25 yan 21:02yigma, manset

Yaşar Vahabzadə toplanışın Antalyada keçirilməsinin səbəbini açıqladı

Yaşar Vahabzadə toplanışın Antalyada keçirilməsinin səbəbini açıqladı
“Bizimkilər futbolçu xarakteri baxımından əziyyət çəkir”
Antalyada hazırlıq keçən təkcə premyer-liqa təmsilçiləri deyildi. Həmçinin U-21 də kurort şəhərində yer alanlar arasındaydı. Toplanış əsasən seleksiya xarakteri daşıyırdı desək, yanılmarıq. Hər halda, çox sayda türk futbolçunun baxışdan keçmək üçün yığmanın düşərgəsinə gəlməsi, üstəlik, “Qarabağ”, “Qəbələ”, “Neftçi”də çıxış edən aparıcı oyunçuların milliyə qoşulmaması belə düşünməyə əsas verir. Halbuki belə vəziyyətdə hazırlığı Bakıda keçmək olardı. Madam ki, seleksiya xarakterli idi, yığmaların Mərdəkandakı təlim-məşq bazasında hər cür şərait var. Üstəlik, yoldaşlıq görüşləri üçün “Kəpəz” , AZAL, hətta Antalyaya hamıdan gec yollanan “Zirə” kimi elita təmsilçilərinin adlarını çəkmək olar. Odu ki, U-21-in budəfəki toplanışı müəyyən söz-söhbətə yol açdı. Həmin suallara cavab tapmaq üçün isə yanvarın 21-də vətənə qayıdan millinin baş məşqçisi Yaşar Vahabzadə ilə söhbətləşməyi qərara aldıq.
- Öncə 15 günlük toplanış haqda fikirlərinizi dinləyək, sonra keçək əsas suallara.
- Deyərdim ki, istədiyimiz hazırlığı keçə bildik. Ayın 7-də məşqlərə başladıq, 12-də ilk oyunumuzu keçirdik. Baş məşqçi kimi mənə vacib olan dəvət etdiyimiz futbolçuların hazırlıq səviyyəsini görmək və sınaq matçlarında istədiyimiz oyun sistemini “oturtmaq” idi. İlk iki oyundan və üçüncü qarşılaşmanın ilk hissəsindən razı qaldığımı deməliyəm. Uşaqlar nəzəri və praktiki məşğələlərdə verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdı. Və bu onlarda yetərincə yaxşı alındı. Amma sonrakı üç görüşdə...
- Nədən narazı idiz?
- Futbolçular fiziki cəhətdən “çatdırmırdılar”, yorğunluq var idi. Həm də ilk iki oyunda meydana çıxan müdafiəçilər sonrakı qarşılaşmalarda iştirak edə bilmədilər. Qısa müddətə gələnlər var idi ki, onlar sonradan düşərgəni tərk etməli oldular. Bunun da müəyyən təsiri oldu. Çünki heyətdə yeni futbolçular olanda, istər-istəməz müəyyən problemlər yaranır. Əsas məqsədimiz müdafiə xəttindəki düzülüşü müəyyənləşdirmək və hər mövqenin oyunçusuna görəcəyi işi aşılamaq idi. Amma elə şeylər oldu ki, onları etmək üçün vaxtımız çatmadı. Məsələn, müdafiədən hücuma çıxmaq, xətlərarası əlaqəni yaxşılaşdırmaq və s.
- Ozancan Kökcü, Sərkan Baloğlu, Dmitri Fastov, Alp Tunar, Enes Altındağ... Azərbaycana bağlılığı olmayan bu futbolçuların millinin düşərgəsində nə işi vardı?
- Onların hər biri yığmada oynamaq istəyir. Sadəcə, onları sınaqdan keçirmək, iş başında görmək üçün dəvət etmişdik. Elələri oldu ki, özünü yaxşı tərəfdən göstərdi, bəziləri də ümidləri doğrultmadı.
- Ən çox Ozancandan danışılırdı. Futbolçu keyfiyyətləri deyildiyi kimidi?
- Sürətli, cəld, topla davranmağı bacaran futbolçudu. Amma komandaya uyğunlaşmaq baxımından “axsadığı” hiss olunurdu. Sırf futbolçu keyfiyyətlərindən danışsaq, xoşuma gəldi.
- U-21-in heyətində olacaq?
- Onlardan heç biri haqda fikir bildirməyim düzgün olmaz. Çünki yekun qərar verilməyib. AFFA rəhbərliyi ilə görüşüb söhbət edəndən sonra nəsə demək mümkündü.
- Həqiqətənmi bu gün Azərbaycanda ozancanlar, fastovlar, sərkanlar yoxdu, türklərə, ukraynalılara möhtac qalmışıq?
- Onların səviyyəsində demirəm, hətta o səviyyəyə bir az yaxın azərbaycanlı olsa, Yaşar Vahabzadə olaraq başqa yerdən kiminsə gəlməsinə razı olmaram. Mənə yerli uşaqla işləmək qat-qat asandı. Həm gözümün qabağındadı, həm də dil problemi yoxdu. Sadəcə, bu gün bəzi mövqelərdə həqiqətən də çox ciddi problemlər var. Həmin mövqelərdə yerli futbolçu qıtlığı müşahidə olunur. Əksəriyyəti əvəzedici heyətin üzvləridi. Əvəzedicilərin çempionatı ilə U-21-lərin Avropa çempionatının səviyyəsi eyni deyil axı. Ona görə də məcburuq kənara göz gəzdirək.
- Azərbaycanlı futbolçularda Ozancan, Sərkan, Fastov olmaq üçün nə çatmır?
(müsahibə tam halda qəzetin çap variantında)
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar