar üçün nəticə çıxarmalıyıq”.

Yeri gəlmişkən…
* Rizvan Fərzəliyev Avropa çempionatları tarixinin “beşliy”inə düşüb. 39 yaşlı futzalçı qitə çempionatlarında ən çox oyun keçirənlərdən biridi. Portuqaliya ilə 1/4 final matçı Rizvan üçün bu turnirlərdə 40-cı oyun olub. Yığma səviyyəsində qitəmiqyaslı yarışda 2000-ci ildə debüt edən Fərzəliyev seçmə və final mərhələlərində keçirdiyi ümumi oyun sayında ispaniyalı Arnaldoya çatıb. Hərəyə 40 matçda meydana çıxan cütlük Avropa çempionatları tarixində 4-5-ci yerləri bölüşürlər. Onlar rumıniyalı futzalçılar Robert Lupu və Florin Mateydən cəmi 1 oyun geri qalırlar. Sonuncuların hesabında 41 belə qarşılaşma var. Avropa çempionatlarının mütləq rekordçusu isə Luis Amadodu. İspaniyalı futzalçı qitə birinciliklərində 47 dəfə meydana çıxıb.
* 1:8 yığmamızın dünya və Avropa çempionatlarında 7-ci böyükhesablı məğlubiyyətidi. Belə ki, millimiz 1995-ci ildə debüt etdiyi beynəlxalq arenada indiyədək yalnız 6 darmadağın görmüşdü. Aldığımız 7 ağır məğlubiyyətdən ikisi final, beşi seçmə mərhələlərə təsadüf edib. Komanda indiyədək yalnız 1 dəfə AÇ-nin həlledici raundunda 5 və ya daha çox top fərqinə üzülmüşdü. Bu da 4 il öncəyə təsadüf etmişdi. Həmin vaxt İtaliyaya 0:7 hesabı ilə uduzmuşduq. 4 ildən sonra final mərhələlərindəki antirekord təkrarlandı.
Ümumiyyətlə, seçmə və final mərhələlərindəki antirekordumuz 23 il öncə yaşanıb. Həmin vaxt DÇ üçün də təsnifat xarakteri daşıyan AÇ-nin seçmə mərhələsində yığma 8 top fərqiylə uduzmuşdu. Hollandiyada keçirilən görüşdə çexiyalılar 10:2 hesablı qələbə qazanmışdı.
AÇ-1996 (seçmə mərhələ, Hollandiya)
28.10.1995. Çexiya – 2:10
AÇ-2003 (seçmə mərhələ, Portuqaliya)
06.11.2002. Portuqaliya – 0:5
DÇ-2004 (seçmə mərhələ, Cənubi Kipr)
05.11.2003. Polşa – 1:6
AÇ-2005 (seçmə mərhələ, Serbiya)
27.01.2005. Rusiya – 0:5
AÇ-2012 (seçmə mərhələ, Azərbaycan)
27.02.2011. İspaniya – 3:8
AÇ-2014 (final mərhələsi, Belçika)
02.02.2014. İtaliya – 0:7
AÇ-2018 (final mərhələsi, Sloveniya)
06.02.2018. Portuqaliya – 1:8
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar