28 yan 14:46yigma

Qurban Qurbanov heyəti açıqladı

Qurban Qurbanov heyəti açıqladı
İki futbolçu ilk dəfə dəvət aldı
Bu gün yığma Qurban Qurbanovun rəhbərliyi altında ilk toplanışa start verəcək. Hazırlıq çərçivəsində əsas komanda yanvarın 30-da Moldova ilə münasibətləri aydınlaşdıracaq. Elə toplanış ərəfəsində yeganə sınaq matçı da məhz bu oyun olacaq. Məlum olduğu kimi, 2-ci yoldaşlıq görüşü planı gerçəkləşmədi. Əvvəlcə Gürcüstan, daha sonra isə Kosovo razılıq versə də, fərqli səbəblərdən bu rəqiblərə qarşılaşmaq mümkün olmadı. Bu üzdən hazırlıq prosesi yanvarın 31-də başa çatacaq.
Artıq toplanışda kimlərin iştirak edəcəyi bəllidi. Dünən Qurbanovun hazırlığa dəvət etdiyi futbolçuların siyahısı açıqlandı. Yığmaya 24 futbolçu çağırılıb. Siyahıda “Qarabağ”ın 11 futbolçusu yer alıb. Qurbanov “Neftçi”dən 6, “Qəbələ”dən 3, “Sumqayıt”dan 2, “Keşlə”dən 1 nəfəri heyətə daxil edib. “Kəpəz”, “Səbail” və “Zirə”dən heç kimin adı siyahıya düşməyib. Gözlənildiyi kimi, ölkə xaricində çıxış edən yığma üzvləri toplanışda iştirak etməyəcəklər. Bu da onların klublarında oyunlarının olması ilə bağlıdı. Yalnız Pavel Paşayev istisnadı. Ukrayna “Aleksandriya”sının üzvü Qurbanovun sərəncamında olacaq.
Bundan başqa, yığmada debüt etməyən Şahruddin Məhəmmədəliyev, Rəşad Əzizli, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov da siyahıda yer alıb. Şahruddin, Anton və Abbas daha öncə yığmaya çağırılıb. Lakin şərəfli formada oyuna çıxmayıblar. Əzizli ilə Mustafazadə isə ilk dəfə millinin düşərgəsində olacaq. Beləliklə, 24 nəfərlik siyahı ilə tanış olun: qapıçılar - Kamran Ağayev (Keşlə), Şahruddin Məhəmmədəliyev (Qarabağ), Rəşad Əzizli (Neftçi); müdafiəçilər - Maksim Medvedev, Elvin Yunuszadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Təmkin Xəlilzadə (Qəbələ), Bəhlul Mustafazadə (Sumqayıt), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna); yarımmüdafiəçilər - Qara Qarayev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Emin Mahmudov (hər ikisi “Neftçi”), Cavid Hüseynov (Qəbələ), Cavid İmamverdiyev (Sumqayıt); hücumçular - Mahir Mədətov, Ramil Şeydayev (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (Qəbələ).
Təbii, Qurban bəyin kimlərə dəvət göndərəcəyi maraq doğururdu. Bu üzdən siyahı açıqlanan kimi müzakirələrin qızışması başadüşüləndi. Cavid İmamverdiyevin mövsümün ilk yarısında “Sumqayıt”da sərgilədiyi performans yığmaya dəvət alacağına işarə idi. Onu nəzərdən qaçırmayan Qurbanovun “kimyaçılar”ın əsas qol silahı Amil Yunanovu çağırmaması normal qarşılana bilməz. Baş məşqçinin qışa qədər çempionatda 5, kubokda isə 3 qol vuran forvarda dəvət göndərməməsinə göz yummaq ədalətsizlik olar. Halbuki hücumçulardan Ruslan mövsümün ilk yarısını 4 qolla (2 çempionat, 2 kubok) tamamlayıbsa, Ramil “köhlən atlar”ın heyətində hələ də fərqlənə bilməyib. “Sumqayıt”dan söz düşmüşkən, klubunda əsas heyət üzvü olan Bəxtiyar Həsənalızadənin yox, ara-sıra şans qazanan Bəhlul Mustafazadənin siyahıda yer almasına izah tapmaq çətindi. Bundan başqa, “Qəbələ”dən Asif Məmmədov, “Zirə”dən Tellur Mütəllimov kimi futbolçular da kənarda qalmamalıydı. Şahruddinin, Məhəmmədin dəvət alması da o qədər də uğurlu seçim deyil.
Doğrudu, nəticəyə baş məşqçi cavabdehdi. Lakin bu o demək deyil ki, Qurbanovun seçimi saf-çürük edilməməlidi, yığmada olmağı haqq edənin kənarda qalmasına səssiz yanaşmalıyıq. Bunun ilk və ya son toplanış olduğu fərq etmir. Düzə düz, əyriyə əyri deməliyik ki, bu da bizim borcumuzdu. Ola bilər, növbəti toplanışda baş məşqçinin siyahısında bu dəfə çağırılmayanlardan kimlərinsə adını gördük. Bu isə müsbət addım kimi qiymətləndiriləcək. Ancaq indiki durumda müsbət və mənfi məqamları sadalamasaq, doğru olmaz.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” Bu gün, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! Bu gün, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi Bu gün, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı Bu gün, 12:54 U-19 minimal hesabla yenildi Bu gün, 12:53 “Neftçi” Zirədə xal itirdi 17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" Bütün xəbərlər
Ən çox oxunanlar