25 yan 20:54yigma, manset

Prosineçki haqda böyük yalan

Prosineçki haqda böyük yalan
AFFA xəstə, köməkçisi sağlam olduğunu deyir
Ötən saylarımızın birində yığmanın baş məşqçisi Robert Prosineçkinin Antalyaya yollanmamasının səbəbi haqda məlumat vermişdik. Xatırladaq ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu qəzetimizə açıqlamasında xorvat mütəxəssisin qripə yoluxduğunu, ev şəraitində müalicə aldığını və bu üzdən Türkiyəyə səfərinin təxirə salındığını söyləmişdi. Ancaq srağagün azerispor.az saytına müsahibə verən Prosineçkinin köməkçisi, onun əvəzinə Antalyaya yollanıb U-21-in və qardaş ölkədə hazırlıq keçən elita klublarının yoxlama oyunlarını izləyən Qoran Tsipriç söylənilənləri təkzib edib: “Bu xəbər həqiqəti əks etdirmir. Mən hətta başa düşmürəm, söhbət nədən gedir. Onun səhhətində heç bir problem yoxdu”.
Tsipriçin bu açıqlamasından sonra ortaya sual çıxır: kim yalan danışır? Bizə Prosineçki “qrip olduğuna görə Antalyaya gedə bilmədi” söyləyən AFFA rəsmisi, yoxsa xorvat çalışdırıcının köməkçisi? Hər halda, bu məsələdə iki tərəfdən biri ictimaiyyəti aldatmaq yolunu tutub. Məsələyə aydınlıq gətirmək, kimin yalan danışdığını ortaya çıxarmaq üçün dünən yenidən Mikayıl bəylə əlaqə saxladıq: “Həmin vaxt Milli Komandalar Departamentindən mənə bildirdilər ki, Robert Prosineçki qripə yoluxduğundan səfəri təxirə salınıb. Əvəzində köməkçilərini Türkiyəyə yollayıb. Onun tərcüməçisi də mənə eyni məzmunda məlumat vermişdi”.
Mikayıl bəyin səmimiyyətinə inanırıq. Ancaq bir həftə ərzində yığmanın baş məşqçisi barədə bir-birini təkzib edən iki açıqlamanın verilməsi kənardan AFFA-nın ciddi qurum olmasını şübhə altına salır. Ola bilsin, köməkçisi şefinin səhhətində yaşanan problemin ictimailəşməsini istəməyib və bu üzdən mətbuata açıqlmasında bu xəbəri təkzib edib. Onsuz da son vaxtlar Prosineçkinin tez-tez həkimə müraciət etməsi istər mətbuatda, istərsə də futbol ictimaiyyəti arasında müxtəlif söz-söhbətlərə səbəb olub. Bütün bunlara baxmayaraq, yaxşı olardı ki, ictimaiyyətdə çaşqınlıq yaranmasın deyə, assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti bu cür məsələlərə ciddi yanaşsın. Yığma ilə bağlı hərə mətbuata bir cür açıqlama versə, sonda ölkənin əsas komandasının düşərgəsi ilə “Yaşıl bazar”ın heç bir fərqi olmayacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Yığma, yoxsa “Niyə də yox?!” komandası? 13:12Olimpiya çempionu güləşçimizi təriflədi 13:10“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35 Bütün xəbərlər
Ən çox oxunanlar