27 dek 12:21yigma

Vüqar Məmməd köməkçilərinin adını açıqladı

Vüqar Məmməd köməkçilərinin adını açıqladı
“İstəmədik ki, ağır yükləmələr olsun”
U-19 dekabrın 23-dən təlim-məşq toplanışına başlayıb. Hazırlıqlar ayın 29-dək davam edəcək. Yeni baş məşqçi Vüqar Məmmədin yetirmələri Bakıda məşq edir. Toplanışa 26 futbolçu dəvət alsa da, ölkə xaricində çıxış edən oyunçular çağırılmayıb. Məmməd birinci divizion təmsilçisi “Şüvəlan”dan da bir futbolçuya dəvət göndərib. Bu Riad Abbaszadədi.
Dünən Vüqar bəylə əlaqə saxlayıb, toplanışla bağlı fikirlərini öyrəndik: “Artıq hazırlığın 2-ci günüdü. Toplanışı təşkil etməkdə əsas məqsəd futbolçuların son durumuna daha yaxından bələd olmaq idi. Bu futbolçuları tanıyıram. Ötən il Avropa çempionatına hazırlaşanda onları mən yığmışdım. Son durumlarını bilmək üçün təyinatdan dərhal sonra təlim-məşq toplanışı keçirməyi qərara aldıq. Yanvardan isə qitə birinciliyinə hazırlıqlarımız başlayacaq”.
U-19-un çalışdırıcısı xaricdə top qovan oyunçulara dəvət göndərilməməsinin səbəbini belə izah etdi: “Ölkə xaricində çıxış edənlərin bəziləri ilə əlaqə saxladıq. Onları təhsilə görə dəvət edə bilmədik. Çünki çoxu təhsil alır və belədə toplanışda iştirakları alınmadı. Düşündük ki, bu hazırlığa dəvət etməyək. Ancaq növbəti toplanışlarda onları da dəvət edəcəyik. Təxminən 4-5 belə futbolçu var”.
Məmməd birinci diviziondakı futbolçuların da diqqətində olduğunu bildirdi: “Aşağı dəstə təmilçilərində top qovan və bu yaş qrupuna düşən futbolçuların hamısı haqda məlumatım var. Eləcə də Riad Abbaszadəni tanıyırdım. “Bakı”nın yetirməsidi. Budəfəki təlim-məşq toplanışında onun bacarığına daha yaxından baxmaq istədim. Ona görə də dəvət etdim”.
Vüqar bəy toplanış çərçivəsində yoxlama oyunu keçirməyəcəklərini söylədi: “Yoxlama matçı olmayacaq. Yalnız ikitərəfli oyunlarla kifayətlənəcəyik. Digər yığmaların toplanışı olsaydı belə, yoldaşlıq matçı keçirməyəcəkdik. Çünki mövsümün ilk yarısının sonudu, istəmədik ki, ağır yükləmələr olsun. Dediyim kimi, oyunçuların çoxunu tanıyıram, sadəcə, son durumlarını bilmək üçün bu toplanışı təşkil etdik”.
Gənc mütəxəssis köməkçilərinin adını açıqladı: “Əvvəlki korpusla işimizi davam etdiririk. Köməkçilərim Mübariz Orucov, Namiq Adilov və qapıçılarla işləyən Üzeyir İbrahimovdu. Bu heyətlə birgə çalışırıq”.
Vüqar bəy təyinatı və millilərdə vahid sistemin yaradılması haqda düşüncələrini də dilə gətirdi: “Asan heç nə yoxdu. Hər iş çətindi. Millidə çalışmaq ikiqat məsuliyyət deməkdi. Çünki ölkəni xaricdə təmsil edirsən. Bu üzdən məsuliyyət həddən artıq çox olur. Yığmalarda vahid sistemin olmasına gəlincə, sözsüz, bu bizim üçün hərtərəfli yaxşıdı. Artıq hər kəs biləcək ki, hansı proqramla işləyir, məqsəd nədi, hansı yöndə çalışmalıyıq. Bütün aşağı yaş qruplarında əsas yığma ilə eyni sistem tətbiq olunacaq. Bunun isə müsbət tərəfləri yetərincədi”.
Hazırda PRO kateqoriyasını oxuyan çalışdırıcı gələcək planlardan da bəhs etdi: “Çalışacağıq ki, hər ay ya beynəlxalq turnirlərə qatılaq, ya da hansısa beynəlxalq oyun keçirək. Belə etməliyik ki, təcrübəni artıraq, həmin ab-havaya alışaq. Bildiyiniz kimi, ilkin seçmə mərhələdə bizim qrupun oyunları Gürcüstanda olacaq. Bu üzdən nə qədər çox beynəlxalq oyun keçirsək, bizim xeyrimizədi. Təcrübəni artırmalıyıq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar