15 yan 00:37yigma

"U-17 liqası həddən artıq zəifdi"

"U-17 liqası həddən artıq zəifdi"
Zaur Həşimov yığmanın toplanışını dəyərləndirdi
Olimpiya stadionunun ehtiyat meydanında "Zirə"nin əsas komandası ilə əvəzedicilərinin oyununu Zaur Həşimov da izləyirdi. Hazırda U-18-i çalışdıran Həşimov qəsəbə təmsilçisinə yad biri deyil. O yanvara qədər məhz "Zirə"də Ayxan Abbasovun köməkçisi kimi çalışırdı. Yeri gəlmişkən, Zaur bəyin rəhbərlik etdiyi U-18 hazırda təlim-məşq toplanışındadı. Yeni yaranan yığma hazırlığa bu ayın 4-də start verib və proses 19-dək davam edəcək. Dünən toplanışda istirahət günü olduğundan çalışdırıcı sabiq komandasına baş çəkməyi lazım bilib. Fürsətdən istifadə edib Həşimovla söhbətləşdik.
- Öncə U-18-in hazırda davam edən toplanışını dəyərləndirməyinizi istərdik.
- Bildiyiniz kimi, yanvarın 4-də toplanışa start vermişik. Hazırda 26 futbolçu bizimlədi. Toplanışın ilk həftəsini başa vurduq. Heyətdən 4 nəfəri çıxardıq, əvəzinə 5 futbolçunu cəlb etdik. Bu proses həm seleksiya xarakterlidi, həm də elə dövrə düşüb ki, fiziki hazırlıq üzərində də çox işləyirik. Biz indi fiziki yüklənmələr keçməsək, çempionatda onlar üçün problem yarana bilər, zədə ehtimalı artar. Ancaq bu toplanış tam olaraq bütün uşaqların baxışdan keçməsi deyil. Hazırda 6 nəfərimiz U-19-da baxışdadı. Bu gün Rusiya "Yenisey"indən bir nəfər gələcək. Seleksiyaya diqqət ayırmışıq. Eləcə də fiziki hazırlıq keşməklə uşaqların möhkəmliyini yoxlayırıq. Məlum olduğu kimi, srağagün "Keşlə"nin əvəzediciləri ilə oyun keçirdik, 0:2 hesabı ilə məğlub olduq. Belə qarşılaşmaları keçirməkdə məqsəd uşaqları yüksək səviyyədə hazırlamaqdı. Həmçinin kimin necə təsir bağışladığına, nəyə qadir olduğuna daha yaxından bələd oluruq.
- Növbəti yoxlama oyunu nə vaxta nəzərdə tutulub?
- Yanvarın 18-nə iki oyun planlaşdırırıq. "Zirə"nin və "Qarabağ"ın əvəzedici heyətləri ilə qarşılaşacağıq. Bu yaş qrupundan çox az uşaq U-19 liqasında oynayır. "Sumqayıt"ın baş məşqçisi Samir Abasov isə 2 futbolçunu əsas komandaya da cəlb edir. İki əmioğludan - Səbuhi və Rüfət Abdullazadədən biri bizdə, digəri isə U-19-un düşərgəsindədi. Bəzi oyunçular var ki, "qablarında" nəsə var. Ancaq U-17 liqası həddən artıq zəifdi. "Qəbələ" yalnız 1 oyunda heç-heçə edib, qalan görüşləri udub, 69 qol vurub. Hamını udurlar. Lakin əvəzedici heyətlə oynayanda görürsən ki, "Qəbələ"nin oyunçuları da o səviyyədə deyil. U-17 liqası üçün əladı, amma bir addım irəli atanda vəziyyət dəyişir. Odu ki, iş çoxdu, məsuliyyət böyükdü, ancaq çəkinmirik. Döyüşkən, mübariz komanda yığmağa çalışacağıq.
- Həm U-20-nin, həm də U-18-in yaradılmasında məqsəd o oldu ki, keçid yaş qrupundakı futbolçular itməsin. Necə düşünürsüz, bu effekt verəcək?
- Ümumilikdə elə bir sistem qurulub ki, fərq etmir, kim hansı yığmanı çalışdırır. Düzdü, U-17 burda deyil. Ancaq U-19-un oyununda hamımız ordaydıq. Eləcə də bizim sınaq görüşümüzü bütün məşqçilər izlədi. Belə deyim, bir-biri ilə əlaqəli sistemdə işləyəcəyik. Yeni yığmaların yaradılmasının əhəmiyyəti böyükdü. Həm uşaqlar həvəsdən düşmür, həm də göz qabağında olurlar. İl ərzində çalışacağıq ki, burda yoldaşlıq oyunları keçirək, xarici komandalarla qarşılaşaq. Uşaqların itməməsi, həvəsdən düşməməsi və hər zaman hazır olmaları baxımından bu millilərin rolu böyük olacaq. Məsələn, Vüqar müəllim bizim oyunumuza baxıb bir nəfəri U-19-un toplanışına dəvət etmək istəyir.
- "Zirə"dən ayrılmısız?
- Artıq "Zirə"dən ayrılmışam. Yalnız yaya qədər kluba kömək etmək söhbəti var idi. Bu məsələ də tam qapanıb. Klubla vidalaşmışam.
- Belə deyək, bütün diqqəti U-18-ə yönəltmisiz?
- Ola bilər, hansısa məqamda gəlib baxaram, kömək edərəm. Ancaq sırf U-18-ə köklənmişəm.
- İki yerdə işləməyə AFFA icazə vermir?
- Bilirsiz ki, AFFA rəhbərliyi məsuliyyəti tam olaraq Qurban müəllimə verib. Bəzi məqamlarda məşqçilərə güzəşt edəcəklər. Ancaq baş məşqçilərə yox. Onlar sırf öz işlərinə köklənməlidi. Yalnız "Qarabağ"la AFFA arasında bu mənada problem yoxdu. Gələcəkdə hansısa klubda baza yaratmaq məqsədilə nəsə addım atıla bilər.
- Köməkçiləriniz kimlərdi?
- Azər Məmmədov, Aleksandr Qross və Ramiz Kərimov.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar