15 dek 22:06yigma

Yeni təyinatlar nə vəd edir?

Yeni təyinatlar nə vəd edir?
U-16 istisna olmaqla, bütün yığmaların baş məşqçisi bəllidi. Belə ki, Rəşad Sadıqov U-20 və U-21-ə, Vüqar Məmməd U-19-a, Zaur Həşimov U-18-ə, Ramin Quliyev isə U-17-yə rəhbərlik edəcək. Təbii, uzun müddət istər yığma, istərsə də aşağı yaş qruplarındakı uğursuzluqlar azarkeşlərin səbr kasasını doldurub. Odu ki, Qurbanovlu əsas yığma ilə yanaşı, yeni məşqçilərə tapşırılan aşağı yaş qrupları üzrə millilərdən də tələb böyükdü. İndi hər kəsi düşündürən əsas məqam adı çəkilənlərin yığmaları uğura daşıyıb-daşımayacağıdı.
Rəşad Sadıqov
Milli karyerasını başa vursa da, futbolçu kimi “Qarabağ”ın uğurları üçün hələ də tər tökür. Ancaq yəqin ki, bu da uzun sürməyəcək. Çox güman, mövsümün sonunda Rəşad futbolçu karyerasına da son qoyacaq. O “Qarabağ”ın şərəfini qorumaqla yanaşı, müəyyən məşqçilik təcrübəsinə də yiyələnib. Sadıqovun rəhbərlik etdiyi “köhlən atlar”ın U-19 komandası ötən mövsüm ölkə çempionu oldu. Həmçinin onun yetirmələri UEFA Gənclər Liqasında da çıxış etdi. Burda qazanılan təcrübənin isə necə lazımlı olduğunu hər kəs yaxşı bilir. Elə səfərdə keçirilən “Atletiko” ilə qarşılaşmada qazanılan qələbə də ölkənin futbol tarixinə düşdü. Bu mənada müəyyən təcrübəyə malik olsa da, Sadıqovun U-21-dəki işi elə də asan olmayacaq. Çünki sözügedən yığma AÇ-2019-un seçmə mərhələsində bərbad çıxışla yadda qaldı. Komanda tsiklin ilk yarısındakı mübarizəsini başa vursa da, hesabına cəmi 1 xal yazdırıb. Qalan 5 görüşdə vəziyyəti düzəltmək real görünmür. Lakin Rəşadın qarşısına qoyulan hədəf seçmə mərhələdə vəziyyəti kökündən dəyişmək deyil. Sadıqov tsiklin ortasında məşqçi postuna gətirildiyi üçün seçmə mərhələnin boşa verilməsinə görə günahlandırılmayacaq. Artıq qalan 5 oyun Sadıqov üçün yığmanı formalaşdırmaq, yeniləmək, gələcəyin komandasını formalaşdırmaq baxımından fürsətdi. Onu da qeyd edək ki, U-21 Sadıqovun rəhbərliyi altında ilk rəsmi matçını gələn ilin martında keçirəcək. Milli seçmə mərhələ çərçivəsində Kosovonun qonağı olacaq. Yeri gəlmişkən, Rəşad özü açıqlamasında “Qarabağ”ın U-19 komandasındakı işindən ayrılacağını bildirib. Bu isə onun diqqətinin U-21-ə, eyni zamanda U-20-yə yönəlməsi baxımından önəmli addımdı.
Vüqar Məmməd
U-19-un yeni çalışdırıcısının da müxtəlif yaş qruplarında təcrübəsi var. Vüqar bəy artıq xeyli müddətdi ki, AFFA ilə əməkdaşlıq edir. Futbolçu kimi karyerası o qədər də parlaq olmayıb. Maraqlıdı ki, Məmmədin futbolçu kimi şərəfini qoruduğu komandaların əksəriyyəti artıq tarixin yaddaşına köçüb. Onu da qeyd edək ki, Vüqar bəyin futbol savadının yüksək olduğunu əksəriyyətin dilindən eşitmək mümkündü. O məşqçiliyə 2006-cı ildə “Şərur”da köməkçi kimi başlayıb. Bir müddət Rusiyada fəaliyyətini davam etdirən Vüqar bəy ardından AFFA-nın dəvəti ilə müxtəlif yığmalarda çalışmağa başlayıb. Əvvəlcə U-15, U-16 və U-17-də köməkçi kimi fəaliyyət göstərib. Vaxtilə sələfi Təbriz Həsənovla da işləyib. Ötən ilin noyabrında isə U-15 və U-16-nın baş məşqçisi təyin olunan Məmmədin yolu klublarla da kəsişib. Belə ki, o, yığmalarla paralel olaraq, AZAL-ın və “Neftçi”nin futbol akademiyasında əlaqələndirici işləyib. Bir sözlə, Vüqar bəy aşağı yaş qruplarında təcrübə toplaya bilib. Lakin ciddi uğurları yoxdu və 19 yaşlılarla işinin necə alınacağını indidən söyləmək çətindi. Çünki o daha aşağı yaşa aid yığmalarda fəaliyyət göstərib.
Ramin Quliyev
Məşqçilik fəaliyyətinə “Qəbələ”də başlayıb. U-17-nin yeni çalışdırıcısı “qırmızı-qaralar”la bir sıra titullara yiyələnib. 2013/14 mövsümündə bölgə təmsilçisinin U-12 komandasına gümüş medallar qazandırıb. Daha sonra əsas komandada müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edən Sənan Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib. Sabiq yığma üzvü 2014/15 mövsümündə isə “Qəbələ”nin 17 yaşlıları ilə həm U-17 liqası, həm kubokunun qalibi olub, belə deyək, “qızıl dubl”la yadda qalıb. Maraqlıdı ki, daha sonra “Qəbələ”nin əvəzedicilərdən ibarət komandasına rəhbərlik edən Quliyev yenə çempionluq sevinci yaşayıb. Ötən ilin yayında isə Roman Qriqorçukun köməkçilərindən biri təyin olunub. Göründüyü kimi, aşağı yaş qrupları ilə nəticə verə bilib. Bəlkə də bu nəticələrinə görə Qurbanovun diqqətini cəlb edib. Düzdü, bu uğur yalnız ölkədaxili yarışlarla məhdudlaşır. O da hamıya məlumdu ki, əksər hallarda ölkə daxilində “at oynadan” aşağı yaş qrupları üzrə komandalarımız xaricdə əl-qol aça bilmir. Yığma isə elədi ki, beynəlxalq arenadakı çıxışına görə məşqçinin işinə qiymət verilir. Hər halda, Quliyevin Qriqorçukun yanında çox şey öyrənməsi də onun lehinə olan məqamdı.
Zaur Həşimov
Yeni yaranan yığmalardan biri məhz Həşimova etibar edilib. Futbolçu karyerası o qədər də uğurlu alınmasa belə, yığmanın şərəfini qoruyub. Hazırda “Zirə”də Ayxan Abbasovun köməkçisidi. Bununla belə, daha öncə “Qarabağ”ın U-19 komandasında da çalışıb. Düzdü, Həşimovun üzərində təzyiq o qədər də böyük olmayacaq. Çünki onun rəhbərlik etdiyi yığmanın əsas işi U-19 üçün futbolçu hazırlayıb verməkdi. Bu baxımdan o daha çox köməkçi qismində fəaliyyət göstərəcək. Ancaq hər halda, sabiq yığma üzvünün də məsuliyyəti yetərincədi. Ən azı Qurbanovun bütün millilərə nəzarət etməsi hər şeyi deyir.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar