23 yan 01:12yigma

Moldovalılar uğurlu nəticəyə köklənib

Moldovalılar uğurlu nəticəyə köklənib
Damaşkan “Torino”nu yox, millimizlə oyunu düşünür
Yığmanın Moldova ilə yoxlama oyununda qüvvəsini sınayacağını bilirsiz. Sözügedən qarşılaşma yanvarın 30-da baş tutacaq. Moldova bundan 3 gün öncə isə Cənubi Koreya ilə yoldaşlıq matçı keçirəcək. Ötən saylarımızdan birində moldovalıların yeni baş məşqçisi Aleksandr Spiridonun bu iki qarşılaşma üçün dəvət etdiyi futbolçuların siyahısını nəzərinizə çatdırmışdıq. Artıq bu komanda təlim-məşq toplanışına start verib. Yığmaya çağırılanlar yerli mətbuata açıqlamalarında qarşıdakı matçlarla bağlı fikirlərini bildiriblər.
Petru Raku: “Yığma haqda təəssüratlarım həmişəki kimi müsbətdi. Bütün uşaqlar özlərini göstərmək, millidə nəyisə dəyişmək istəyirlər. Hədəfimiz uğurlu nəticələr qazanmaqdı. Cənubi Koreya dünya çempionatına hazırlaşan komandadı. Onların Türkiyəyə hansı heyətlə yollanacaqlarını bilmirəm. Azərbaycanın isə bir neçə futbolçusunu tanıyıram. Çünki ötən il “Qarabağ”a qarşı çıxış etmişik. Azərbaycan yaxşı komandadı. Bizim heyətdə yalnız Moldova çempionatında çıxış edən futbolçular cəmləşib. Səfərə öz məqsədimiz üçün gedirik və uğurlu nəticə ilə qayıdacağımıza inanırıq”.
Vitali Damaşkan: “Milliyə dəvət aldığım üçün sevincli, ölkəmin şərəfini qoruyacağım üçün qürurluyam. Yeni baş məşqçimiz çox güclü mütəxəssisdi. Onunla bir-birimizi əla başa düşürük. Maraqlı, eyni zamanda intensiv məşqlər keçir. Spiridon futbolçulara nə etmək lazım olduğunu çox gözəl başa salır. Baş məşqçi bizdən sürətli futbol tələb edir. Yeni klubum “Torino”dan əvvəl məni qarşıdakı iki oyun düşündürür. Məqsədimiz həm Cənubi Koreya, həm də Azərbaycanla görüşdə gücümüzü göstərmək, nəyə qadir olduğumuzu bilmək və uğurlu nəticə qazanmaqdı. Bundan sonra “Torino” haqda danışa bilərəm”.
Aleksandr Dedov: “İstirahətdən sonra məşqlər çətin olur. Kifayət qədər dincəldik. İndi isə mümkün qədər yüksək səviyyəli məşqlər keçməliyik ki, uğurlu nəticələr qazanaq. Baş məşqçimiz olduqca təcrübəli mütəxəssisdi. Ümid edirəm ki, onun tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirərik. Bu, bizi uğura aparan yol olacaq. Cənubi Koreya haqda elə də geniş məlumatım yoxdu. Ancaq Azərbaycana qarşı artıq oynamışıq. Yaxşı komandadı və təxminən bizimlə eyni səviyyədədi. Azərbaycana qarşı bərabər səviyyədə çıxış etməliyik. Bu oyunlarda müsbət nəticəyə inanırıq”.
Valeri Makritski: “Bir çox futbolçu bu dəfə yığmaya çağırılmadı. Bu səbəbdən bəzi gənc oyunçular özlərini göstərmək imkanı əldə ediblər. Bu, bizim üçün əla şansdı. Bundan yararlanmalı və yeni baş məşqçiyə bütün keyfiyyətlərimizi göstərməliyik. Çünki bundan sonra yığmaya dəvət almaq çox önəmlidi. Spiridonun Avropada çalışdığı dərhal hiss olunur. Çünki o, Avropa metodlarından istifadə edir və hücumameyilli futbol oynamağımızı istəyir. Rəqiblərimiz barədə hələlik ətraflı təhlil aparmamışıq. Ancaq bilirəm ki, həm Cənubi Koreya, həm də Azərbaycan güclü komandalardı. Bu iki görüşdə hansı səviyyədə olduğumuzu görəcəyik və nəyi dəyişməli olduğumuzu biləcəyik”.
Radu Roqak: “Milliyə çağırıldığım üçün çox sevindim. Mənə şans vermək qərarına gələn məşqçilər korpusuna minnətdaram. Yeni baş məşqçinin ilk toplanışa məni çağırması sevindirici haldı. Spiridon işini peşəkar səviyyədə görən insandı. Cənubi Koreya və Azərbaycanla matçlardan çox şey gözləyirəm. Yoldaşlıq görüşü olsa da, bu matçların mənim üçün önəmi böyükdü. Axı indiyə qədər heç vaxt millinin formasını geyinməmişəm. Taktika və digər nüanslara isə məşqçilər korpusu nəzarət edəcək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar