07 dek 21:26yigma

Yığma İsfahanda üçüncü oldu

Yığma İsfahanda üçüncü oldu
Qazaxıstan – Azərbaycan 3:3 (0:2)
Qazaxıstan: 2. İqita Leyte, 10. Çingiz Yessenamanov, 6. Leonardo, 14. Duqlas, 15. Dauren Tursaqulov; 1. Qriqori Şamro, Arnold Knaub, 4. Rinat Tureqazin, 5. Serik Jamankulov, 8. Dinmuhambet Süleymanov (k), 11. Mixail Perşin, 12. Pavel Taku, 19. Albert Akbalikov, 20. Birjan Orazov.
Baş məşqçi: Kakau.
Azərbaycan: 1. Rövşən Hüseynli, 6. Eduardo, 8. Rizvan Fərzəliyev (k), 9. Qabriel, 18. Vilela; 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 3. Tyaqo, 4. İsa Atayev, 5. Renat Sultanov, 7. Ramiz Çovdarov, 10. Vassura, 15. Seymur Məmmədov.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: Vassura, 8 (0:1). Vassura, 11 (0:2). P.Taku, 25 (1:2). Leonardo, 33 (2:2). R.Taku, 36 (3:2). Vilela, 39 (3:3).
Vərəqə: yoxdu.
Hakimlər: Əli Pourafşar, Mohammadreza Zakeri, Mohammad Nejad.
6 dekabr. İsfahan. Nəqşicahan İdman Kompleksi.
Futzal yığmamız İsfahanda keçirilən “4 Top Nations” turnirindən qələbəsiz, yarış üçüncüsü kimi qayıdır. Joze Alesionun komandası dünən səhər keçirdiyi son oyunda Qazaxıstanla qarşılaşdı. Bu matç braziliyalı mütəxəssisin bir neçə ay öncə tərk etdiyi komandayla görüş baxımından prinsipiallıq daşıyırdı. Bununla belə, hər iki komanda qalib olmaq şanslarını itirdiyindən, oyun ikinci yeri tutmaq baxımından əhəmiyyət daşıyırdı. Yığmamızın buna nail olmaq üçün həm özünün, həm də Rusiyanın qələbə qazanması vacib idi. Başqa variantlarda bu mümkün olmayacaqdı. Qazaxlarda isə vəziyyət fərqli idi. Onların ikinci pilləyə yüksəlməsi üçün Rusiyanın uduzması, özlərinin isə ən azı 3 top fərqi ilə qələbə qazanması lazım gəlirdi. Oyuna komandamız itki ilə çıxmışdı. Rusiya ilə qarşılaşmada qırmızı vərəqə alan və cəzalı duruma düşən Qallo matçı tribunadan izləyirdi. Eduardo Borges isə zədəli olmasına rəğmən, komandanı yalqız buraxmadı. Əvvəlki iki oyunla müqayisədə bu dəfə Alesio “5-lik”də dəyişiklik etməyə ehtiyac duydu. Tyaqonun əvəzinə bu dəfə Vilela ilk dəqiqələrdən mübarizə aparmalı oldu. Qarşılaşmanın erkən başlamasının səbəbi isə dünən İsfahanda futbol oyununun olması ilə bağlı idi. Buna görə də təşkilatçılar maksimum dərəcədə erkən saatlarda hər iki görüşü keçirməyi planlaşdırmışdı ki, fanatlar zala təşrif buyura və komandalarını dəstəkləyə bilsinlər.
Gözlənildiyi kimi, fasiləyə qədər oyuna nəzarət baxımından üstünlük rəqib tərəfdə oldu. Çünki İqitanın ayaqla yaxşı oynaması komandasına əlavə üstünlük qazandırmışdı. Braziliyalı tək ötürmələri yox, “çərçivə”yə dəqiq zərbələri ilə də yadda qalırdı. Bununla belə, Alesio sabiq komandasını yaxşı tanıdığına görə sürpriz hazırlamağı da unutmamışdı. Əvvəlcə Vassura rəqib torunu silkələdi. O, Qabrielin mərkəzdən zərbəsi zamanı İqitanın qaytardığı topa sahib çıxaraq adını tabloya yazdırdı. Üç dəqiqə sonraya təsadüf edən 2-ci qol isə standart vəziyyətdən vuruldu. Bu dəfə Qabriel – Eduardo - Qabriel paslaşmasını sonuncu qapıya paralel ötürdü. Bu dəfə də diqqətdən yayınan Vassura dubl etdi. Yeri gəlmişkən, topu saxlamaq, eləcə də oyunçuların həddən artır yorulmaması üçün Alesio müntəzəm qapıçını 5-ci sahə oyunçusu ilə əvəzləyirdi. İstənilən halda, Leonardo və Duqlas 2-3 epizodda qol vurmaq imkanını qaçırdı. Bir dəfə isə Rövşən rəqib qapıçının uzaqdan zərbəsini dəf etməklə dueldən qalib ayrıldı.
İkinci hissəyə yenə Qazaxıstan futzalçıları fəal başladı. Bu üstünlüyü isə 25-ci dəqiqədə qola çevirə bildilər. Fərqi azaldan oyunçu Taku oldu. Bir faktı da qeyd edək ki, birinci hissənin sonuna yaxın komandamızda yorğunluq hiss olunurdu. Yorğunluğun davamı kimi Alesionun yetirmələri 2-ci topu qapısından buraxdı. Bu dəfə Rizvan Fərzəliyev ötürmə verərkən top rəqibə düşdü və Leonardo boş qapını nişan almaqda çətinlik çəkmədi. Matçın sonlarına yaxın Taku dublunu rəsmiləşdirərək, Qazaxıstanı hesabda önə çıxardı. O, Rövşənin geri qaytardığı topa toxunmaqla hesabı komandasının xeyrinə dəyişdi. Millimiz İranla oyunda olduğu kimi, məğlubiyyətdən sona 1 dəqiqə qalmış xilas ola bildi. Yenə Tyaqo 3:3-lük nəticəni rəsmiləşdirdi. Beləliklə, milli dünya reytinqində ilk “10-luq”da qərarlaşan komandaların qatıldığı turniri 3-cü yerdə bitirdi.
Turnirin qalibi isə meydan sahibləri olub. İran həlledici oyunda Rusiyanı darmadağın edib – 4:0.
Kakau: “Çox ağır qarşılaşma oldu. Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi. Rəqibin vurduğu hər üç qol onların baş məşqçisinin beyninin məhsulu idi. Bunu dostum olduğuna görə demirəm. Həqiqətən də yüksək səviyyəli ölkə çempionatı olmamasına baxmayaraq, Alesio güclü komanda formalaşdırıb. Nəticəni də normal satıram. Azərbaycanı gözəl oyun münasibəti ilə təbrik edirəm. Qarşılaşmanın erkən saatlarda başlaması isə hər iki komanda üçün çətinlik yaratdı. Turnirin davamlı olmasını arzulayıram. Gələn il bu yarışa Qazaxıstan evsahibliyi edəcək. Yenə bu dörd komandanın iştirakını istərdim”.
Joze Alesio da Silva: “Bir gün əvvəl oyunçularıma dedim ki, bizi çətin oyun gözləyir. Çünki Qazaxıstana Kakau kimi təcrübəli məşqçi rəhbərlik edir. Rəqibimiz taktiki və intizam baxımından yetərincə güclüdü. Maraqlı oyun alındı. Bu turnir hər iki komanda üçün əla sınaq oldu. Səhvlərə yol verdik, onların üzərində işləyəcəyik. Mən də öz növbəmdə nümayiş etdirdiyi oyuna görə Qazaxıstanı, komandada gördüyü işlərə görə isə Kakaunu təbrik edirəm. Belə turnirlərin müntəzəm təşkil edilməsi yaxşı olardı. Təşkilatçılara yaratdıqları şəraitə və komandamızı dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm”.
1. İran 3 2 1 0 9-4 7
2. Rusiya 3 1 1 1 7-10 4
3. AZƏRBAYCAN 3 0 2 1 9-10 2
4. Qazaxıstan 3 0 2 1 7-8 2
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar