05 fev 22:45yigma

AFFA-da yığmaların baş məşqçilərinin iştirakı ilə görüş keçiriləcək

AFFA-da yığmaların baş məşqçilərinin iştirakı ilə görüş keçiriləcək
Vüqar Məmmədin komandası martda Bakıda Rusiya ilə oynayacaq
Qış fasiləsində əsas milli və U-21 ilə yanaşı, Vüqar Məmmədin rəhbərlik etdiyi U-19-da Antalyada - təlim-məşq toplanışında oldu. Təxminən 10 gün qardaş ölkədə hazırlıq keçən 19 yaşa qədər oyunçulardan qurulan yığma bu müddətdə üç yoxlama görüşündə qüvvəsini sınadı və çox təəssüf ki, hər üçündə meydanı məyus tərk etdi. Bunun səbəbini bilmək və bizi maraqlandıran suallara cavab tapmaq üçün Vüqar Məmmədlə söhbətləşməyi lazım bildik.
- Əvvəlcə toplanışı dəyərləndirərdiz. Antalyada keçirilən toplanışdan razı qaldız?
- Hazırlıq prosesi ümumilikdə təxminən 20 gün çəkdi. İlk mərhələ Bakıda başladı, Antalyada isə yekun vuruldu. Ümumiyyətlə, futbolçuların hamısından razı qaldım. Çox həvəsliydilər. Toplanışa başlayanda uşaqların həvəsli,istəkli olduqlarını görmək istəyirdim. İstəyimi də futbolçular əks etdirə bildilər. Başqa xırda zəif cəhətləri isə yavaş-yavaş aradan qaldırmağa çalışacağıq. Demək olar ki, kollektiv 1 il 2 ay idi beynəlxalq oyunlarda meydana çıxmırdı. Bu da hardasa özünü göstərdi. Amma ümumilikdə həm toplanışdan, həm də futbolçulardan razı qaldım.
- Bu sizin üçün yeni bir kollektiv sayılır. Bundan öncə çalışdığınız futbolçulardan da yığmaya dəvət etmisiz?
- Burda yer alan futbolçuların 90 faizini U-17-də çalışdığım müddətdən tanıyırdım. Ancaq elə uşaqlar da var ki, onlar yığmaya ilk dəfə cəlb olunurlar.
- Adətən, müxtəlif yaş qrupları üzrə yığmalarda “Qəbələ”nin yetirmələrinin çoxluq təşkil etməsinə şahidlik etmişik. Lakin sizin rəhbərlik etdiyiniz millidə durum fərqlidi. U-19-un son toplanışına “Səbail”in 7 futbolçusu dəvət olunmuşdu. Bunun səbəbi nədi?
- Milliyə hazırlıqlı futbolçular dəvət alıb. Bir də ən əsası, “Səbail”in bu yaş qrupu toplanışa daha tez başladığından o biri klublarla müqayisədə daha hazırlıqlı idilər. Onların məşqlərini də izləmişəm. Bu futbolçuların durumu üst səviyyədə olduğuna görə milli komandaya cəlb olunub.
- Heyətə diqqət yetirdikdə “milliləşdirilmiş” futbolçu görmək olmur. Yalnız bir nəfər “Spartak-2”nin formasını geyir. O da əcnəbi deyil. Bu özünüzün seçimidi, yoxsa rəhbərlik səviyyəsində tapşırıq almısız ki, U-19-da ancaq yerlilər top qovmalıdı.
- Ölkə xaricində oynayan başqa azərbaycanlı futbolçular da var. Onlara da nəzarət edirik. Lakin onlar klublarında yeni olduqları üçün bizdən vaxt istəyiblər ki, kollektivlərinə uyğunlaşsınlar. Ola bilsin, növbəti toplanışlarda həmin 6-7 futbolçunu da millinin düşərgəsində görəsiz.
- Yaxın vaxtlarda “Banik” ilə müqavilə bağlayan Arzuman Rizvanovu da milliyə dəvət etməmisiz. Onun dəvət almaması da klubunda yeni olması ilə bağlıdı?
- Hazırda U-19 millisinə yalnız 2000/01 təvəllüdlü uşaqlar cəlb olunub. Arzumanı biz aşağı yaş qruplarından ibarət yığmalardan tanıyırıq. O 1999-cu ildə anadan olub. Bu üzdən də Rizvanov millidə oynaya bilməz. Yəqin ki, U-21-in çalışdırıcısı Rəşad Sadıqov onu yaxından təqib edir və lazım olacağı halda Arzumanı rəhbərlik etdiyi komadaya çağıracaq.
- Toplanış dönəmində yığma necə təsir bağışladı? Nədən razı, nədən narazı qaldız?
- Təbii ki, müəyyən çatışmazlıqlar var, bunları da ilk seçmə mərhələyə qədər həll etməyə çalışacağıq. Bəzi beynəlxalq oyunlar danışmışıq. Həmin qarşılaşmalarda axsayan cəhətlərmiz üzərində işləyib, onları aradan qaldıracağıq. Məni ən çox narahat edən hücum xəttidi. Ümid edirəm ki, növbəti toplanışlarda və yoldaşlıq görüşlərində bu mövqedə çıxış edən oyunçularımız da özlərini yaxşı tərəfdən göstərə biləcəklər. Toplanışda futbolçularla həm psixoloji, həm də taktiki yöndə söhbətlər apardıq. Zaman ötdükcə hər şey qaydasına düşəcək.
- Antalyada olduğunuz müddətdə üç yoldaşlıq oyunu keçirdiz. U-19 iki dəfə kosovolu, bir dəfə isə “Antalyaspor”lu həmyaşıdlarıyla qarşılaşdı. Hər 3 görüşdə yetirmələriniz 0:1 hesabıyla məğlub oldu. Kosovo o qədər güclüdü ki, onlarla qarşılaşmaların heç birində nəinki qalib gələ, bir qol da vura bilmədiz?
- Kosovo güclü yığmadı. Onlar mayda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Lakin yoldaşlıq oyunu olduğu üçün hesaba o qədər də önəm vermirdik. Həmin qarşılaşmalar futbolçularımız üçün təcrübə oldu. Başqa millilərlə də yoldaşlıq görüşünün keçirilməsi haqda razılıq əldə etmişik. Bunların arasında Rusiya və başqaları da var.
- “Yoldaşlıq oyunlarında nəticə o qədər də önəm daşımır, əsas təcrübə toplamaqdı” sözləri sanki bəhanəyə bənzəyir. Olmaz ki, futbolçular təcrübə yığmaqla bərabər, həm də qalib gəlsinlər?
- Futbolçulardan meydanda hər dəfə həm yaxşı oyun, həm də qələbə tələb edirik. Lakin elə alınır ki, yaxşı oyun olur, qələbə qazana bilmirik. Elə də olur ki qələbə qazanırsan, yaxşı oyun olmur. Bizə indiki vəziyyətdə əsas olan odu ki, futbolçularımız yaxşı oyun göstərsinlər, məşqçinin tapşırığını yerinə yetirsinlər. İlkin seçmə mərhələyə qədər çalışacağıq ki, hər ikisi olsun.
- Seçmə mərhələnin oyunları payızdadı. Buna qədər turnirlərdə iştirak edəcəksiz? Ümumiyyətlə, qarşıdakı aylarda U-19-un hansısa turnirdə iştirakı gözlənilirmi?
- İlkin seçmə mərhələnin oyunları Gürcüstanda keçiriləcəyinə görə, çalışacağıq ki, yoldaşlıq görüşlərində gücümüzü yoxlamaq üçün ölkə xaricinə üz tutaq. 6-7 ölkə ilə danışıqlar gedir. Bunların arasında elə komandalar var ki, bizimlə oynamaq istəyirlər. Elələri də var ki, biz onlarla qarşılaşmaq üçün müraciət etmişik. Avqustda Sankt-Peterburqda Valentin Qranatkinin xatirə turniri keçiriləcək. Bu turnirdə də iştirak edə bilərik. Yoldaşlıq oyunlarından biri rəsmiləşib. Rusiya ilə martda Bakıda münasibətləri aydınlaşdıracağıq. Digər görüşləri isə yəqin ki, başqa ölkələrdə oynayacağıq.
- Toplanışdan sonra AFFA rəhbərliyinə hesabat təqdim etmisiz?
- Hələ ki belə görüş baş tutmayıb. Ancaq yaxın günlərdə bütün yığmaların baş məşqçilərinin iştirakı ilə görüşün keçiriləcəyi məlumdu. Yəqin ki, məhz həmin iclasda yığma ilə bağlı fikirlərimiz dinləniləcək.
- Təlim-məşq toplanışı dönəmində Qurban Qurbanov və ya Rəşad Sadıqov U-19-un oyunlarını izlədi? Sizə hər hansı məsləhət verdilər?
- Milli komandaların baş məşqçiləri olaraq, təkcə toplanışda yox, tez-tez fikir mübadiləsi aparırıq. Bir-birimizdən uzaq olduqda isə telefonla danışırıq. Elə bir sistem yaradılıb ki, bütün məşqçilər bir-birinin komandalarının oyunlarını izləyir və düzgün yolu müəyyənləşdirməyə çalışır. Qurban Qurbanovla Rəşad Sadıqov həm oyunlarımızı, həm də məşqlərimizi izlədi.
- Bəs onların rəhbərlik etdiyiniz komanda haqda fikirləri necə oldu?
- Həmin vaxt həm U-21-in, həm də əsas millinin də toplanışı olduğu üçün danışmağa o qədər də vaxtımız olmadı. Toplanış bitəndən sonra Bakıda fikir mübadiləsi aparacağımızı söyləmişdik.
- U-18-ə dəvət olunan futbolçuları izləyirsiz? Ümumiyyətlə, Zaur Həşimovun rəhbərlik etdiyi yığmada U-19-dan neçə futbolçu dəvət olunmuşdu?
- Təbii ki, U-18-i də daim izləyir, ordakı futbolçularla yaxından maraqlanıram. Onlar bizdən bir həftə öncə toplanışa start vermişdilər. U-18-dən 7-8 oyunçunu komandama cəlb etdim.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar