06 fev 01:12yigma

İspaniyayla bacarmayıb, Portuqaliyaya rəqib olduq

İspaniyayla bacarmayıb, Portuqaliyaya rəqib olduq
AÇ-2018
Final mərhələsi
D qrupu
Azərbaycan – İspaniya 0:1 (0:1)
Azərbaycan: 12. Rövşən Hüseynli, 5. Fineo, 6. Eduardo, 8. Rizvan Fərzəliyev (k), 3. Tyaqo; 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 10. Vassura, 11. Xətai Bağırov, 13. Qallo, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov.
Baş məşqçi: Joze Alesio da Silva.
İspaniya: 1. Pako Sedano, 2. Ortis (k), 7. Pola, 11. Migelin, 14. Aleks; 13. Xesus Errero, 3. Mark Tolra, 4. Bebe, 5. Adolfo, 6. Fransisko Solano, 8. Lin, 9. Serxio Losano, 10. Rafa Usin, 15. Xoselito.
Baş məşqçi: Xose Venansio Lopes.
Qollar: Pola, 14.
Vərəqələr: Vassura, 24. Fineo, 37 – sarı.
Hakimlər: Vladimir Kadıkov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya).
Hakim-inspektor: Peri Qautyer (Belçika).
UEFA nümayəndəsi: Hoao Roşa (Portuqaliya).
4 fevral. Lyublyana. “Arena Stojiçe”.

1/4 finala vəsiqənin taleyini Fransa ilə oyunda həll edən futzal yığmamız ispanlarla oyuna rahat çıxmışdı. Düzdü, C qrupunda 1-2-ci yerlərin sahibi son ana qədər bəlli deyildi və bu, Joze Alesio da Silvanı seçim qarşısında qoymuşdu. Hər halda, braziliyalı mütəxəssis pley-offda Portuqaliyadansa, Ukrayna ilə görüşməyi üstün tutardı. Oyun ərəfəsində bəlli oldu ki, millimiz pireneylilərlə üz-üzə gəlməmək üçün yarımadanın digər təmsilçisinə uduzmamalıdı. Heç-heçə də qrup liderliyinə və 1/4-də Portuqaliya ilə qarşılaşmamağa kifayət edəcəkdi.
Motivasiyadan asılı olmayaraq, Joze Alesio da Silvanın Qallonun xidmətindən yararlanmayacağı isə bir gün əvvəldən bilinirdi. Yığma üzvü Fransa ilə oyunda zədə alıb. Ertəsi MRT olunan futzalçıda ciddi problem aşkarlanmasa da, yüngül ağrı olduğunu nəzərə alan baş məşqçi həmyerlisinə istirahət verməyi qərara almışdı. Buna görə yığmanın heyətində də dəyişiklik olmuş, komanda meydana Rövşən – Eduardo – Rizvan – Fineo – Tyaqo “5-liy”i ilə çıxmışdı. Start həyəcanını boğa bilməyən komandamızın ilk 5 dəqiqədə 2 dəfə bəxti gətirdi. Bir epizodda müdafiədə topu əldə etsək də, əks-hücuma çıxmaq istərkən səhvə yol verildi. Yaxşı ki, Solanonun zərbəsi qeyri-dəqiq alındı. Bir qədər sonra qapı dirəyi köməyimizə çatdı. Futzalçılarımız rəqibi ilk yarının ortalarında həyəcanlandırdı. Tyaqonun ara ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Vassuranın zərbəsini son anda Sedano dəf etdi. 14-cü dəqiqədə isə İspaniya hesabı açdı. Kornerdən qapı qarşısına göndərilən topu müdafiəçilərdən yayınan Pola tora qovuşdurdu. Alesio bundan sonra qapıçını sahə oyunçusu ilə əvəzlədi. Bu dəqiqələrdə iki dəfə uzaqdan zərbə ilə Sedanonun sayıqlığını yoxlayan komandamız bir dəfə az qala qapısında qol görəcəkdi. Yaxşı ki, Migelinin boş qapıya göndərmək istədiyi top toru yandan silkələdi.
Oyunun alınmadığını görən Alesio ikinci hissədə əsasən yerlilərin xidmətindən yararlandı. Bir ara hətta “5-lik” bütövlükdə yerli oyunçulardan qurulmuşdu. Həmin dəqiqələrdə yığmanın qapısında qol görməməsi qeyd olunmalıdı. Əksinə, 30-cu dəqiqədə Xətainin əla driblinqdən sonra zərbəsi qapı çatından döndü. Yığma imkan düşdükcə 5 sahə oyunçusu ilə də mübarizə aparırdı, ancaq qol gəlmədi ki gəlmədi. Sona 1,1 saniyə qalmış möcüzə baş verə bilərdi. Vassuranın cərimə vuruşunu Rizvan “çərçivə”yə ünvanlasa da, qapıçı inanılmaz reaksiya ilə qola imkan vermədi. Beləliklə, minimal hesabla uduzan yığmamız qrupu ikinci yerdə başa vurdu. Ayın 6-da 1/4 finaldakı rəqib Portuqaliya olacaq.

*
AÇ-2018
Final mərhələsi
A qrupu: Sloveniya, İtaliya, Serbiya
B qrupu: Rusiya, Qazaxıstan, Polşa
C qrupu: Portuqaliya, Ukrayna, Rumıniya
D qrupu: İspaniya, Azərbaycan, Fransa
1-ci tur
30 yanvar
21.00. Sloveniya – Serbiya 2:2
23.45. Rusiya – Polşa 1:1
31 yanvar
21.00. Portuqaliya – Rumıniya 4:1
23.45. İspaniya – Fransa 4:4
2-ci tur
1 fevral
21.00. Polşa – Qazaxıstan 1:5
23.45. Serbiya – İtaliya 1:1
2 fevral
21.00 Fransa – Azərbaycan 3:5
23.45 Rumıniya – Ukrayna 2:3
3 fevral
21.00 Qazaxıstan – Rusiya 1:1
23.45 İtaliya – Sloveniya 1:2
4 fevral
21.00 Ukrayna – Portuqaliya 3:5
23.45 Azərbaycan – İspaniya 0:1
A qrupu
1. Sloveniya 2 1 1 0 4-3 4
2. Serbiya 2 0 2 0 3-3 2
3. İtaliya 2 0 1 1 2-3 1

B qrupu
1. Qazaxıstan 2 1 1 0 6-2 4
2. Rusiya 2 0 2 0 2-2 2
3. Polşa 2 0 1 1 2-6 1

C qrupu
1. Portuqaliya 2 2 0 0 9-4 6
2. Ukrayna 2 1 0 1 6-7 3
3. Rımıniya 2 0 0 2 3-7 0

D qrupu
1. İspaniya 2 1 1 0 5-4 4
2. AZƏRBAYCAN 2 1 0 1 5-4 3
3. Fransa 2 0 1 1 7-9 1
Beləliklə, artıq 1/4 final cütləri məlumdu:
5 fevral
Sloveniya – Rusiya
Serbiya – Qazaxıstan
6 fevral
Portuqaliya - Azərbaycan
Ukrayna – İspaniya
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar