22 yan 22:56yigma, manset

U-19 9-cu bitirdi

U-19 9-cu bitirdi
Belarus – Azərbaycan 1:1 (0:0), p. - 4:5
Belarus: 12. Maksim Belov, 5. Nikita Betenya, 18. Nikita Bılinkin, 20. Vladislav Malkeviç, 4. Andrey Pilipoveç (k), 16. Sergey Volkov, 9. Yeqor Lapun (13. Andrey Alşanik, 60), 3. Aleksandr Svirepa, 21. İlya Sen (8. Pavel Sadovski, 89), 22. Qleb Şevçenko (6. Vladimir Starostin, 86), 19. Miroslav Xlebosolov (7. Krasimir Kapov, 60).
Ehtiyat oyunçular: 1. Nikita Lazovski, 14. İlya Cuqir, 15. Aleksandr Ksenofontov.
Baş məşqçi: Roman Kirenkin.
Azərbaycan: 12. Kamran İbrahimov, 13. Yusif Həsənov, 2. Mətin Gülər, 3. Ricat Qarayev (5. Rəhman Daşdəmirov, 80), 14. Hüseyn Seyliğli (17. Murad Qayalı, 79), 8. Süleyman Əhmədov (16. Əli Sadıxov, 65), 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev (k), 20. Bahadur Həziyev (6. İbrahim Qədirzadə, 65), 11. Barış Əkincier (18. Rafael Məhərrəmli, 40), 19. İbrahim Əliyev (9. Doğukan Öksüz, 46).
Ehtiyat oyunçular: 1. Murad Popov, 4. İsmail Karakaş, 15. Ceyhun Muxtarlı.
Baş məşqçi: Təbriz Həsənov.
Qollar: N.Bılinkin, 76 (1:0). R.Məhərrəmli, 90 (1:1).
Vərəqələr: C.Volkov, 16. Y.Həsənov, 42. E.Lapun, 55. P.Mehdiyev, 56. İ.Sen, 70. V.Starostin, 89 – sarı.
Hakimlər: DMİTRİ STRELTSOV, İqor Korotkov, İvan Kiçimasov, Maksim Çerentsov (hamısı Rusiya).
Hakim-inspektor: Taras Bezubyak (Rusiya).
20 yanvar. Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi.
“Valentin Qranatkin” turniri davam edir. Daha doğrusu, yarış bu gün başa çatacaq. 19 yaşadək futbolçulardan ibarət millimiz isə dünən çıxışını başa vuraraq, Bakıya dönüb. Xəbər verdiyimiz kimi, U-19 son oyunda 9-cu yer uğrunda mübarizə apardı ki, rəqib Belarus idi.
Qrupda qələbəyə həsrət qalan, pley-off görüşlərində isə İran və Estoniyanı yenərək, 9-cu yer uğrunda oynamaq şansı qazanan Təbriz Həsənovun yetirmələri üçün Belarus arzuolunmaz rəqib sayılırdı. İndiyə qədər “Qranatkin turniri”ndə 6 dəfə bu rəqiblə yolu kəsişən təmsilçilərimiz yalnız 2 dəfə, onda da penalti seriyasında qələbə qazana bilmişdi. Bu dəfə də belə oldu. Oyunun ilk yarısı qolsuz heç-heçə bitdi. Hərçənd ki, komandamızın fərqlənmək üçün bir neçə qol imkanı var idi. Fasilədən sonra hücumu daha da gücləndirən Təbriz Həsənovun komandası 76-cı dəqiqədə qapısında qol gördü. Bundan sonra rəqib müdafiəyə daha çox fikir verməyə başladı, U-19 isə hesabı bərabərləşdirmək üçün təzyiqi artırdı. Yığma məğlubiyyətdən əsas vaxtın sonuncu dəqiqəsində qurtuldu. Hələ ilk yarının sonlarında oyuna qoşulan Rafael Məhərrəmli bərabərlik qoluna imza atdı. Belədə psixoloji üstünlük tam yığmamızın tərəfinə keçdi. Qalib penalti seriyasında müəyyənləşdi ki, daha dəqiq olan U-19 rəqibini 5:4 yenərək, matçdan qalib ayrıldı. Beləliklə, komandamız turniri 9-cu yerdə bitirdi.
Təbriz Həsənov: “Bizim üçün həddən artıq ağır oyun oldu. Futbolçularımızda fiziki yox, daha çox psixoloji yorğunluq hiss olunurdu. Belarus yığması kifayət qədər güclü komandadı. Xeyli çətinliklə üzləşdik, üstəlik, qol da buraxdıq. Lakin son dəqiqələrdə bəxtimiz gətirdi. Ümumiyyətlə, bütün oyun ərzində hücumda olmaq çox çətindi. Turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Roman Kirenkin: “Ümumilikdə yaxşı oyun oldu. Bəxtimizin gətirdiyi, eləcə də şanssız olduğumuz məqamlar vardı. Azərbaycan yığması həqiqətən güclü komandadı. Turnirin əvvəlindən bu komandanın oyununu izləyərkən, qarşılaşacağımız təqdirdə böyük çətinliklərlə üz-üzə qalacağımızı ehtimal edirdik. Rəqibimizin xüsusilə topla düzgün davranışını qeyd etmək istərdim. Texniki baxımdan bizdən üstün idilər. Belə komanda ilə qarşılaşmaq çox xoşdu. Səhvlərimiz oldu, üzərində işləyəcəyik. Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm. Turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Dünən 4 matç keçirilib:
20 yanvar
15-ci yer uğrunda oyun
Tacikistan – Hindistan 1:0
13-cü yer uğrunda oyun
Litva – İran 3:1
11-ci yer uğrunda oyun
Moldova – Estoniya 1:0
9-cu yer uğrunda oyun
Belarus – Azərbaycan 1:1, p. - 4:5
Turnirə bu gün yekun vurulacaq ki, ilk “8-lik”dəki yerlərin sahibləri müəyyənləşəcək:
7-ci yer uğrunda oyun
Sloveniya – Bolqarıstan, saat 12.00
5-ci yer uğrunda oyun
Latviya – Slovakiya, saat 14.15
3-cü yer uğrunda oyun
Yunanıstan – Sankt-Peterburq, saat 16.30
final
Qazaxıstan – Rusiya, saat 20.00
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar