14 dek 17:25yigma

Rəşad Sadıqov U-19-dan ayrılacaq

Rəşad Sadıqov U-19-dan ayrılacaq
“Milliyə işini sevən, formaya dəyər verən futbolçular dəvət alacaq”
Yığmanın Qurban Qurbanova həvalə olunmasından sonra millilərdə vahid sistemin yaradılmasına qərar verildi. Belə ki, aşağı yaş qruplarına da birbaşa “Qarabağ”ın baş məşqçisi nəzarət edəcək. Artıq digər millilərin baş məşqçiləri də bəllidi. Rəşad Sadıqov U-20 və U-21-ə, Vüqar Məmməd U-19-a, Zaur Həşimov U-18-ə, Ramin Quliyev isə U-17-yə rəhbərlik edəcək. Dmitri Kramarenkoya millinin qapıçılar üzrə məşqçisi, həmçinin bütün yaş qruplarından ibarət yığmaların qapıçılar üzrə məşqçilərinin əlaqələndiricisi vəzifəsi həvalə olunub.
Rəşad Sadıqov AFFA-nın saytına açıqlama verib. O U-21-ə təyinatından danışıb: “İlk növbədə mənə inanıb etimad göstərdiyinə görə AFFA rəhbərliyinə və milli komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm. Millidə çalışmaq həm qürurverici, həm də çox məsuliyyətlidi. Əvvəlcə mənə yalnız U-20-ni çalışdırmaq təklif olunmuşdu. Ancaq sonra AFFA-nın baş katibi Elxan Məmmədov və Qurban müəllimlə görüşümüz oldu və U-21-in də baş məşqçisi olmağımı istədiklərini dedilər. Qurban müəllim millilər arasında yeniyetmə və gənclərin itməməsi, daim beynəlxalq oyun təcrübəsinə malik olması üçün U-18 və U-20 yığmasının yaradılmasını istədi. Bildiyiniz kimi, U-20-yə cəlb olunacaq 1998 və 1999 təvəllüdlü futbolçular növbəti seçmə mərhələdən artıq U-21-ə keçəcək. Həm də nəzərə almalıyıq ki, seçmə mərhələnin başa çatmasına az qalıb və indidən növbəti yaş qrupunu hazırlamaq lazımdı. Bu məqsədlə hər iki yığmanı mənə həvalə etdilər. Qarşıdakı oyunlarda həm də növbəti seçmə mərhələ üçün komandanı formalaşdırmağa çalışacam. 1998 və 1999 təvəllüdlü futbolçulardan ən yaxşılarını təcrübə qazanmaları üçün U-21-ə də cəlb edəcəyik. Futbolçuların seçimi ən çox diqqət yetirməli olduğumuz məqamdı. Milliyə işini sevən, qarşısına böyük məqsədlər qoyan və milli formaya dəyər verən futbolçular dəvət alacaq. U-20-dəki fəaliyyətim əsasən maydan sonra başlayacaq. Yoxlama oyunları keçirməyi planlaşdırırıq. Növbəti seçmə mərhələyə qədər komandanı formalaşdırmağa çalışacam. Bundan sonra isə həm U-20, həm də U-21-in baş məşqçisi ayrı olacaq. “Qarabağ”ın U-19-undakı işimə gəlincə, ordakı fəaliyyətimi başa vuracam”.
Ramin Quliyev: “Milli komandada çalışmaq son dərəcədə məsuliyyətli, bir o qədər də şərəfli işdi. Belə bir vəzifəni mənə həvalə etdikləri üçün minnətdarlığımı bildirirəm. Etimadı doğrultmaq, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəm”.
Zaur Həşimov: “Mənə qürurverici və məsuliyyətli bir iş tapşırılıb. Etimad göstərdiklərinə görə AFFA rəhbərliyinə və milli komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm. Azərbaycan futboluna fayda vermək üçün bütün bacarığımla çalışacam”.
Vüqar Məmməd: “Məşqçi heyətimlə birlikdə mənə göstərilən etimadı doğrultmağa çalışacam. Avropa çempionatının seçmə mərhələsində yer aldığımız qrupdan xəbərim var. Müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəyik. Həmçinin bu yaş qrupunda olan futbolçuları tanıyıram. U-17 yığmamıza ötən seçmə mərhələdə rəhbərlik etmişdim. Qısa zamanda çətin qrupda heç də pis olmayan nəticələr əldə etmişdik. Digər yığmalarımıza təyin olunan bütün məşqçi həmkarlarımı təbrik edir, onlara uğurlar arzulayıram”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar