22 yan 23:35yigma, manset

Yığma AÇ-nin əsas mərhələsini adlasa, Biro Jade postunda qalacaq

Yığma AÇ-nin əsas mərhələsini adlasa, Biro Jade postunda qalacaq
Mahmud Sadıqov: “Miltinyoya borcumuz yoxdu, ola da bilməz”

Miltinyonun futzal yığmamızın baş məşqçi postundan istefası gözlənilməz oldu. Braziliyalı mütəxəssis bu addımını ailə vəziyyəti ilə əlaqələndirib. Ötən ay ölkəsinə yollanan çalışdırıcı geri dönmədi. Təbii, onun gözlənilməz istefasının təkcə ailə durumu ilə bağlı olduğuna dair şübhələr var. Yığma ilə dünya çempionatının final mərhələsində tarix yazan çalışdırıcının gedişi haqda müzakirələr bitmək bilmir. Daha öncə Joze Alesio və Tino Peresin də yığmadan gedişi söz-söhbətə səbəb olmuşdu. Qısa zaman ərzində 3 baş məşqçinin bir-birinə bənzəyən istefaları istər-istəməz şübhə yaradır. Futzal Federasiyası isə yeni çalışdırıcı axtarmaqdansa, yığmanı Miltinyonun köməkçisi Biro Jadeyə tapşırdı. Komanda apreldə baş tutacaq AÇ-nin əsas mərhələ oyunlarına məhz Bironun rəhbərliyi altında çıxacaq. Əslində Miltinyonun istefası ilə bağlı federasiya prezidenti Zaur Axundovla danışmaq istəyirdik. Lakin qurum rəhbəri ölkə xaricində olduğundan, suallarımızı federasiyanın baş katibi Mahmud Sadıqova ünvanladıq.
- Miltinyonun istefa verməsi hər kəs üçün gözlənilməz oldu. Səbəb sırf braziliyalının ailə vəziyyəti idi, yoxsa başqa bilmədiyimiz məqamlar da var?
- Bəli, sırf ailə vəziyyəti ilə bağlı istefa verdi. Başqa heç bir amil yoxdu. Biz də şoka düşdük. Müqaviləsində 4 həftəlik tətil nəzərdə tutulmuşdu. Anlaşmaya uyğun olaraq, tətilini götürüb getdi. Yanvarın 6-da isə geri dönməliydi. Biletinə şəxsən özüm baxmışdım. Dekabrın 11-i getdi və yanvarın 6-da qayıtmalıydı. Sadəcə, yeni ildən sonra mənə yazdı. Ailəsində problem olduğundan, gecikə biləcəyini söyləyib, 10 gün vaxt istədi. Mən də sizin qəzetə açıqlama vermişdim ki, yanvarın 17-nə kimi onun vaxtı var. Sonradan isə bir rəsmi məktub mənə, birini də Elxan müəllimin (AFFA-nın baş katibi Elxan Məmmədovu nəzərdə tutur – F.) adına göndərdi ki, “ailə vəziyyətimə görə xahiş edirəm, müqaviləmə xitam verəsiz”. Mən də hüquqşünasa yaxınlaşdım. O da bildirdi ki, rəsmi müraciət olmalıdı, qol çəkməlidi. Bizdə bunları Miltinyoya göndərdik, qol çəkib, geri qaytardı. Yenə deyirəm, başqa səbəb olmadı, özümüz şoka düşdük. Onun köməkçisi Biro Jade vaxtında gəlmişdi, burda idi. Jade bildirdi ki, orda bir dəfə Miltinyo ilə danışıb və mütəxəssis ona deyib ki, ailəsində bir az problem var. Ciddi bir şey olmadığını düşünüb. Biro qəzetinizə müsahibəsində də bunu deyib. Heç birimiz gözləmirdik, istefa birdən-birə oldu.
- Qeyd etdiniz ki, məktub göndərmişdi. Ümumiyyətlə, özü ilə danışmısız?
- Xeyr. Belə ünsiyyətim olmayıb. Yalandan sizə deyə bilmərəm ki, danışmışıq. Sadəcə, poçt ünvanından mənə və AFFA-ya məktub göndərib, ailə vəziyyətinə görə müqaviləsinə xitam verilməsini xahiş edib. Vəssalam.
- Düşünmürsüz ki, “Araz”ın UEFA kubokundakı uğursuzluğundan sonra ona Futzal Federasiyadan olan təzyiq də istefada rol oynayıb?
(müsahibə tam halda qəzetin çap variantında)
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar