22 yan 21:43yigma

Ramin Quliyev AFFA-nın təklifini məqsədəuyğun saymayıb

Ramin Quliyev AFFA-nın təklifini məqsədəuyğun saymayıb
“İki-üç gün əksəriyyət sadə tapşırıqları belə düzgün yerinə yetirə bilmirdi”
Yanvarın ilk günlərində Qəbələdə bir araya gələn U-17 dünən təlim-məşq toplanışını başa vuraraq Bakıya dönüb. Ramin Quliyevin rəhbərliyi altında ilk dəfə toplaşan yığmanın hazırlıq dönəmində necə təsir bağışladığını, yeni çalışdırıcının toplanışdan razı qalıb-qalmadığını öyrənmək üçün onunla söhbətləşməyi lazım bildik.
- Öncə 12 günlük təlim-məşq toplanışını dəyərləndirməyinizi istərdik.
- Hazırlıqda iştirak etmək üçün 28 futbolçuya dəvət göndərmişdik. Əsas məqsədimiz seleksiya aparmaq, yığmaya namizədləri gözdən keçirmək idi. Toplanış müddətində “Qəbələ”nin U-19 və əvəzedici heyəti ilə iki yoxlama oyununda gücümüzü sınadıq. Ancaq mənə nəticədən çox uşaqların durumu, özlərini necə göstərəcəyi maraqlı idi. Fikrimcə, ilk dəfə üçün təlim-məşq toplanışını normal saymaq olar.
- Demək olar ki, bütün yığmalar hazırlıq üçün Antalyaya yollandığı halda, U-17-nin Qəbələyə üz tutması bir qədər təəccüblü göründü. AFFA sizə niyə belə şərait yaratmadı?
- Açığı, özüm toplanışın Qəbələdə keçirilməsini istədim. AFFA rəhbərliyi U-17-nin də Türkiyədə hazırlıq keçməsini istəyirdi. Mənə bununla bağlı müraciət olunmuşdu. Lakin bu dəfə seleksiya xarakterli toplanış olduğunu nəzərə alıb, Antalyaya yollanmağı məqsədəuyğun saymadım. Qəbələdə məhsuldar işləməyimiz üçün gözəl şərait yaradılmışdı. Həm assosiasiya rəhbərliyi, həm də “Qəbələ” rəsmiləri əlindən gələni etmişdi ki, heç bir çatışmazlıqla üzləşməyək.
- U-17-nin üzvləri yeni baş məşqçini necə qarşıladı?
- Yəqin ki, bunun səs-sorağı sonra çıxacaq (gülür). Fikrimcə, futbolçular onlardan nə tələb etdiyimi başa düşdülər.
- Milliyə “Qəbələ”dən 11 oyunçunun dəvət olunması heç də birmənalı qarşılanmadı. Bəzi mütəxəssislərin fikrincə, Ramin Quliyev bu klubun “şinelindən çıxdığına” görə “qırmızı-qaralar”ın yetirmələri yığmada üstünlük təşkil edir. Bu fikirlərə münasibət bildirməyinizi istərdik.
- Bəyəm “Qəbələ”nin yetirmələri tək U-17-də üstünlük təşkil edir? Bütün yaş qruplarına baxsaq, eyni durumun yaşandığını görə bilərik. “Qəbələ”nin U-17-si hazırda çempionatda liderdi. Bu da əsas verir ki, o biriləri ilə müqayisədə bu klubdan daha çox oyunçuya dəvət göndərilsin. Ancaq bu o demək deyil ki, həmin 11 futbolçunun hamısı daim yığmada olacaq. Mənim əsas məqsədim bu yaş qrupunda çıxış edən bütün istedadlı, yığmaya namizəd futbolçuların üzünə millinin qapılarını açmaqdı. Heç kim kənarda qalmayacaq, bundan narahat olmayın. Mən və köməkçilərim bu yöndə söz-söhbətə rəvac verəcək bir addım belə atmayacağıq. Toplanışı belə tez başa vurmağımız da məhz bununla bağlıdı. Artıq yanvarın 25-dən bu yaş qrupunda çempionat oyunlarına start veriləcək. Növbəti tur isə fevralın 2-də baş tutacaq. Bu iki turda köməkçilərimlə birgə oyunları izləyəcəyik. Canlı baxa bilmədiyimiz qarşılaşmaların isə disklərini əldə edib izləyəcəyik. Bununla bağlı klublarla danışığımız olub. Diqqətimizi cəlb edənlər növbəti toplanışda yığmanın düşərgəsində olacaqlar.
- Növbəti toplanış nə vaxta planlaşdırılıb?
- Fevralın 2-dən sonra yenidən iki yoxlama oyunu keçirməyi planlaşdırırıq. Bu dəfə də seleksiya xarakterli, qısamüddətli toplanış olacaq. İki turda maraq dairəmizə düşən yeniyetmələri həmin matçlarda sınamaq istəyirəm. Fevralın sonunda isə ölkə xaricinə yollanıb ən azı iki matç keçirmək istəyirik. Bununla bağlı AFFA rəhbərliyi ilə görüşüb müzakirələr aparacağıq.
- Son vaxtlar futbol ictimaiyyəti arasında yeni yetişən gənc futbolçu nəsilinin çox zəif olması ilə bağlı fikir formalaşıb. Onları iş başında görən biri kimi bu fikirlərlə razısız?
- Toplanışın ilk günlərində sözün həqiqi mənasında görüdüklərim məni təəccübləndirmişdi. 2-3 gün, demək olar ki, oyunçuların əksəriyyəti verilən sadə tapşırıqları belə düzgün yerinə yetirə bilmirdilər. Daha dəqiq desəm, nə qədər izah etsəm də, qavramaqla bağlı problem yaşanırdı. Vaxt ötdükcə çatışmazlıqlar aradan qalxdı. Tam zəifdi desəm, düz çıxmaz. Bununla belə, doğrudan da müəyyən problemlər var. Ancaq nə etmək olar? Əlimizdə olan budu. Seçim o qədər geniş deyil ki, kimisə kimləsə əvəzləyə bilək.
- Ən çox hansı mövqelərdən narahatsız?
- Təəccüblü görünsə də, hücumda problemimiz yoxdu. Sürətli və texnikalı forvardlarımız var. Məni ən çox narahat edən müdafiə xəttidi. Keçirdiyimiz iki yoxlama görüşündə müdafiəçilərimiz zəif təsir bağışladılar. Yarımmüdafiə də pis deyil.
- Müxtəlif yaş qruplarında çalışan əksər məşqçilər heyəti gücləndirmək üçün yığmaya “milliləşdirilmiş” oyunçular dəvət ediblər. Sabah axsayan mövqelərə Azərbaycanda top qovanlar arasında futbolçu tapmasaz, siz də eyni addımı atacaqsız?
- Bütün məşqçilər kimi, mən də istərdim ki, rəhbərlik etdiyim komandada yerlilər olsun. Ancaq müxtəlif ölkələrdə top qovan, əslən azərbaycanlı oyunçuları da yaddan çıxarmayacağıq. Məndən əvvəl Vüqar müəllimin (U-19-un çalışdırıcısı Vüqar Məmmədi nəzərdə tutur – R.) Moskva “Spartak”ından, Donetsk “Şaxtyor”undan dəvət etdiyi soydaşlarımız bu dəfə də bizimləydilər. Onlardan başqa İspaniya və Fransada top qovan azərbaycanlı yeniyetmələr də nəzərimizdədi. Onların xaricdə çıxış etməsi o demək deyil ki, yığmada yerləri təmin olunub. Həmin oyunçular yerlilərdən ən azı bir baş üstün olmalıdılar ki, yığmaya dəvət olunsunlar. Əks halda öz klublarımızın şərəfini qoruyanlara güvənəcəyik.
- Seleksiya işi ilə özünüz məşğul olacaqsız, yoxsa bu məsələ güvəndiyiniz başqa şəxslərə həvalə olunub?
- Seleksiya ilə mən və köməkçilərim məşğul olacaq. Ola bilsin, kimsə hardasa istedadlı futbolçu görə bilər. Bu haqda bizə məlumat veriləndən sonra özümüz həmin oyunçunu izləyib milliyə layiq olub-olmadığını müəyyənləşdirəcəyik. Bu çox həssas məsələdi və istəməzdim ki, səhvə yol verək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar