24 yan 12:06yigma

Azərbaycanın U-21-i kimə uduzub?

Azərbaycanın U-21-i kimə uduzub?
“21 yaşadək futbolçulardan ibarət ibarət yığmamız yanvarın 21-də Albaniyanın gənclər millisi ilə qarşılaşıb” – bu ifadə təyini ən doğrusudu. Halbuki bu ölkənin futbol federasiyasının rəsmi saytı son xəbərdə komandanı U-20 kimi təqdim edib. Etiraf edək ki, qəzetimizin cümə günü işıq üzü görən sayında biz də bununla bağlı xəbərdə albanların 20 yaşlıları ilə qarşılaşacağımızı yazmışdıq. Belədə Rəşad Sadıqovun komandasına qarşı haqsızlıq etmiş oluruq. Düzdü, məğlubiyyət məğlubiyyətdi, ona haqq qazandırmaq cəhdi yersizdi. Ancaq rəqibin 19 yaşlılarına (U-20-də, adətən, 20 yaşı tamam olmayan futbolçular çıxış edir) uduzmamışıq axı. Qeyd edək ki, albanlarla yanvarın 26-da yenidən qarşılaşacağıq və 0:1-in əvəzini çıxmaq imkanı olacaq. Bu gün isə komandamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
Qayıdaq U-20 söhbətinə. Elə həmin mənbə (Albaniya Futbol Federasiyasının rəsmi saytı) yanvarın 18-də yerləşdirilən xəbərdə komandanı U-21 kimi təqdim edib və Antalyadakı görüşün anonsu verilib. Həmçinin baş məşqçi Alban Buşinin Antalya toplanışı üçün açıqladığı heyət detallı şəkildə (klubu və təvəllüdü ilə birgə) açıqlanıb. Xəbərdə millimizlə matça həm yerli, həm də xarici klublarda çıxış edən oyunçuların dəvət edildiyi vurğulanıb: qapıçılar - Klevis Hasanbelli, Yorqo Muka; müdafiəçilər - Leonardo Maloku, Şakir Tafa, İmer Şaba, David Domqyonas, Arbnor Mukolli, Kristian Buşay; yarımmüdafiəçilər - Brayan Tola, Conatan Laytia, Qleydis Ndraxi, Klevis Perkeqi, Fabio Sakay, Kevin Çela, Arber Başa, Rey Nuriu, Dionis Çikani, Belaydi Pusi, Eryon Draqoy, Anxelo Mumayesi; hücumçular - Nazmi Qripşi, Erisildo Smaci.
Doğum tarixlərinə baxmaq kifayətdi ki, əsl həqiqət üzə çıxsın. 22 nəfərdən 5-i 1997 təvəllüdlüdü. Yəni onların 20 yaşı çoxdan tamam olub, deməli, U-21-in üzvləridi. 12 nəfər 1998, 5 nəfər isə 1999-dandı. Düzdü, əksəriyyət 20 yaşlıdı. Ona qalsa, növbəti mövsüm üçün komanda formalaşdıran Rəşad Sadıqov da əsasən “98-lər”ə şans verib. U-21 yığmamızda 13 nəfərin 20 yaşı belə tamam olmayıb: İsmayıl İbrahimli (1998), Famil Camalov (1998), Əskər Hüseynov (1999), Nicat Süleymanov (1998), Kamran İbrahimov (1999), Anton Krivotsyuk (1998), Ömər Buludov (1998), Murtuzəli Abakarov (1998), Yusif Cəfərov (1998), Rafael Məhərrəmli (1999), Murad Qayalı (1999), Murad Xaçayev (1998), Hacıağa Hacılı (1998).
Üstəlik, Albaniya Futbol Federasiyasının saytında “yığmalar” bölümünə baxdıqda, bu ölkədə U-20 millisinin olmadığını da görmək mümkündü. Yəni Rəşad Sadıqovun yetirmələri özündən balacalara uduzmayıb. Ancaq onu da qəbul edirik ki, gənc məşqçinin sərəncamında say-seçmə futbolçular, başqa sözlə, optimal heyət var və bu komanda həm bu gün Gürcüstanın, həm də ayın 26-da albanların ağzının payını verməlidi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar