15 dek 22:04yigma

Sabiqlər daha yaxşı olacağına inanır

Sabiqlər daha yaxşı olacağına inanır
Təbriz Həsənov klublarda da islahatlar aparılmasının tərəfdarıdı
İcraiyyə Komitəsinin noyabrın əvvəlində keçirilən iclasında yığma Qurban Qurbanova tapşırıldı. Bu ölkə futbolu üçün yeni səhifənin açılması demək idi. Əvvəla, milli uzun müddətdən sonra yerli mütəxəssisə həvalə olundu. İkincisi, yığmalarda vahid sistemin yaradılmasına qərar verildi. Bu isə o deməkdi ki, “piramida”ya Qurbanov nəzarət edəcək, aşağı yaş qrupları üzrə millilərə məhz onun istədiyi çalışdırıcılar baş məşqçi təyin olunacaqdı. Belə də oldu və bütün yığmalar yeni məşqçilərə həvalə edildi. Maraq üçün aşağı yaş qruplarının sabiq çalışdırıcılarının yeni təyinatlarla bağlı fikirlərini öyrənməyi lazım bildik. Görəsən, onlar yenilərdən nə gözləyirlər? Millidəki problemlərin bununla aradan qalxacağına inanırlar?
U-21-in sabiq baş məşqçisi Yaşar Vahabzadəni dinləyək: “U-21-ə rəhbərlik edəcək Rəşad Sadıqova uğurlar arzulayıram. Səbirli olsun. Çətin yükün altına girib. Onun müsahibəsini də oxudum. Belə başa düşdüm ki, heyəti cavanlaşdıracaq. Yəni növbəti tisklin komandasını formalaşdıracaq. Orda iş çoxdu. Bizə Sadıqova məşqçilik karyerasında uğru arzulamaq qalır. Heyətdə gəncləşdirmə aparılsa, bu seçmə mərhələnin qalan oyunlarında həmin uşaqlar təcrübə toplayar. Artıq növbəti tsiklə gözübağlı çıxmayacaqlar. Yəni müəyyən təcrübəyə malik olacaqlar. Ancaq bu seçmə mərhələdə qrupdan çıxacağımıza ümid bəsləmək çətindi. Çalışıb normal, mübariz komanda formalaşdırmaq lazımdı. 1998-1999 təvəllüdlü uşaqları cəlb etməklə gələcəyin komandasını qurmaq olar. Bu tsikl üçün artıq çox şey əldən çıxıb. Qrupdan çıxmaq, yaxud da daha yaxşı yer tutmaq real görünmür. Belə düşünürəm ki, növbəti tiskl üçün komanda formalaşdırmaq daha məqsədəuyğun olardı. O biri millilərin də kimlərə tapşırıldığından məlumatım var. Yaxşı ki, zəng etdiz, mən də fürsətdən istifadə edib onalrın hər birinə uğurlar arzu edirəm, xeyirli olsun. Hamısının müəyyən təcrübəsi var, aşağı yaş qruplarında işləyiblər. Gənc məşqçilərdi, yaxşı nəticə üçün çalışacaqlar. Futbol ictimaiyyəti də köməyini əsirgəməməlidi. Ümumi nəzarətin Qurban Qurbanovda olması da böyük amildi. Özü də baxacaq, yığmaları, futbolçuları diqqətdə saxlayacaq. Bunu müsbət məqam kimi qeyd etməliyəm”.
Son seçmə mərhələdə U-19-un başında olan Təbriz Həsənov isə klublarda da islahatlar aparılmasını istəyir: “Hər bir dəyişiklik yaxşılığa doğru atılan addımdı. İnanaq ki, daha yaxşı nəticələr olacaq. Ən azı buna inanmalıyıq. Ancaq hər halda, hər şeyi zaman göstərəcək. Onların hər birinə uğrular arzulayıram. Mən yığmalarda işləmişəm, təcrübəm var və bir çox məsələləri bilirəm. Bu gün yığmanın baş məşqçilərinin qarşısına böyük tələblər qoymaq və ya onları günahlandırmaq düzgün deyil. Onlar futbolçunu hardan götürür? Klublardan. Fikrimcə, klublarda da dəyişikliklər lazımdı. Sırf “məşqçiləri başqası ilə əvəz etsinlər” demirəm. Amma işə münasibəti dəyişsələr, yaxşı olar. Fakt budu ki, kasaddı, istənilən qədər istedadlı futbolçular ortaya çıxmır, çətinlik çəkirik. Bu üzdən klubların aşağı yaş qruplarında da islahatlar aparılsa, daha yaxşı olar. Yenə deyirəm, məşqçilərin dəyişdirilməsini nəzərdə tutmuram, söhbət işə yanaşmadan gedir. Klublar özləri də görür ki, onlarla futbolçu gəlir, ancaq sonda itib-batır. Ona görə də düşünürəm ki, bu işlər kompleks şəkildə olmalıdı. Yığma məşqçilərinin köklü mənada nələrisə dəyişəcəyini, inqilab edəcəklərini fikirləşmirəm. Millilərin yeni çalışdırıclarının hər biri uşaq futbolunda işləyib, təcrübəsi var. Lakin yığma tam başqa təcrübədi. Məncə, necə olacağını zaman göstərər. Vüqar Məmməd 6 ilə yaxın mənim yanımda köğməkçi işləyib. Fikrimcə, onun beynəlxalq oyun təcrübəsi digərləri ilə müqayisədə daha çoxdu. Rəşad Sadıqov U-19-la ölkə çempionu oldu, UEFA Gənclər Liqasında komandaya rəhbərlik etdi. Bütün bunlar beynəlxalq arenada qazanılan təcrübə deməkdi. Ramin Quliyevin “Qəbələ”nin aşağı yaş qrupları ilə uğurları var. Ancaq beynəlxalq oyunlar tam başqadı. Klub ilə yığmada futbolçu seçimi də bir-birindən tam fərqlənir. Tutaq ki, “Qəbələ” – “Neftçi” oyununa baxdıq və hansısa futbolçu yaxşı mənada fərqləndi, diqqətimizi çəkdi. Bu o demək deyil ki, yığmada da yüksək səviyyədə oynaya biləcək. Milli, beynəlxalq arena başqa bir təcrübədi. Orda sürət, təzyiq fərqlidi. İnanaq ki, yaxşı olacaq. Yığmalara yeni nəfəs gəldi. Bəlkə də bu lazım idi. Gözləyək və görək. Bir daha onların hər birinə uğur arzu edirəm. İstəyərik ki, hər şey yaxşı olsun”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar