24 yan 14:13yigma, manset

Uğursuz Peterburq səfərinə sözardı

Uğursuz Peterburq səfərinə sözardı
Udmaq üçün qol vurmaq lazımdı!

Beləliklə, Sankt-Peterburqda təşkil olunun ənənəvi “Qranatkin turniri” başa çatdı. Təbriz Həsənovun rəhbərlik etdiyi 19 yaşadək futbolçulardan ibarət yığma yarışı 9-cu yerdə bitirdi. Halbuki millinin sindromu qırıb, mükafatçılar sırasına yüksələcəyini gözləyirdik. Qeyd edək ki, “Qranatkin turniri”ndə təmsilçimiz ən yaxşı halda 5-ci yeri tutub. Lakin bu nəticəni yaxşılaşdrımaq mümkün olmadı. Bir sözlə, U-19-un Sankt-Peterburqdakı çıxışı ilə bağlı yekun fikir ortaya qoymaq olar.

Baş məşqçi özünü “sığortalamışdı”
Hələ tunirdən öncə Təbriz Həsənovla söhbətləşmiş, bizi maraqlandıran məqamlar haqda fikirlərini öyrənmişdik. Çalışdırıcı “qarşınıza qoyulan məqsəd nədi” sualına belə cavab vermişdi: “Bacardıqca irəliləmək istəyirik. Litva, Qazaxıstan və Slovakiya ilə eyni qrupda yer almışıq. Litvanın bu yarışla bağlı ənənəsi daha çox olsa da, Slovakiya iki dəfə mükafatçılar sırasına düşə bilib. Bununla belə, rəqiblərdən çəkinmirik. İlk növbədə qrupdakı oyunlarda maksimum nəticə qazanmalıyıq ki, mükafatçı yerlər uğrunda oynaya bilək. Fikrimcə, bunu bacara bilərik. Mən komandama inanıram”. Təbriz bəy hər ehtimala qarşı “qarşımıza qoyulan hədəf mükafatçılar sırasına düşməkdi” deməyib. Yəqin ki, millini Sankt-Peterburqa yola salan AFFA da Həsənova və onun rəhbərlik etdiyi yığmaya konktret şəkildə “3-lüy”ə düşməlisiz!” tapşırığını verməyib. Aydın məsələdi ki, həm assosiasiya, həm də çalışdırıcı özü komandanın potensialına bələddi. Odu ki, U-19-un mükafatçılar sırasına düşə bilməyəcəyini anlaya-anlaya komandanın qarşısına ciddi hədəf qoymaq mənasız idi. Belədə uğursuz nəticələr fonunda tənqidlər daha çox olacaqdı. Hərçənd çox şey dəyişməyib. Ancaq hər halda, çalışdırıcı özünü müəyyən mənada “sığortalamağı” bacarıb.

Qrup normal idi
Yığmanın C qrupundakı rəqibləri elə də qorxulu deyildi. Məlum olduğu kimi, ilk iki yeri tutan komandalar “8-liy”ə vəsiqə qazanıb, mükafatlar uğrunda mübarizə aparacaqdı. Qalan 8 komanda isə yarışı daha yuxarı yerdə bitirməyə çalışacaqdı. Həsənov özü də qrupların tərkibi bəlli olanda bunları demişdi: “Püşkün nəticəsi bilinəndən sonra 4 qrupun hamısının tərkibinə nəzər saldım. Demək olar, qrupların hamısı eynidi. Yəni “bizim qrup güclüdü, digəri zəifdi” söyləmək olmaz”. Düzdü, Qazaxıstanın finala qədər yüksəlməsi bu komandanın gücündən xəbər verir. Yığma isə bu rəqiblə qrupda heç-heçə (2:2) etmişdi. Ancaq ilk görüşdə məğlub olduğumuz (1:2) Litva turnirin 13-cü komandası oldu. Hətta bizdən də 4 pillə geri qaldılar. Millimizi məğlub edərək (1:0) qrupu 2-ci yerdə başa vuran Slovakiya isə sonda turniri 5-ci pillədə qapadı. Bir sözlə, qrupu nə zəif, nə də güclü adlandırmaq olar.

Hər şey ilk oyundan başladı
İstənilən turnirdə startdan çox şey asılıdı. Əslində bu baxımdan yığma üçün təqvim əlverişli idi. Belə ki, U-19 qrupdakı ilk oyununu Litvaya qarşı keçirəcəkdi. Digər rəqiblərlə müqayisədə bu komandanı məğlub etmək daha asan görünürdü. Bəlkə də elə arxayınlıq hər şeyi korladı. Başqa sözlə, Həsənov yetirmələrini bu görüşə yaxşı hazırlaya bilməmişdi. Baxmayaraq ki, milli oyunun gedişində məğlub durumda olsa belə, hesabı bərabərləşdirməyi bacardı. Lakin sonradan qapısından növbəti qolu buraxması U-19-un bu oyuna lazımınca köklənə bilməməsinin göstəricisi idi. Bəlkə də yığma ilk görüşdə digər iki komandadan birinə - Qazaxıstana və ya Slovakiyaya məğlub olsaydı, sonradan toparlana bilərdi. Ancaq hər kəsin autsayder gözü ilə baxdığı rəqibə starda məğlub olmaq U-19-a həm də psixoloji zərbə idi. Bu isə “8-liy”ə düşmək yolunda önəmli məqamlardan biri rolunu oynadı.

Heyət
Təbriz bəyin rəhbərlik etdiyi komanda yalnız yerlilərdən qurulsaydı, çox güman, bu qədər tənqid olunmazdı. Hər kəs turnirdəki oyunları yerli uşaqların inkişafı baxımından qiymətləndirib, nəticəyə önəm verməzdi. Lakin digər yığmalarımızda olduğu kimi, U-19-da da legionerlərin sayı yetərincə idi. Sankt-Peterburqdakı turnirdə millinin düşərgəsində 5 türk var idi. Hüseyn Seyliğli və Mətin Gülər “Beşiktaş”dan, İsmayıl Karakaş və Doğukan Öksüz “Trabzonspor”dan, Barış Əkinciər isə “Rot-Vayss Ertfurt”dan (Almaniya) dəvət almışdı. Təbii, U-19-un bu qədər “milliləşdirilmiş” legionerlə qrup sonuncusu olması, sonda isə turniri 9-cu yerdə bitirməsi qəbulolunmazdı. Bir halda ki yığmanın qarşısına konkret hədəf qoyulmayıb, onda bu qədər legioner nəyə lazımdı? Onlar hansısa azərbaycanlının haqqını niyə yeməlidi? Özü də nəticə uğurlu olsa, dərd yarıdı. Tutaq ki, həmin “milliləşdirilmişlər” olmadan yığma 10-cu yeri tutdu. Hansı daha yaxşı olardı: 5 legionerlə 9-cu yer, yoxsa tam şəkildə azərbaycanlılardan formalaşmış komanda ilə 10-cu yer? Özü də bu legionerlərdən yalnız Doğukan Öksüzü fərqləndirmək olar. Bir məqama diqqət yetirək. Litva ilə ilk görüşdə Həsənov 5 legionerin hamısını start heyətində meydana buraxmışdı. Lakin sonradan onlardan üçünü əvəzləmək məcburiyyətində qaldı. Məgər bu məqam hər şeyi demir?!

Bir pillə geri
Məlum olduğu kimi, ötən il “Qranatkin turniri”nə U-17 yollanmışdı. Həmin vaxt o komandanı da Təbriz bəy çalışdırırdı. Mayda ölkəmizdə 17 yaşlıların Avropa çempionatının final mərhələsi keçiriləcəyindən, “Qranatkin tutniri”nə məhz U-17-nin yollanması məqsədəuyğun sayılmışdı. Həmin yığma 14 komandanın iştirak etdiyi yarışda 8-ci olmuşdu. Bu dəfə isə bir pillə gerilədik. Düzdü, U-19 bu il 16 komandanın qatıldığı yarışda mübarizə apardı. Lakin say məsələsini əsas götürsək, demək olar, yerimizdə saymışıq. Yəni bir il keçsə də, heç bir inkişaf yoxdu. Halbuki Təbriz Həsənovdan öncə Nikolay Adamın komandası 18 iştirakçı arasında 5-ci olmuşdu. Deməli, hədəf həmin nəticəni daha da yaxşılaşdırmaq olmalıydı. Ancaq görünən budu ki, irəli yox, geri gedirik.

Yekun
Hər nə qədər son oyunlarda qələbə qazanılsa belə, yığmanın Sankt-Peterburqdakı çıxışı birmənalı şəkildə uğursuzluqdu. Hər cür şəraitin qarşılığında U-19-un 16 komanda arasında 9-cu olmasına haqq qazandırmaq olmaz. Baş məşqi toplanış istəyir, AFFA o dəqiqə “hə” deyir. Yaxud da kiminsə “milliləşdirilməsini” tələb edir, assosiasiyanın seleksiyaçıları dərhal hərəkətə keçir. Yəni “qa” deyəndə yemək, “qu” deyəndə su hazırdı. Ancaq bütün bunlarla nəticə uyğun gəlmir. Düzdü, oyun baxımından U-19 pis təsir bağışlamadı. Bəzən bəxtsizlik də sözünü dedi. Bunu rəqib baş məşqçilərin açıqlamalarından da görmək olar. Lakin sonluq olmayacaqsa, istənilən bəhanə faydasızdı. Necə ki, turnirin saytındakı yekun yazıda Həsənovun komandası ilə bağlı bunlar qeyd olunub: “Azərbaycan təmsilçisinin 9-cu yeri tutması ədalətsiz oldu. Meydanda hər zaman təşəbbüsə və ərazi üstünlüyünə sahib olan komanda qol vəziyyətlərini havaya sovurduqca istər gənc futbolçular, istərsə də Təbriz Həsənovun rəhbərlik etdiyi məşqçilər korpusu başlarını tuturdular. Ancaq nə etmək olar: udmaq üçün qol vurmaq lazımdı”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar