18 yan 20:42yigma

Klub məşqçiləri U-19-un problemlərinə toxundu

Klub məşqçiləri U-19-un problemlərinə toxundu
Vaqif Paşayev: “Görsəm ki, nəticə verə bilməyəcəm, heç vaxt gedib orda işləmərəm”

Bugünlərdə idman mətbuatında ən çox müzakirə olunan mövzulardan biri də U-19-la bağlıdı. Belə ki, Təbriz Həsənovun komandası “Qranatkin turniri”ndəki uğursuz çıxışına görə tənqid hədəfinə çevrilib. Düzdü, hələ ki Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan turnir başa çatmayıb və bizimkilər mübarizəni davam etdirir. Bununla belə, U-19-un yarışın ən yaxşı 8 komandası arasında özünə yer edə bilməyəcəyi artıq dəqiqləşib. Çünki qrup sonuncusu olan Həsənovun yetirmələri hazırda 9-12-ci yerlər uğrunda mübarizə aparır. Qeyd edək ki, qrupda Qazaxıstanla heç-heçə (2:2) edən yığma Litvaya (1:1) və Slovakiyaya (0:1) uduzmaqla sonuncu oldu. Əslində Təbriz bəyin rəhbərlik etdiyi komanda yalnız yerlilərdən qurulsaydı, dərd yarı idi. Deyərdik ki, nəticə önəmli deyil, yerli uşaqlar inkişaf edir. Yuxarıda qeyd etdiyimiz kimi, hazırda Sankt-Peterburqda olan U-19-un düşərgəsində 5 türk var. Hüseyn Seyliğli və Mətin Gülər “Beşiktaş”dan, İsmayıl Karakaş və Doğukan Öksüz “Trabzonspor”dan, Barış Əkinciər isə “Rot-Vayss Ertfurt”dan (Almaniya) milliyə dəvət alıb.
U-19 bu qədər “milliləşdirilmiş” legionerlə qrup sonuncusu olursa, artıq sözə ehtiyac qalmır. Bu cür nəticələrin əsas səbəbi nədi? Bir halda ki gəlmələr yerlilərdən fərqlənmir, nəticə yenə rüsvayçıdı, onda “milliləşdirmə” siyasəti nəyə lazımdı? Hansısa yerli futbolçunun haqqı niyə yeyilməlidi? Başqa yığmalarda da uğursuzluğa düçar olan Həsənova bu etimadın sirri nədi? Nə vaxta kimi AFFA “karusel” siyasətini davam etdirəcək? Bütün bu məqamlarla bağlı aşağı yaş qrupu üzrə klub məşqiləri ilə danışmaq qərarına gəldik.
Tofiq Mustafayev, “Neftçi”nin U-17 komandasının baş məşqçisi: “Mən həmişə demişəm ki, yerli uşaqlar var. Xüsusən də uşaq futbolundan danışırıqsa, yerlilər çoxdu. Qeyd etdiz ki, U-19 “Qranatkin turniri”ndə yaxşı çıxış etmədi. Nəyə görə? Əvvəla, o komanda yeni formalaşdırılır. Hər turnirdən də biz nəticə istəsək... Məşqçi nəticəyə yox, gələcəyə oynamalıdı. Bunlar cavandı, futbolçu U-21 və əsas komanda üçün yetişməlidi. İndi 16-17 yaşlı uşaqlarla nəticəyə oynamağımız bir qədər düz çıxmır. Mən internetdə U-19-un oyunlarına baxmışam. Yaxşı oynayırlar, ağıllı təsir bağışlayırlar. Lakin qol vura bilmirlər. Bəzi epizodların üzərində çalışmalısan ki, həlledici anda doğru qərar verə bilsinlər. Bilirsiz, bizim uşaq futbolunda əsas problem nədi? Futbolçu son anda düzgün qərar verə bilmir. Yəni qol vəziyyətində zərbə vurmalıdı, yaxud ötürmə verməlidi - bu anda doğru seçim etmək lazımdı. Əsas problem budu. Ancaq yenə deyirəm, bizdə yaxşı futbolçular çoxdu. Özüm 17 yaşlıları çalışdırıram. Başqa klublar da gözümüzün önündədi, oyunlarına baxmışam. Çox maraqlı uşaqlar var. Bir balaca onları, belə deyim, “rəndələmək” lazımdı. Doğru istiqamətə yönəlməlidilər. Şəxsən mənim əsas fikrim odu ki, gənc futbolçularla işləyərkən, onlara mövqe futbolunu yaxşı öyrətməlisən. Fiziki hazırlıq özü gələcək. Bundan başqa, cavan uşaqları fiziki cəhətdən yükləmək də o qədər düzgün deyil. Onların əzələsi böyüyür, sümüyü uzanır. Onları topla daha çox çalışdırmaq, mövqe futbolunu öyrətmək lazımdı. Bütün xarici komandalar oyunun əvvəlində topa nəzarəti saxlamaqla yanaşı, rəqibi izləyirlər. Yəni qarşı tərəf düzgün müdafiə olunur, yaxud hücum edir, mövqeləri doğru tuta bilirmi? İspanlarla oyuna baxıram, uşaqlar deyir ki, “Tofiq müəllim, Azərbaycan yaxşı oynayır”. Dedim “bəli, yaxşı başlayıb, ancaq ispanlar bizimkilərin nəyə qadır olduğunu hələ öyrənir”. Hücuma necə keçirlər, müdafiəni necə təşkil edirlər. Bildirdim ki, burda hesab çox böyük olacaq. Baxıb güldülər. Ancaq sonda mən deyən oldu. Gənc yaşlarından uşaqlara nə qədər çox mövqe seçimini öyrətsək, hansı halda düzgün qərar verməli olduğunu başa salsaq, nəticə də biz istəyən kimi olacaq. Bəzi futbolçular təzyiq altında oynaya bilmir. Elə futbolçuları seçməliyik ki, təzyiq olanda da düzgün qərar verə bilsin. Məğlub psixologiyası? Sizə bir söz deyim. Komanda oyun göstərirsə, qol vurmamaq səbəbindən uduzursa, oyun varsa, bu turnirdə də olmasa, növbəti yarışda nəticə olacaq. Əsas odu ki, komanda oyunu olsun. Vallah, legionerlərin gətirilməsinin əleyhinəyəm. Yəqin biz məşqçilər pis işləyirik ki, legioner gəlir. Ancaq o gələnlər bizim futbolçulardan qat-qat üstün deyillər. Bizimkindən qat-qat üstündüsə, buyursunlar, gətirsinlər. Lakin yerlilərlə eyni səviyyədə oynayırsa, onları gətirmək də düzgün deyil. Yığma məşqçiləri də klubların oyunlarına baxmalıdı. Komandada 20 futbolçu varsa, onların hamısı eyni idman formasında ola bilməz. Hansısa müddətdə birinin performansı zirvə nöqtəsində ola bilər, biri normal, digəri zəif. İl ərzində futbolçularda bu dəyişir. Çalışdırıcılar da buna fikir verməlidi. Konkret deyilə bilməz ki, mənim 20 futbolçum var, həmişə onlar gəlməlidi. Bəlkə biri əvvəl daha yaxşı idi, indi geri qalır. Bütün bunlara fikir vermək lazımdı. Düzü, yığma məşqçilərinin seçiminin əleyhinə və ya lehinə olduğumu deyə bilmərəm. Çünki bu, bizim səlahiyyətimizə aid olan məsələ deyil. O, rəhbərlik səviyyəsində müəyyənləşir. Təbriz də pis mütəxəssis deyil. Nəticəsi yoxdu deyəndə ki, yenə təkrar edirəm, uşaq yığmalarından gərək nəticə istəməyək. U-19-un əsas məqsədi gənclər yığmasına və əsas komandaya oyunçu yetişdirməkdi. Deməzdim ki, əvvəlki dövrlə indikini müqayisə edəndə uşaq futbolunun səviyyəsi aşağı düşüb. İdman mübarizəsi var. İndi qarşılaşmalara baxanda hansı sistemlə oynadığını müəyyənləşdirmək olur. Bu dərhal görünür. Lakin əsas məsələ bütün bunları cəmləşdirib, komanda şəklində həyata keçirməkdi. Hamı eyni fikirləşməlidi. Bunun nəzəriyyəsi olmalıdı, taktiki gedişlər üzərində işlənməlidi. Bu gün şərait də var. Uşaq məşqçilərinin peşəkarlığı artmalıdı. Eyni proqramla işləmək olmaz. Futbol inkişaf edirsə, metodika da dəyişir”.
Vaqif Paşayev, “Sumqayıt”ın U-19 komandasının baş məşqçisi: “Özüm 19 yaşlılarda işləyirəm. Açığı, çox az futbolçu var. U-19-ların çempionatından futbolçu toplamaq çox çətindi. Ən çətin yaş 19-du. Hətta əvəzedicilərdə oynayanlarla belə nəticə vermək çox çətindi. Bunu hamı bilməlidi. Xaricdə U-19-lar 3-cü, 5-ci liqada oynayır, yaşlı futbolçularla mübarizədə yetişirlər. Bizdə isə uzağı əvəzedicilərdə oynamaqla nə edə bilər? O səviyyə yoxdu. Bizdə əsas problem elə səviyyə sözünün başa düşülməməsidi. Halbuki bu söz çox önəmlidi. Ola bilər, bir oyun udasan, yaxud da bir mərhələ keçəsən. Lakin səviyyə tam başqa şeydi. Bu gün əsas millini götürək. Hamı ən azı Rəşad Sadıqov səviyyəsində olmalıdı. Bircə Rəşadla heç nə etmək mümkün deyil. Onun da yaşı gedir, bununla belə, kömək edir. Ancaq nə vaxta kimi kömək edəcək? Sovet vaxtında Lobanovski məktəbi adla deyilirdi. Dünyada 10 ən yaxşı məşqçidən biri sayılır. Bu gün kim Lobanovski məktəbinin yolu ilə gedir? Almanlar, yuqoslavlar. Bizimkilər, eləcə də ruslar isə o yolla getmir. SSRİ dağıldı, ancaq yaxşılardan faydalanmalıyıq. Düzü, U-19 millisini yaxşı tanımıram. Daha doğrusu, adlarla tanımıram, üzdən bilirəm kimlərdi. Legionerlərə gəlincə, onlar gələcəkdə bizim əsas yığmaya kömək etsələr, qaçmasalar, bu başqa məsələ. Amma bu gün bizdə U-19-da oynayıb, sabah gedib başqa millini seçəcəklərsə, lazım deyil. Fuad Musayevin vaxtında U-15-də işləyirdim. Mənim komandamın 8 futbolçusu sonradan əsas yığmada çıxış etdi. Ancaq get-gedə bir nəfər oynayırdısa, böyük işdi. Heç kim də soruşmur ki, a kişi, U-17-yə bu qədər xərc çəkildi, toplanışlar təşkil olundu. 5 il sonra həmin məşqçinin yaxasından yapışmaq lazımdı ki, hanı sənin uşaqların? Niyə biri də millidə oynamır? Necə seçim etmisən? Kimi götürmüsən? Mənə U-17-ni versələr və görsəm ki, bu uşaqların bünövrəsi yoxdu, o komandanı götürmərəm. Özümə hörmət edərəm. Niyə sabah mənə deməlidiər ki, “budu da sənin uşaqların, heç biri futbol oynamır”. Ancaq mənim uşaqlarım Rəşad Sadıqov, Rəşad Sadiqov, Saşa Yunisoğlu və başqalarıdı. Mən MOİK-də çalışanda yığmaların oyunu zamanı futbolçusuz qalırdım: 2 nəfər əsas milliyə, 9-u U-21-ə gedirdi. O uşaqları yığıb gətirmişdim və onlar da gələcəkdə futbol oynadılar. Baş məşqçi seçimləri bizim işimiz deyil. Tutaq ki, yığmanı mənə versələr, gedib çempionatda baxaram, gəlib deyərəm ki, bu futbolçularla özümə ləkə vurmaq istəmirəm, sağ olun. Bunu etmək lazımdı. Lakin hər adam bunu etmir. Görsəm ki, nəticə verə bilməyəcəm, heç vaxt gedib orda işləmərəm. Ancaq hər kəsin öz fikri var”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar