22 yan 12:10yigma, manset

AFFA “qara bazar”a qarşı tədbir gördü

AFFA “qara bazar”a qarşı tədbir gördü
Bütün biletlər onlayn satışdadı

Yığmanın Almaniya ilə oyununun biletlərinin yanvarın 10-dan etibarən satışa çıxarıldığını xəbər vermişdik. Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələ oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunun start fiti isə saat 20.00-da səslənəcək. Düzdü, hələ ki bilet satışı yalnız onlayn şəkildə aparılır. Biletləri tickets.affa.az saytından əldə etmək olar. Fevralın 1-dən etibarən isə matçı stadiondan izləmək istəyənlər kassalara müraciət edə bilər. Azərbaycanlı futbolsevərlərə 6 kateqoriyalı biletlər təklif olunub. VİP-sektora giriş 50 manatdısa, başqa sektorlara qiymətlər 2, 5, 9, 14 və 19 manat arasında dəyişir. Düzdü, daha bir kateqoriya var. Belə ki, 1, 2, 27 və 28-ci sektorlara olan biletlərin qiyməti 20 manatdı. Lakin bu yerlər rəqib azarkeşlər üçün nəzərdə tutulub ki, həmin sektorlara bilet satılmayacaq.
AFFA-nın bilet satışı üzrə meneceri Kamran Abasov qurumun saytına müsahibəsində qeyd etdiyimiz məsələ ilə bağlı bunları deyib: “Onlayn satış yanvarın 10-da başlayıb. Fevralın 1-dən etibarən isə şəhərin müxtəlif yerlərində bilet satışı məntəqələri fəaliyyətə başlayacaq. Rəqib komandanı və stadionun tutumunun azlığını nəzərə alaraq, biletlərin “qara bazar”a çıxarılmasının qarşısını almaq üçün satışa əvvəlki oyunlarımızla müqayisədə daha tez başlamışıq. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 5, 9, 14, 19 və 50 manatdı. Qiymətləri təyin edərkən müxtəlif alıcı kateqoriyasını nəzərə almışıq. Stadionun təxminən yarısı minimal qiymətə - 2 manata olan biletlərdi. Qalan yarısı isə müxtəlif kateqoriyalar üzrə bölünüb. Azarkeşlərin süni qiymət artımı və bilet tapa bilməmək kimi problemlərlə qarşılaşmaması üçün tez bir zamanda onlayn şəkildə və ya fevral 1-dən etibarən şəhərin müxtəlif yerlərində fəaliyyətə başlayacaq satış məntəqələrindən bilet əldə etməyə çağırırıq. Biletlərin “qara bazar”a çıxarılmasının qarşısını almaq üçün 1 nəfər şəxsiyyət vəsiqəsini təqdim etməklə maksimum 5 bilet ala bilər”.
Maraqlıdı, kateqoriyalar üzrə bütün biletlər onlayn satışa çıxarılıb? Hər nə qədər çətin görünsə belə, nəzəri cəhətdən fevralın 1-nə kimi bütün biletlər satılıb qurtara bilər. Bəs onda necə olacaq? Görəsən, AFFA bunu nəzərə alıb? Unutmayaq ki, budəfəki rəqib dördqat dünya çempionu, üçqat qitə birincisi Almaniyadı. Odu ki, azarkeş marağının yetərincə böyük olacağı şübhə doğurmur. Bu üzdən yalnız biletlərin müəyyən hissəsini onlayn satışa çıxarmaq daha doğru olmazdımı? Tutaq ki, yalnız kassadan bilet almağa imkanı olan biri millinin oyununa getməmək təhlükəsi ilə üz-üzə qala bilər.
Dünən Kamran bəylə əlaqə saxlayıb, bu kimi sual doğuran məqamlara aydınlıq gətirməyə çalışdıq: “Bütün kateqoriyalardan biletler onlayn şəkildə alına bilər. Əslində onlayn şəkildə çox yaxşı satılır və maraq yüksəkdi. Hətta xaricdən də bilet əldə edirlər. Ancaq bütün biletlərin fevralın 1-nə kimi satılacağını düşünmürəm. 10 gün ərzində təxminən 250 bilet satılıb. Əslində oyuna iki aydan artıq vaxt qaldığını nəzərə alsaq, bu çox yaxşı göstəricidi. Fevralın 1-dən isə Tofiq Bəhramov adına Respublika stadionunun və “Bakcell Arena”ın kassalarında, Üzeyir Hacıbəyli, 48 ünvanında yerləşən “Bakcell müştəri xidmətləri”ndə, eləcə də şəhərin ticarət mərkəzlərində satış həyata keçiriləcək. Bir nəfər 5-dən artıq bilet əldə edə bilməz və 5 bilet alarakən şəxsiyyətini təsdiq edən sənəd göstərməlidi. Vəsiqənin surəti bizdə saxlanılacaq. Biz futbol azarkeşləri üçün çalışırıq ki, hamı gəlsin və rahat şəkildə sevdiyi komandaya dəstək olsun. Qiymətləri yığmanın oyununa münasib edirik. “Qara bazar”ın məqsədi isə bir bilet almaq deyil”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Bu gün, 15:26 TRANSFER DOSYESİ Bu gün, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Bu gün, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Bu gün, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Bu gün, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Bu gün, 15:15 “Neftçi” yeni kartların satışına başladı Bu gün, 15:14 “Parken”də anşlaq gözlənilir Bu gün, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Bu gün, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Bu gün, 15:10 Dima qol hesabını açdı Bu gün, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Bu gün, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Bu gün, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Bu gün, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Bu gün, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Bu gün, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Bu gün, 13:58 Ruslan bir pillə irəlilədi Bu gün, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Bu gün, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Bu gün, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Bu gün, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Bu gün, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Bu gün, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar