11 yan 21:54yigma

Qurban Qurbanovun proqnozlaşdırılan siyahısı

Qurban Qurbanovun proqnozlaşdırılan siyahısı
Rotasiyalar gözlənilir, radikal dəyişikliklər isə yox
Qış fasiləsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün daha ağır keçəcək. Belə ki, mütəxəssis həm “köhlən atlar”ı mövsümün ikinci yarısına hazırlaşdıracaq, həm də yığmanı iki yoldaşlıq oyununa çıxaracaq. Ümumiyyətlə, Qurbanovun ölkənin əsas komandasındakı debütü böyük səbrsizliklə gözlənilir. Yanvarın 30-da milli ilk dəfə onun rəhbərliyi altında oyuna çıxacaq. Mütəxəssis Moldova ilə qarşılaşmada debüt edəcək. Fevralın 2-də isə onun komandası Gürcüstanla münasibətləri aydınlaşdıracaq. Təbii, Qurbanovun başçılıq etdiyi komandanın bu oyunlarda hansı nəticəyə imza atacağı, kimlərə güvənəcəyi maraq doğurur.
Yadınızdadısa, Qurban bəy dekabrın ortalarında jurnalistlərə müsahibəsində heyətlə bağlı da danışmışdı. O seçim edərkən hər bir məqama diqqət yetirəcəyini söyləmişdi: “Düzü, hələ heç bir futbolçu haqda düşünməmişəm. Təxminən hər birinin potensialına bələdəm. Məsələn, Rauf Əliyevin nəyə qadir olduğundan agaham. Ancaq oyununu görmədiklərim istisnadı. Ola bilər, ilk təlim-məşq toplanışında da kimlərsə kənarda qalsın. Lakin növbəti toplanışlara başqaları cəlb oluna bilər. Bu millidi. Mən nə qədər məsuliyyətlə yanaşıramsa, futbolçu ikiqat məsuliyyətli olmalıdı. Bakı kiçik şəhərdi. O mənada ki, futbolçu harda olursa, necə yaşayırsa, məlumat alınır. Yığma üzvləri təkcə futbolda yox, həyat tərzində də doğru yolda olan futbolçular olacaq. Hamısı məsuliyyətli insanlar olmalıdı. Ola bilər, kimdənsə zəif olsun. Ancaq öz işinə məsuliyyətli yanaşmalıdı. Problemli futbolçuların yığmada olmasını istəmirəm”.
Təbii, bu yığma üzvlərinə, eləcə də milli perspektivi olan futbolçulara bir mesaj idi. Yəni təkcə istedadına, bacarığına güvənib, bununla belə, artıq hərəkətləri ilə ictimaiyyətin qınağına tuş gələnlər oturub əməlli-başlı fikirləşməlidi. Eləcə də Qurbanovun xasiyyətinə bələd olanlar dediyi sözü tutacağını, nizam-intizama xüsusi diqqət yetirdiyini yaxşı bilir. Bütün bunların heyət açıqlananda təsdiqini tapacağı şübhə doğurmur. Əsas sual doğuran məqamlardan biri isə qarşıdakı toplanışa kimlərin dəvət alacağıdı.
Qurbanovun ilk siyahısında “Qarabağ”lıların üstünlük təşkil edəcəyi aydındı. Qara Qarayev, Maksim Medvedev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Riçard Almeyda, Ramil Şeydayev və Mahir Mədətovun dəvət alacağı gözləniləndi. Bundan başqa, “köhlən atlar”ın daha 4 futbolçusu yoldaşlıq oyunlarına çağırıla bilər. Bunların arasında Ağabala Ramazanovun adını hətta az öncə qeyd etdiyimiz futbolçularla yanaşı çəkə bilərik. Bundan başqa, müdafiənin mərkəzindəki məlum çatışmazlıqlar – Bədavi Hüseynovun zədəsi, Rəşad Sadıqovun karyerasını bitirməsi Elvin Yunuszadənin şansını artırıb. Qurbanovun daxili yarışlarda güvəndiyi Abbas Hüseynovu da sərəncamında görmək istəyəcəyi istisna deyil. Ancaq sadaladıqlarımızın hamısı yığmaya dəvət alsa, ola bilər, fikirlər haçalansın. Çünki burda söhbət “Qarabağ”ın 10 futbolçusundan gedir. Hələ Şahruddin Məhəmmədliyevin adını çəkmədik. Çünki qapıçı məsələsinə ən sonda toxunacağıq.
“Çərçivə qoruyucuları”nı nəzərə almasaq, “Qəbələ”dən Təmkin Xəlilzadə, Cavid Hüseynov, Ruslan Qurbanov, “Keşlə”dən Tərlan Quliyev, “Sumqayıt”dan Amil Yunanov, Cavid İmamverdiyev, “Zirə”dən Tellur Mütəllimov, “Neftçi”dən Rəhman Hacıyev, Emin Mahmudov, Namiq Ələsgərov və Ruslan Abışovun adını siyahıda görsək, təəccüblənməməliyik. Hər halda, Qurban bəyin birdən-birə inqilabi dəyişikliklər edəcəyi də real görünmür. Ancaq özü dediyi kimi, kimlərsə bu toplanışda kənarda qala, növbəti prosesdə dəvət ala bilər. Bundan başqa, klubundakı çıxışı qənaətbəxş olsa da, yığmadan kənarda qalan Asif Məmmədov, İlqar Qurbanov kimi futbolçuların da dəvət gözlədiyi sirr deyil. Təbii, onlar millinin Qurbanova tapşırılmasına görə sevinmiş, zaman-zaman müsahibələrində özlərinin yığma perspektivinə toxunmuşdular.
Hələ ki özünə klub tapmayan Rauf Əliyevin taleyi də maraq doğurur. Baş məşqçi onun nəyə qadir olduğunu bilsə də, futbolçunun durumu ürəkaçan deyil. Dəfələrlə Prosineçki ona dəvət göndərmədiyinə görə tənqid olunub. Ancaq bu gün vəziyyət fərqlidi. Legioner həyatından imtina edən və hazırda yeni iş yeri tapmayan birinin çağırılması klubunda daim forma geyən və heç də pis təsir bağışlamayanların haqqının yeyilməsi anlamına gələcək. Odu ki, Qurbanov belə incə məqamlara xüsusi diqqət yetirməlidi.
Ölkə xaricində top qovanları, çox güman, bu toplanışda görməyəcəyik. İstər Araz Abdullayevin çıxış etdiyi “Anortosis”, istərsə də Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge” həmin ərəfədə çempionat oyunu keçirəcək. Qarşıda heç bir rəsmi oyun olmadığından Qurbanovun bu futbolçuları klubundan ayrıacağı inandırıcı deyil. Qalan legionerlərin isə ümumiyyətlə, yığmaya yenidən dəvət alacağı belə sual doğurur. Belə ki, Eddi İsrafilov, Dəniz Yılmaz kimi futbolçular əvvəlcə klubunda sabit oyun sərgiləməlidi. Yalnız bundan sonra onların yığmaya dəvət alıb-almaması aktullaşa bilər.
Sonda qapıçı məsələsinə də toxunaq. Qurbanov yığma ilə bağlı keçirdiyi mətbuat konfransında “çərçivə” ilə bağlı sualı belə cavablamışdı: “Eyni səviyyəli 3-4 qapıçımızın olmasını istərdim. Bütün oyunçulara baxılır, ola bilər, hər dəfə yeni futbolçuların adlarına rast gələsiz. Rəşad Əzizlinin adını qapıçılar sırasında qeyd etmişəm. Səlahət və Anar uzun müddətə zədəlidi, 3-4 aydı oynamırlar. Futbolçu seçimimiz azdı. 9-10 milyonluq ölkəyik, futbolçu seçmək çətindi”. Xarakteri hər nə qədər çək-çevir edilsə də, Kamran Ağayevin dəvət alacağına şübhə etməyə dəyməz. Baş məşqçinin də qeyd etdiyi kimi, Səlahətlə Anar uzunmüddətli zədədən dönüb. Qalan “çərçivə qoruyucuları”nın isə təcrübəsi yetərincə deyil. Bir sözlə, Qurbanovun siyahısında müəyyən rotasiyalar görəcəyiksə, radikal dəyişikliklərin olacağı inandırıcı deyil.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Bütün xəbərlər
Ən çox oxunanlar