21 yan 15:59yigma

Yığmamız reytinqə görə Millətlər Liqasının yeddincisidi

Yığmamız reytinqə görə Millətlər Liqasının yeddincisidi
Arzulanan qrup: Azərbaycan, Latviya, Lixtenşteyn, Andorra
Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, yanvarın 24-də İsveçrənin Lozanna şəhərində Millətlər Liqasının püşkü atılacaq. Tədbirdə ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov və yığmanın yeni çalışdırıcısı Qurban Qurbanov təmsil edəcək. Yeri gəlmişkən, onu da qeyd edək ki, 16 millinin mübarizə aparacağı UEFA-nın yeni layihəsində təmsilçimiz D divizionun 1-ci səbətində yer alıb. Ümumiyyətlə,isə səbətlərin tərkibi belədi.
1-ci səbət: Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus.
2-ci səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq.
3-cü səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta.
4-cü səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq.
Artıq Millətlər Liqasının təqvimi də məlumdu. İlk tur sentyabrın 6-8-i aralığında keçiriləcək. 2-ci tur 9-11 sentyabr, 3-cü tur 11-13 oktyabr, 4-cü tur 14-16 oktyabr, 5-ci tur 15-17 noyabr, 6-cı tur 18-20 noyabr tarixində baş tutacaq. Bu ilin dekabrında isə artıq yarımfinal qarşılaşmalarının püşkatması olacaq. Yarımfinal və final oyunları gələn il 5-9 iyun aralığında keçiriləcək.
Srağagün isə FİFA-nın yeni reytinq cədvəli açıqlandı. Qitənin ən zəif 16 yığması ali futbol qurumunun reytinqində müxtəlif mövqelərdə qərarlaşıb. Çox qəribədi ki, dekabrda D liqasının ən güclüsü kimi göstərilən yığmamız geridə qalan bir ayda mövqeyini əldən verib. Qitə futbol qurumu öz əmsallarına əsaslanıb, yığmaları liqalara böləndə komandamız ən aşağı dəstənin birincisi qəbul olunmuşdu. Amma FİFA reytinqi göstərir ki, D liqasında 1-ci komanda biz deyilik.Ümumiyyətlə, püşkdə potensial rəqibimiz olacaq 11 komandanın, 1-ci yerlə pley-offa yüksəlsək, qarşılaşa biləcəyimiz digər 4 yığmanın da FİFA-nın cədvəlindəki mövqeyi maraq doğurur.
Son cədvəldə liqanın ən güclüsü Makedoniyadı. Balkanlılar 73-cü sırada qərarlaşıb. Həm onlar, həm də ilk “yüzlük”də olan Belarusla eyni səbətdə yer almağımız qrupda rəqib olmağımıza imkan vermir. Ümumiyyətlə, səbətin ən zəifi elə millimizdi. Çünki Gürcüstan da bizdən 14 addım öndə olmaqla, 104-cü pillədə qərarlaşıb.FİFA reytinqinə baxdıqda, ikinci səbətin daha güclü olduğunu görə bilərik. Çünki burda yer alan millilərdən 3-ü ilk “yüzlük”dədi. Onlardan biri – Ermənistanla yalnız pley-offda görüşə bilərik.
Amma D liqasının ikinc səbətində yer alan Lüksemburq və Farer adaları heç də arzulanan rəqib deyil. Lüksemburq 84-86-ci pilləri bölüşürsə, ada təmsilçisi 97-ci yerdədi. FİFA reytinqini əsas götürsək, Qurban Qurbanovun baş məşqçisi olduğu yığmamızın reytinqi nəzərə alsaq, bu səbətdən Latviyanı arzulaya bilərik. Baltikyanı ölkənin yığması sıralamada bizdən geridədi. Yeri gəlmişkən, yığmamız ilk iki səbətdən yalnız bir komandanı – Latviyanı arxada qoyur. Bu isə o deməkdi ki, UEFA-nın 1-ci saydığı millimiz FİFA reytinqində Millətlər Liqasının 7-ci komandasıdı.
Digər iki səbətdəki mümkün komandaların hamısı münasib rəqib sayılır. Çünki 3-cü səbətdən yalnız Qazaxıstan, sonuncudan isə Andorra mövqeyinə görə seçilir. Bu iki komanda 135-136-cı sıralarda qonşudular.
Heç şübhəsiz, bütün bu mülahizələr FİFA-nın reytinq cədvəli üzərində qurulub. Ali futbol qurumunun sıralaması isə çox vaxt reallığı özündə əks etdirmir. Bu üzdən püşkatmadan öncə millimiz üçün hansı yığmaların daha münasib rəqib ola biləcəyini araşdırdıq.
2-ci səbətdə Ermənistanla eyni qrupa düşə bilməyəcəyimizi nəzərə alıb onu deyə bilərik ki, son illər klubları da avrokuboklarda heç də pis təsir bağışlamayan Lüksemburqdan başqa həm Latviya, həm də Farer adaları “dişimizə görə” rəqib sayıla bilər. Bu günə kimi əsas yığmalar səviyyəsində Baltikyanı ölkənin millisi ilə 3 dəfə qarşılaşmışıq. Hər üç matç səfərdə baş tutub və “sülh”lə başa çatıb. Sonuncu dəfə 2004-cü ilin iyununda keçirilən qarşılaşmada hesab 2:2 olub. Yığmanın ada millisi ilə yolu cəmi bir dəfə - 1996-cı ilin fevralında kəsişib və oyun komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Çox maraqlıdı ki, həmin görüşdə Vyaçeslav Lıçkinlə Yunis Hüseynovun ardından sonuncu qolu yığmanın hazırkı çalışdırıcısı Qurban Qurbanov vurub. Qeyd etdiyimiz statistikanı nəzərə aldıqda 2-ci səbətdən Farer adalarının yığmamıza rəqib olması daha məqsədəuyğun görünə bilər. Lakin DÇ-2018-in seçmə mərhələsində Latviya ilə eyni qrupda yer alan “cırtdan” Baltikyanı ölkə yığması ilə “doğma divarlar” arasında qolsuz heç-heçəyə imza atsa da, səfərdə qalib gəlməyi bacarıb. Ümumiyyətlə, ada yığması son iki seçmə mərhələdə heç də pis təsir bağışlamayıb. Odu ki, ikinci səbətdən Latviyanın millimizlə eyni qrupda olması daha yaxşı olardı.
3-cü səbətdə yer alan yığmaların ikisi bizə tanışdı. Söhbət Qazaxıstanla Moldovadan gedir. Digər iki rəqib isə Lixtenşteyn və Maltadı.Uzun-uzadı araşdırma aparmadan birmənalı şəkildə qrupun aşkar autsayderinin Lixtenşteyn olduğunu vurğulamaq lazımdı. Odu ki, bu səbətdən “kor” püşkün məhz onları bizə rəqib etməsini arzulamalıyıq.
4-cü səbətdə yer alanların ikisi nəinki “köhnə qitə”nin, hətta dünyanın ən zəif yığmalarıdı. İstər San Marinoda, istərsə də Andorrada futbolçular həvəskar şəkildə top qovurlar. Kosovo ilə Cəbbəlütariq isə qitənin futbol ailəsinə yeni qoşulmalarına baxmayaraq, heyətlərində müxtəlif ölkələrdə legioner həyatı yaşayan oyunçular yer alıb. Millimizin zəiflərlə görüşdə başağrı çəkməməsini istəyiriksə, ya San Marinonun, ya da Andorranın qrupda yer alması ürəkaçan olardı.
Və beləliklə, sonda arzuladığımız qrupu sizə təqdim edirik: Azərbaycan, Latviya, Lixtenşteyn, Andorra.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar